Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə3/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   191

10

Psixologiya bu elmlərin məlumatlarını özündə birləşdirir

və eyni zamanda onlara təsir etməklə insan haqqında elmlərin

modelinə çevrilir. Psixologiyanın başqa elmlərlə əlaqəsinə qısa

nəzər yetirək.

İnsan psixikası və davranışını onun təbii və sosial möv-

cudluğu haqqında biliklər olmadan başa düşmək mümkün

deyildir.  Ona görə də psixologiyanın öyrənilməsi    insan

biologiyası,  onun ali sinir sisteminin quruluşu və fəaliyyəti

haqqında biliklərə yiyələnməyi tələb edir.  Psixi hadisələr və

mərkəzi sinir sisteminin fəaliyyəti arasındakı əlaqə haqqında

biliklər ali sinir fəaliyyətinin fiziologiyasında öz konkret əksini

tapmışdır.  Təsadüfü deyildir ki,  psixologiyanın təbii elmi

əsaslarından

danışarkən

məhz


ali

sinir


fəaliyyətinin

qanunularına istinad edilir.

Psixologiya cəmiyyətin tarixi və mədəniyyəti ilə sıx

bağlıdır.  Belə ki,  insanda ali psixi funksiyaların inkişafında

sivilizasiyanın əsas tarixi nailiyyəti olan əmək alətləri və işarə

sistemi  həlledici rol oynamışdır.

İnsan psixikasının dərindən öyrənilməsinə,  onun başa

düşülməsinə sosiologiyanın əsasları haqqında biliklər də im-

kan yaradır. Bunu sosial psixologiyanın sürətlə inkişafı bir da-

ha təsdiq edir.  Müasir dövrdə sosial psixologiya insan

münasibətlərinin bütün sahələrinə nüfuz etməklə insanın sosial-

bələdləşmə davranışının psixi xassələrə necə yiyələnməsini

aydınlaşdırmağa  imkan verir. 

Psixologiya fəlsəfə elmi ilə ciddi qohumluq əlaqəsinə

malikdir. Bu təsadüfü deyildir. Məlum olduğu kimi psixologiya

müstəqil bir elm kimi fəaliyyət göstərənə kimi fəlsəfənin

daxilində formalaşmağa başlamışdır. Şübhəsiz şəxsiyyətin

psixoloji «ölçülərini»  insan,  onun spesifik həyat şəraiti, 

gerçəkliyi dərk etməsi və fəaliyyət haqqında fəlsəfi biliklərə is-

tinad etmədən müəyyənləşdirmək və öyrənmək mümkün

olmazdı.

Şüur,  təfəkkür və digər psixi hadisələr insanlara




11

anadangəlmə, hazır şəkildə verilmir. Bunlar ontogenezdə (fərdi

inkişaf prosesində)  insanın təlim və tərbiyəsi prosesində əldə

edilir. Buradan isə psixologiyanın pedaqogika elmi ilə əlaqəyə

malik olduğu özünü göstərir.  Psixologiya və pedaqogika

elmləri arasında başlıca əlaqə həmin elmlərin predmetlərinin

yaxınlığı ilə bağlıdır.  Əvvala həmin elmlərin obyekti inkişaf

etməkdə olan insandır (uşaq və yaşlı). Digər tərəfdən, psixolo-

giya insan psixikasının inkişaf qanunlarını öyrənir. Pedaqogika

isə şəxsiyyətin inkişafının    idarə olunması qanunlarını işləyib

hazırlayır.  İnsanın tərbiyəsi,  təhsili    təlimi onun psixikasının,

təfəkkürünün,  fəaliyyətinin məqsədəyönəlmiş şəkildə inkişaf

etdirilməsi deməkdir.  Psixologiya və pedaqogika elmlərinin

mühüm qarşılıqlı əlaqəsini göstərən amillərdən biri də onların

tədqiqat üsullarındakı eyniyyətdir.  Bir çox elmi psixoloji

axtarışlar pedaqoji problemlərin həlli üçün vasitə rolunu oy-

naya bilir. Bir elmi fənn kimi pedaqogikada pedaqoji faktların

izahı,  şərhi,  sistemləşdirilməsi üçün psixoloji biliklərdən

istifadə olunur.  Pedaqoji fəaliyyətin nəticələri psixoloji

diaqnostikanın köməyi ilə aşkara çıxarılır.

Bunlarla yanaşı olaraq müasir psixologiya elmi öz

qarşısında duran ümumi və xüsusi vəzifələri həyata keçirərkən

pedaqogika ilə yaxın təmasda fəaliyyət göstərir,  pedaqogika

elminin əldə etdiyi nəticələrə istinad edir.

Müasir dövrdə psixologiya və dilçilik arasında da sıx

əlaqə özünə geniş yer tutmağa başlamışdır.  Bunun aydın

təzahürünü psixolinqvistikanın meydana gəlməsində görürük.

Psixolinqvistika nitq davranışını psixoloq və linqvistlərin

kompleks şəkildə öyrənmələrini nəzərdə tutan elm sahəsidir. 

Linqvistika və nitqin psixologiyası ilə müqayisədə psixolinq-

vistika özünün müstəqil tədqiqat predmetinə malikdir. 

Psixolinqvistikanı daha çox psixologiya «özününkü»  hesab

edir. Doğrudur, psixologiyada hələ çoxdan mövcud olan sahə -

nitqin psixologiyası sahəsi vardır. Nitq psixologiyasınıın pred-

meti psixolinqvistikanın obyekti və predmeti ilə üst-üstə düşür. 




12

Ona görə də çox vaxt bu iki fənni bir-biri ilə qarışdırırlar. Bu

cür eyniləşdirməyə əsas olsa da,  hər-halda bu iki termini bir-

birindən fərqləndirən cəhətlər də mövcuddur. Onların fərqi

başlıca olaraq öyrənmə predmetində özünü göstərir.  Psixolo-

giya nitqin yaranması,  anlaşılması və formalaşmasının gedişi

zamanı öz diqqətini daha çox şüurun psixi funksiyalarının

xüsusiyyətlərinə yönəldirsə, psixolinqvistika bunlarla yanaşı bu

funksiyaların insanların nitq fəaliyyətində və nitq davranışında

ifadə vasitələrini (verbal və qeyri-verbal)  də nəzərə almağa

çalışır.

Psixolinqvistika olduqca gənc elmdir. O, təxminən XX əsr

50-ci illərin sonu,  60-cı illərin əvvəllərində meydana gəlmişdir. 

Sovet


psixolinqvistika

məktəbinin

«atası»  A.A.Leontyev

olmuşdur.

Elm sahəsinin genişlənməsi sayəsində psixolinqvisti-

kanın müxtəlif sahələri meydana gəlmişdir. Bunlardan ümumi

psixolinqvistika,  xüsusi psixolinqvistika,  sosial psixolinqvisti-

ka, yaş psixolinqvistikasını (ontolinqvistika) göstərmək olar.



Psixologiya elminin əsas sahələri. Psixologiya çoxsahəli

bir elmdir.  Müasir dövrdə psixologiya elminin nisbətən

müstəqil şəkildə inkişaf edən müxtəlif sahələri vardır.  Məhz

buna görə də «psixologiya elmi»  deyil «psixologiya elmləri» 

termininin işlədilməsi daha çox yerinə düşərdi. Belə ki, hər 4-5 

ildən bir psixologiya elminin yeni bir sahəsinin yaranmasının

şahidi oluruq.

Psixologiyanın çoxsaylı sahələrini təsnif etmək üçün

müxtəlif prinsiplərdən istifadə olunur.  Hər şeydən əvvəl psix-

oloji fənnləri fundamental və tətbiqi, ümumi və xüsusi olmaqla

təsnif etmək mümkündür.

Psixologiya elminin fundamental və ya baza sahələri

psixologiyanı və insanların davranışını kimliyindən və hansı

fəaliyyət sahəsində çalışmasından asılı olmayaraq hamının başa

düşəcəyi

şəkildə


şərh

etməyə


yönəldilmiş

sahələrdir. 

Psixologiyanın bu sahələri psixologiya və insan davranışı ilə



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə