Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının


Bərk cisimlərin kristal quruluşu haqqinda anlayişlar



Yüklə 18,4 Mb.
səhifə6/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

1.2.Bərk cisimlərin kristal quruluşu haqqinda anlayişlar

Kristallarin daxili quruluşlarının qanunauyğunluğu barədə riyazi asılılığı ilk dəfə 1850-ci ildə fransız kristalloqrafı Oqyust Brave vermişdir. O fəza qəfəsi nəzəriyyəsini yaratmışdır. Kristallik maddələrin əsas xassələrinə uyğun olaraq 14 növ fəza qəfəsi yaratmışdir. Bu qəfəslər formaları və elementar özəklərin simmetrikliyinə görə bir birindən fərqlənmişlər. O bu qəfəslərin düyünlərini tədqiq olunan kristallik maddənin molekulunun mərkəzi ilə əlaqələndirmişdir və kristallaşma prosesində daha tez-tez əmələ gələn üzlərin xarakteristikasını vermışdir. Kristallik maddənin daxili quruluşu haqqında nəzəriyyənin işlənməsində böyük rus alimi E.S.Federovun geniş xidmətləri olmuşdur. Hələ rentgenanalizlər kəşf olunmazdan 27 il öncə o nöqtələrin düzgün sisteminin həndəsi forması ilə məşğul olaraq belə bir məticəyə gəlmişdir ki bu nöqtələrin birliyi kristalin strukturunu yaradır. Federov hissəciklərin kristallarda yerləşmələrinin fəza vəziyyətinin bütün mümkün hallarını riyazi üsulla çıxarmış və əsaslandırmışdır. Bunlar Federovun fəza qrupları adlandırılır. Bunların ümumu sayı 230dur. Hissəciklərin kristallarda yerləşməsinin nəzəri yolla çıxarılmış 230 qaydası (qanunu), sonralar rentgen şüalarının tətbiqi ilə kriustallik maddələrin strukturu tədqiq olunarkən, bu qaydalar təsdiq olunmuşdur. Hazırda bir çox kristallik maddələrin strukturu izah edilmiş və bunların Federovun əldə etdiyi nəticələrlə uyğunluğu müəyyənləşdirilmişdir.

Federova görə, fəza qəfəslərinin mühüm tipləri bunlardır:

Sadə kubik kristal şəbəkə

Üzlərə mərkəzləşmiş kubik kristal şəbəkə

Həcmə mərkəzləşmiş kubik kristal şəbəkə

Sadə heksaqonal kristal şəbəkə

Bu dörd ideal qəfəs, başlanğıc qəfəslər hesab olunur, bütün qalan qəfəslər daha az simmetrikliyə malikdirlər və bunları ilkin qəfəslərin dartılması və sürüşdürülməsi vasitəsilə almaq mümkündür. Bunun əsasında Federov tərəfindən kristalloqrafik hədlər qanunu irəli sürülmüşdür. Bu qanuna görə bütün kristallar dünyası iki tipə ayrılır kubik və heksaqonal. Bu qanun kristalloqrafiyanın əsas qanunlarından biridir.




Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə