Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının


Metal qəfəsli kristal quruluşa malik bərk cisimlər



Yüklə 18,4 Mb.
səhifə25/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

2.2.3. Metal qəfəsli kristal quruluşa malik bərk cisimlər

Bu tip bərk cisimlərin kristal qəfəsinin düyünlərində metallik rabitə ilə birləşən müsbət yüklü ionlar, yəni, kationlar yerləşir, elektronlar isə ionlararası boşluqda sərbəst hərəkət edərək maddənin elektroneytrallığını təmin edir. Bu mütəhərrik elektronlar metala xarakterik xassələr verir. Bu xassələrə yüksək elektrokeçiricilik və istilikkeçiricilik, metallik parıltı, plastiklik və s. aiddir.

Metal tipli bərk cisimlər üzlərə mərkəzləşmiş, həcmə mərkəzləşmiş kubik sıx qablaşmış kristal qəfəsli, həm də sıx qablaşmış heksaqonal qəfəsli olurlar (məsələn, Na, Zn, Fe, latun və s.).

Müasir təsəvvürlərə görə metal tip kristallarda nüvə ilə zəif əlaqədə olan valent elektronları ayrı-ayrı atoma aid olmur və sistemdə “sərbəst” hərəkət edərək, kristal qəfəsin düyünlərində olan bütün metal ionları arasında rabitə yaradır. Odur ki, metal kristallarda olan valent elektronları özlərini qaz molekulları kimi aparır və buna görə də həmin elektronlar şərti olaraq “elektron qazı” adlanır. Bu elektronlar hesabına yaranan metal rabitə onlara bərklik, ərimə və qaynama temperaturunun yüksək olması və az uçuculuq xassəsini verir (şəkil 2.3 d).



Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə