Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının


Kristalın atom quruluşunun təsviri üsullari. Bravenin 14 tip elementar özəkləri



Yüklə 18,4 Mb.
səhifə8/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

1.4.Kristalın atom quruluşunun təsviri üsullari. Bravenin 14 tip elementar özəkləri
Bütün kristallik quruluşlarda çoxlu sayda atomları və ya atomlar qrupunu ayırmaq olar ki, onlar sanki fəza qəfəsinin düyünlərində yerləşmiş olsunlar.

Ümümiyyətlə “kristallik struktur”-la “fəza qəfəsi” anlayış-larını qarışdırmaq olmaz. Hər bir kristala xarakterik olan çox üzlü forma hər şeydən öncə onun daxili quruluşundan yəni kristallik strtukturundan asılıdır. Kristallik struktur kristalın atom quruluşunun real vəziyyətini ifadə edir. Yəni, kristalı təşkil edən hissəciklərin (atom, ion, molekul), fəzada yerləşməsi kimi başa düşülür. Bu strukturun sxemetik təsviri modeli fəza qəfəsi kimi qəbul edilir. Bu halda kristalın təpələri, tilləri və üzləri fəza qəfəsinin düyünlərinə, sıralarına və hamar torlarına uyğun gəlir.

Bütün kristallar üçün qəfəs (şəbəkə) quruluşu xarakterikdir. Bu prinsipləri nəzərə alaraq kristala aşağıdakı kimi tərif vermək olar. Elementar hissəciklərin (atom, ion, molekul) fəza qəfəsinin düyünlərindəki kimi ciddi qanunauyğun şəkildə yerləşməsindən əmələ gələn bütün bərk cismlər kristallar adlanır. Kristallarda hər şeydən öncə müəyyən üzlər inkişaf edir.Bu üzlər hissəciklərlə daha sıx örtülən və hamar torla üst-üstə düşən üzlərdir. Bu qanunu fransız alimi O.Brave muəyyən edib. Bu qanun kristalın xarıci forması ilə daxili strukturu arasında əlaqənin mövcudluğu barədə ilkin anlayışları vermişdir. Qəfəsin düyünləri vasitəsiylə əmələ gələn paralelepipedlər qəfəsin özəkləri və ya elementar özəklər adlanır. Əgər düyünlər özəyin yalnız təpələrində yerləşirsə belə özək sadə (primitiv) özək adlanır.

Verilmiş qəfəsin bütün əlamətərini özündə əks edirən özək seçmək üçün aşağıdakı sadə qaydaları gözləmək lazımdır

1) Özəyin simmetriyası bütün qəfəsin simmetriyasına uyğun olmalıdır.

2) Özəkdə düz bucaqların sayı maksimim olmalıdır.

3) Özəyin həcmi minimum olmalıdır.

Bu şərtlər daxilində kristal qəfəsin mümkün olan cəmi 14 tipi mövcuddur. Onlar Brave qəfəsləri adlanır.

Müxtəlif özəklərin işarələnməsi latın hərfləri ilə aparılır. SadəP, Bir üzdə (bazaya) mərkəzləşmişA,B,C, üzlərə mərkəzləşmiş – F, həcmə mərkəzləşmişJ. Elementar özək kristalın təkrar olunan ən kiçik hissəsi olmaqla onun bütün xassələrini özündə saxlayır və həndəsi forma etibarı ilə düzgün paralelepipeddən ibarət olur.








Şəkil 1.4. Elementar özəklərdə ekvivalent nöqtələrin koordinatları


Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə