Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının



Yüklə 18,4 Mb.
səhifə23/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

2.2.1. İon tipli bərk cisimlər
Bu tip bərk cisimlərin kristal qəfəsinin düyünlərində əks işarəli yükə malik olan ionlar yerləşir. Burada hissəciklər arasındakı əlaqə elektrostatik cəzbetmə qüvvəsinin hesabına yaranır. Bu tip kristallar yüksək bərkliyi, möhkəmliyi, ərimə temperaturu və aşağı elektrik keçiriciliyi ilə fərqlənirlər. Bunlara misal olaraq metalların halogenidlərini, sulfidlərini və s. göstərmək olar. NaCl və CsCl kristalları da, belə kristal qəfəsə malikdirlər. Bu kristallarda Na-un koordinasiya ədədi 6-ya, Cs-un koordinasiya ədədi isə 8-ə bərabərdir. Bunlar NaCl tipli kubik üzlərə mərkəzləşdirilmiş və CsCl tipli kubik həcmə mərkəzləşmiş kristal qəfəslərdən aydın görünür.

Kristal qəfəsdə verilmiş hissəciyi əhatə edən və ona yaxın və ondan bərabər məsafədə yerləşən hissəciklərin sayı həmin mərkəzi hissənciyin koordinasiya ədədidir.

Neytral Na və Cl atomlarının elektron quruluşu aşağıdakı kimi olduğu halda:




Kristal qəfəsin düyünlərində yerləşən Na+ və Cl- ionlarının elektron quruluşu analoji olaraq Neon və Arqon təsirsiz qazları kimi olur:




Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə