Dərslik pərviz Ağalarov, Rövşən Hətəmov, Hafiz Cabbarov, Elnur Hüseynov, Niyaməddin Quliyev



Yüklə 56,86 Mb.
Pdf görüntüsü
səhifə3/64
tarix18.07.2018
ölçüsü56,86 Mb.
#56393
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   64

9
niyyətində olan və ABŞ-a qarşı qiyamda iştirak və ya qiyama yardım etməmiş hər bir ailə 
başçısı 10 dollar qeydiyyat rüsumu ödəməklə 160 akr torpaq sahəsi (65 ha) əldə edə 
bilərdi.  Beş  ildən  sonra  homstedin  pulsuz  olaraq 
istifadəçinin xüsusi mülkiyyətinə keçməsi nəzərdə 
tutulmuşdu.  Homsteddə  kölə  əməyindən  istifadə 
qadağan edilir və burada təsərrüfat yaradılmadıq-
da sahibindən geri alınırdı.
Linkolnun imzaladığı “Azadolunma (Emansipasiya) haqqında bəyannamə”yə əsasən, 
1863-cü il yanvarın 1-dən ABŞ-a qarşı müharibə aparan cənub ştatlarında köləlik ləğv 
edildi. Konfederasiyanın müqavimətini qırmaq üçün ABŞ “Anakonda planı”nı həyata 
keçirdi və 1865-ci ildə AŞK təslim edildi. ABŞ-ın tarixində ən qanlı müharibə hesab edilən 
bu müharibədə 1 mln. nəfərə yaxın insan – hərb çilər və mülki əhali həlak oldu. ABŞ konq-
resi müharibədən sonrakı illərdə Konstitusiyaya bütün ABŞ ərazisində köləliyin ləğvini və 
afro-amerikalıların ağdərililər ilə bərabər hüququnu nəzərdə tutan əlavələri qəbul etdi. 
Lakin ölkədə irqi ayrı-seçkilik halları XX əsrin 60-cı illərinə kimi hələ də qalmaqda idi.
ABŞ iqtisadiyyatı XIX əsrin sonu – XX əsrin əvvəllərində öz inkişaf sürətinə görə 
bütün dünya ölkələrini geridə qoyaraq sənaye cəhətdən birinci oldu. ABŞ-ın iqtisadi in-
kişafına zəmin yaradan başlıca amillərdən biri elmi-texniki yeniliklərin istehsala sürətli 
tətbiqi ilə bağlı idi. ABŞ həm də dünya taxıl və pambıq istehsalında mühüm yer tuturdu.
XIX əsrin sonu – XX əsrin əvvəllərində ölkənin daxili siyasi problemləri sırasına 
fermer və fəhlə hərəkatlarının güclənməsi, irqi ayrı-seçkilik, hindularla münasibət, inhi-
sarlara qarşı mübarizə və s. daxil idi. XIX əsrin 70-ci illərindən etibarən ölkədə əsaslı 
islahatların həyata keçirilməsini tələb edən ictimai hərəkat gücləndi. Onun təzyiqi ilə 
XX əsrin əvvəllərində ABŞ prezidentləri – respublikaçı 
Teodor Ruzvelt və demokrat 
Vudro Vilson inhisarların özbaşınalığını məhdudlaşdıran, əmək münaqişələrinin həl-
lində dövlətin rolunu artıran, siyasi idarəetməni daha da demokratikləşdirən, əhalinin 
rifahını yüksəltməyə xidmət edən bir sıra islahatlar keçirdilər.
Böyük  Britaniyanın  iqtisadi  inkişafı.
 
Böyük  Britaniya  XIX  əsrin  əvvəllərində  ta-
rixinin ən çətin dövrlərindən birini yaşayırdı. 
Avropa ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin 
zəifləməsi  ölkədə  ərzağın  bahalaşmasına, 
işsizliyə,  vergilərin  artırılmasına,  əhalinin 
gəlirlərinin kəskin şəkildə azalmasına səbəb 
olmuşdu.  Napoleon  Fransası  məğlub  edil-
dikdən sonra iqtisadiyyatlarının bərpası üçün 
Avropa ölkələrinin ingilis sənaye məhsulları-
na  tələbatı  artdı.  Böyük  Britaniya  dünyanın 
ən böyük ticarət və hərbi donanmasına malik 
idi.  1825-ci  ildə  dünyada  ilk  dəmir  yolunun 
burada inşa olunması iqtisadiyyatın inkişafına güclü təkan verdi. Böyük Britaniyanın iqti-
sadi inkişafının səbəblərindən biri də onun dünyanın aparıcı elm və təhsil mərkəzlərinə 
malik olması ilə bağlı idi. 1851-ci ildə Londonda keçirilən Birinci Ümumdünya Sənaye 
Sərgisi ölkənin qazandığı iqtisadi nailiyyətləri bütün dünyaya əyani olaraq nümayiş etdirdi. 
XIX  əsrin  ortalarında  sənayenin  texnoloji  və  təşkilati  cəhətdən  yenidən  qurulması 
prosesinin – sənaye çevrilişinin birinci mərhələsi başa çatdı. XIX əsrin 70-ci illərindən 
ABŞ-da köləliyin ləğvi üçün müharibənin alternativi haqqında mülahizələrinizi əsaslandır-
mağa çalışın.
!
Londonda ilk Ümumdünya  
Sənaye Sərgisi
“Anakonda  planı”  –  düşmən  qüv-
vələrinin  mühasirəyə  alınaraq  tədricən 
mühasirə  halqasını  daraltmaqla  məhv 
edilməsini nəzərdə tuturdu.
  LAYİHƏ


10
etibarən onun yeni mərhələsi başladı və XX əsrin əvvəllərinə kimi davam etdi. Yeni enerji 
mənbələrindən istifadə olunmağa başlandı. İmperiyanın müstəmləkə mülklərinin geniş-
ləndirilməsi, xüsusilə Hindistanın işğalı və Çinin asılı vəziyyətə salınması da onun iqtisadi 
inkişafına mühüm təkan verdi. Xammal və ərzaq məhsullarını əsasən müstəmləkələrin-
dən və digər ölkələrdən daha ucuz qiymətlərlə gətirməyə üstünlük verən Böyük Britaniya-
da kənd təsərrüfatı tədricən tənəzzül edirdi. Bu isə ölkəni xaricdən gətirilən məhsullardan 
asılı vəziyyətə salır, müharibə zamanı onun müdafiəsi üçün ciddi təhlükə yaradırdı. 
Sürətli sənayeləşmə nəticəsində cəmiyyətin sosial quruluşunda ciddi dəyişikliklər 
baş  verdi.  Əhalinin  əsas  hissəsi  sənaye  şəhərlərində  yaşayırdı.  Onların  əksəriyyəti 
muzdlu işçilər idilər. 1836–1848-ci illərdə əsasən fəhlələrin təmsil olunduqları Çartistlər 
hərəkatı
*
  onların  siyasi  və  sosial-iqtisadi  tələblərinin  təmin  olunmasında  mühüm  rol 
oynamışdır. Hərəkatın iştirakçıları əsasən ümumi seçki hüququ haqqında xartiyanın 
qəbul olunmasına çalışırdılar.
Böyük  Britaniyanın  daxili  siyasi  vəziyyəti. 
Parlament seçkiləri zamanı siyasi korrupsiya və öz-
başınalıqlar baş verirdi. Hökumətdə torilər və viqlər 
(XIX əsrin II yarısından mühafizəkarlar və liberallar) 
biri-birini əvəz edirdilər. Viqlər hökuməti 1832-ci ildə 
parlament seçkilərində sənaye şəhərlərinin və daha 
çox  vətəndaşların  iştirakını  təmin  etməyi  nəzərdə 
tutan  qanunun  qəbul  edilməsinə  nail  oldu.  XIX  əs-
rin  60–80-ci  illərində  həm  mühafizəkarlar,  həm  də 
liberallar  hökumətləri  yeni  parlament  islahatları  ke-
çirdilər. 
1837–1901-ci illərdə ölkənin kraliçası olmuş Vik-
toriya  kral  hakimiyyətinin  nüfuzunu  gücləndirməyə 
çalışırdı. XIX əsrin 70-ci illərində o, özünün ölkə par-
lamenti tərəfindən Hindistanın imperatriçası elan edilməsinə nail oldu. 
XX əsrin əvvəllərində Lloyd Corcun təşəbbüsü ilə liberalların hökumətləri tərəfindən is-
lahatlar davam etdirildi. Yaşlı əhali üçün təqaüd, işçilərin sosial sığortası, parlament islahatı 
və s. tədbirlər partiyanın nüfuzunu artırmışdı. 1911-ci ildə yeni parlament islahatı keçirildi.
XIX əsr – XX əsrin əvvəllərində ölkənin daxili siyasi həyatının ən mürəkkəb problemlərin-
dən biri İrlandiya ilə bağlı idi. Böyük Britaniya burada amansız müstəmləkə siyasəti həyata 
keçirirdi. 1845–1852-ci illərdə İrlandiyada baş verən aclıq nəticəsində yüz minlərlə insan həlak 
olmuşdu. İrlandların milli azadlıq hərəkatının qarşısını ala bilmədiyi üçün Böyük Britaniya hö-
kumətləri aqrar və yerli özünüidarə sahəsində onlara bir sıra güzəştlərə getməli oldular.
Fransa  Konsulluq  və  I  İmperiya  dövrlərində.
  “18  brümer”  çevrilişindən  sonra 
bərqərar  olmuş  Konsulluq  rejiminin  başçısı 
Napoleon Bonapart ölkədə sərt dövlət 
idarəçiliyi yaratdı. Baş qaldırmış qiyamlar yatırıldı, yakobinçilərə və royalistlərə divan 
tutuldu, qəzetlərin əksəriyyətinin fəaliyyəti dayandırıldı. Yerli hakimiyyət orqanlarının 
özünüidarə  hüquqları  ləğv  olundu.  1802-ci  ildə  Napoleon  Bonapart  ömürlük  konsul 
elan edildikdən sonra onun doğum gününün milli bayram kimi qeyd olunması qərara 
alındı, üzərində təsviri olan pullar dövriyyəyə buraxıldı. 1804-cü ilin mayında Senatın 
qərarı ilə Napoleon Bonapart Fransanın imperatoru 
(1804–1814) elan edildi. Həmin il 
dekabrın 2-də Roma papasının iştirakı ilə Parisdə tacqoyma mərasimi keçirildi.
*
 Çartistlər hərəkatı öz adını xaritya (Charter) sözündən götürmüşdür. Xartiya sosial təbəqələrin 
və siniflərin siyasi hüquqları ilə bağlı tələblərinin əks olunduğu sənəddir.   
İrlandiyada milli azadlıq hərəkatına zəmin yaratmış amillər hansılar idi?
?
Fransada Konsulluq rejiminin daxili siyasətinin xarakterini müəyyən edin.
!
Dublin şəhərində aclıqdan həlak 
olanlara həsr edilmiş abidə
  LAYİHƏ


Yüklə 56,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə