Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının



Yüklə 18,4 Mb.
səhifə24/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

2.2.2. Atom tipli bərk cisimlər
Atom tipli bərk cisimlərin kristal qəfəsinin düyünlərində bir–biri ilə kovalent rabitə yaradan atomlar yerləşir. Bu tip maddələr yüksək ərimə temperaturuna malik olurlar. Buna xarakterik misal olaraq almazı göstərmək olar. Onun kristal qəfəsində bütün nüvələrarası məsafə və əlaqələrarası bütün bucaqlar bərabərdir. Bu onun yüksək bərkliyə malik olmasına şərait yaradır. (Məsələn: C (almaz), SiC, ZnC). Bu tip kristallar, elementlərin dövri cədvəlində metallarla qeyri-metallar arasında aralıq mövqe tutan bir və ya bir neçə kimyəvi elementdən yarana bilər.

Almazda hər bir karbon atomu tetraedrik formada 4 qonşu atomlarla əhatə olunmuşdur. Hər bir atomun 4 valent elektronları yaxında yerləşən 4 karbon atomlarının hər birinin 1 elektronu ilə cütləşərək bir rabitə yaradır. Rabitə əmələgətirən cütləşmiş elektronlar əks tərəflərə istiqamətlənmiş spinlərə malik olurlar.

Kristallarda olan ion və kovalent rabitələrin təbiəti göstərir ki, ion tipli kristallarda elektronlar bir iona tərəf toplaşdığından ionlararası məsafədə elektronların sıxlığı 0-a bərabər olmalıdır. Kovalent rabitəli kristallarda isə atomlar arasında elektronların sıxlığı daha yüksək qiymətə malik olmalıdır. Lakin, elektron sıxlıq-larının tədqiqi göstərir ki, kristallar arasında elektron sıxlığı ilə əlaqədar belə kəskin fərq yoxdur. Hətta güclü ion rabitısinə malik olan kristallarda belə, ionlararası məsafədə elektron sıxlığı sıfırdan fərqlənir.

Bu onu göstərir ki, ümumiyyətlə, təbiətdə mütləq ion tipli kristallar mövcud deyil. Yəni, ion tipli kristallarda da ionlararası müəyyən elektron sıxlığı mövcuddur.

Atom tipli bərk cismin kristal qəfəsinin strukturu 2.3 saylı şəklin a bəndində göstərilmişdir.


Şəkil2.3. Bərk cisimlərin kristal qəfəsi strukturunun

əsas tipləri


Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə