Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.

səhifə11/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   191

34

1960-cı ildən ömrünün sonunadək Azərbaycan EA-nın fəlsəfə

şöbəsində çalışmışdır.

1933-cü ildə V.İ. Lenin adına APİ-nin nəzdində aspiran-

tura şöbəsi açılır.  Bu şöbənin yaradılmasıyla psixologiya üzrə

kadr hazırlığında da bir dönüş yaranır.

20-ci illərin sonu – 30-cu illərin əvvəllərində digər sahə-

lərdə olduğu kimi, psixologiyada da kəskin diskussiyalar, pole-

mikalar başladı.  Qeyd etmək istərdik ki,  SSRİ miqyasında

gedən proseslər eynilə Azərbaycanda da baş verirdi.  Bununla

bağlı F. Rüstəmov yazır:  «20-ci illərin əvvəllərində pedaqoji

elmdə demokratik fikir güclü idi,  əsasən qeyri-marksist

mövqedə dayanan nəzəriyyələr üstün mövqeyə malik idi.  Bu

nəzəriyyələrin bir qismi Avropadan türk pedaqoq və

psixoloqlarının (X. Fikrət,  Mühiddin,  İ. Hikmət,  T. Tofiq,  N.

İsmət və H. Məhbubənin) əsərləri vasitəsilə yayılır, digər qismi

isə rus pedaqoji fikrindən tərcümə edilmiş əsərlərdən milli pe-

daqoji fikrə keçirdi.

İntellektual mübahisələr çox zaman bir-birinə qara yax-

maqla başa çatırdı.  Bu proses hər yerdə – mərkəzdə də, 

yerlərdə də gedirdi.  Rusiya və Ukrayna üçün səciyyəvi olan

yanlışlıqlar eyni ilə Azərbaycanda da təkrar olunurdu.  Mosk-

vada A.P. Pinkeviçin,  P.P. Blonskinin başına gətirilənlər

Bakıda B.B. Komarovski,  A.O. Makovelski,  Ə. Seyidov,  Ə.

Zəkuzadə üçün təkrarlanırdı.  Hədə,  təhqir və yalanlara cavab

vermənin fiziki cəhətdən məhvə səbəb olacağını dərk edən

alimlər özlərini əsassız itihamlardan qorumaq üçün etiraf

məktubları yazır,  düzgün elmi mövqelərini tənqid etmək

məcburiyyətində qalırdılar».

Acınacaqlısı odur ki, polemika və tənqidlər yalnız mütə-

xəssislər arasında deyil, ixtisas sahibi olmayan, ancaq «əqidəli

marksistlər»  tərəfindən də keçirilir,  təəssüf ki,  çox vaxt məhz

onlar «haqlı»  çıxırdılar.  Tənqid olunanlar sırasında adətən

həqiqi elm fədailəri, görkəmli alimlər olurdu.

1931-ci ildə F.Ə.İbrahimbəyov testlər metodunun milli



35

psixologiyanı öyrənmək sahəsindəki zərərli nəticələri barədə

danışmağa məcbur olur.  Onun 1936-cı ildə nəşf etdirdiyi

«Uşaqların əqli inkişafında zərərli nəzəriyyə» adlı məqaləsində

pedalogiyanın metodoloji yararsızlığından, təhsilə, psixologiya

və pedaqogika elminə vurduğu zərərdən bəhs olunurdu.

30-cu illərin ortalarında Azərbaycan psixologiya elminə

gənc və istedadlı alimlər gəlir.  Onların sırasından S. Hacıyev, 

M. Məhərrəmov, M. Abbasov və başqaları xüsusilə seçilirdilər. 

1931-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika

İnstitutu fəaliyyətə başlayır.  Fərəhli haldır ki,  institutun

nəzdində pedologiya-psixologiya kabineti və laboratoriyası da

fəaliyyət göstərir.  Təlim-tərbiyə prosesi ilə bağlı aparılan

tədqiqatlar psixologiya elminin inkişafında xüsusi yer tutur. 

İnstitutda yaradılan şöbəyə M.R. Abbasov başçılıq edir. Bu in-

stitutda müxtəlif dövrlərdə F.Ə. İbrahimbəyov,  A.O. Mako-

velski,  S. Hacıyev,  M. Hacıyev,  Z.M. Mehdizadə,  Ə.K.

Zəkuyev, M.C. Məhərrəmov, M.Ə. Həmzəyev, Ə.S.Bayramov, 

Ə.Ə. Əlizadə və başqa görkəmli alimlər çalışmış, tədqiqat işləri

aparmışlar.

Hazırda institut Təhsil Problemləri İnstitutu adı ilə fəaliy-

yət göstərir.  İnstitutun psixologiya və yaş fiziologiyası şöbə-

sində təhsilin müxtəlif sahələri üzrə tədqiqatlar aparılır.

Respublikamızda

psixologiya

elminin


inkişafında

APRDƏİ (hazırda Bakı Slavyan Universiteti),  SSRİ-nin 50 il-

liyi adına APXDİ (hazırda Azərbaycan Dillər Universiteti), 

KDPİ (hazırda Gəncə Dövlət Pedaqoji Universiteti) və s. təhsil

müəssisələri də özünəməxsus rol oynamışdır.

1946-cı ildə ÜİK(b)P MK-nın xüsusi qərarı ilə 1947/48-

ci tədris ilindən başlayaraq orta məktəblərin buraxılış

siniflərində məntiq və psixologiyanın tədris olunması ilə bağlı

qərar qəbul olunur.  Qərara uyğun olaraq 1947/48-ci tədris

ilində Azərbaycan Dövlət Universitetində məntiq-psixologiya

kafedrası yaradılır.  Kafedraya rəhbərlik A.O. Makovelskiyə

tapşırılır.  O,  1960-cı ilə qədər bu kafedraya rəhbərlik edir. 




36

1960-cı ildən kafedra pedaqogika və psixologiya kafedrası adı

ilə fəaliyyətini davam etdirir.  1960-1970-ci illərdə kafedraya

M.C. Məhərrəmov,  daha sonra professor Ə.S. Bayramov

rəhbərlik edir.  Hazırda kafedraya professor B.H. Əliyev

rəhbərlik edir.



M.C. Məhərrəmov (1909-1970) həm psixoloq kadrlarının

hazırlanmasında, həm də psixologiya elminin inkişafında əvəz-

siz xidmətlər göstərmişdir.

O,  1931-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji

İnstitutunun pedaqoji-psixoloji fakültəsini bitirmişdir. 1944-cü

ildə ADU-nun aspiranturasına daxil olmuş və ömrünün sonuna-

dək orada çalışmışdır. O, 1955-ci ildə «Orta məktəbdə psixolo-

giyanın tədrisi üsullarına dair»,  1960  və 1961-ci illərdə «Psi-

xologiya oçerkləri»,  1968-ci ildə «Psixologiya»  əsərlərini

yazır.  1964-cü ildə M.Məhərrəmovun redaktorluğu ilə nəşr

olunan «Psixologiya» dərsliyi mühüm bir hadisə idi.

50-ci illərdən başlayaraq Azərbaycanda psixologiya elmi-

nin yeni bir inkişaf mərhələsi başlayır. Bu dövrdə A.K. Abdul-

layev, Ş.S. Ağayev aspiranturada, Ə.S. Bayramov, Ə.Ə. Əliza-

də, Ə.Ə. Qədirov, M.Ə. Həmzəyev və digərləri psixologiya fa-

kültəsində təhsil almışdır.

İ.Ə. Seyidov,  K.S. Əbilov,  M.S. Nəcəfov,  M.Ə. Həm-

zəyev,  M.M. Hacıyev 50-ci illərdə namizədlik dissertasiyaları

müdafiə edirlər.

1963-64-cü tədris ilində V.İ. Lenin adına APİ-də psixolo-

giya kafedrası yenidən müstəqil fəaliyyətə başlayır.  1963-

1975-ci illərdə kafedraya görkəmli psixoloq Ş.S. Ağayev

rəhbərlik edir. 

Ş.S. Ağayev 1954-cü ildə «Fikri məqsədin xarakterindən

asılı olaraq görmə qavrayışının dinamikası» mövzusunda nami-

zədlik,  1967-ci ildə isə «Əmək,  tərbiyə və inkişaf»  mövzu-

sunda doktorluq dissertasiyası müdafiə etmişdir. Şəxsiyyət psi-

xologiyası,  təlim psixologiyası,  tərbiyə psixologiyası və s. 

sahələr üzrə tədqiqatlar aparmış,  dərsliklərin hazırlanmasında, 






Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   191


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə