Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının


Molekul qəfəsli bərk cisimlər



Yüklə 18,4 Mb.
səhifə26/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

2.2.4. Molekul qəfəsli bərk cisimlər

Bu tip bərk cisimlərdə kristal qəfəsin düyünlərində maddənin molekulu yerləşir və bunlar bir‒biri ilə molekullararası rabitı ilə birləşirlər. Molekulyar qəfəsə malik olan maddələrin ərimə və qaynama temperaturları aşağı olur. Bu tip maddələrə bərk H2, O2, N2, halogenlər, CO2 və bir çox üzvi maddələri göstərmək olar.

Kristal qəfəsin düyünlərində yerləşən molekulları təşkil edən atomlar arasında kovalent rabitə, metalların öz aralarında isə zəif Van-der-Vaals qüvvələri olur. Molekul qəfəsli kristalların bəziləri, məs. yod, bərk CO2 arsan sublimasiya edirlər. Bərk CO2–nin kristal qəfəsi aşağıdakı kimi olur.

Şəkil 2.4. CO2 – nin kristal qəfəsinin sxemi

Bərk maddələrin hissəciklərinin fəzada düzülüş qaydasına görə bərk cisimlər 2 yerə bölünür: kristal və amorf cisimlər.

Hissəcikləri nizamsız düzülən, müəyyən ciddi quruluşa və həndəsi formaya malik olmayan cisimlər amorf cisimlərdir. Enerji baxımından amorf maddələr kristal maddələrə nisbətən davamsızdır. Amorf maddələr izotop xassəlidirlər, yəni onların xassələri bütün istiqamətlərdə eni olur. Bunlara şüşə, bərk qətranlar, mum və s. misal göstərmək olar.

Amorf maddələr müəyyən dəqiq ərimə temperaturuna malik deyil, yəni kristal maddələrdə olduğu kimi onlarda bərk haldan maye halına keçid sıçrayışla baş vermir. Qızdırıldıqda amorf maddələr yalnız tədricən yumşalaraq, nəticə etibarı ilə özlü mayeyə çevrilirlər.

Amorf maddələr müəyyən quruluşa malik olmadığından onlara “amorf” yəni “formasız” adı verilmişdir.

Şəkil 2.5. Kristal (a) və amorf (b) maddələrin bərk haldan maye hala keçidini xarakterizə edən qrafik


Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə