Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının



Yüklə 18,4 Mb.
səhifə5/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

Rombik sinqoniya: oxlar qarşılıqlı perpendikulyar vəziyyətdə olub hər üçü ölçülərinə görə bir-birindən fərqlənirlər.

Yəni


:


a ≠b ≠c

α=β = 900

γ ≠900
Monoklinik sinqoniya: oxlar bir-irindən fərqlənir bunlardan ikisi qarşılıqlı perpendikulyar, üçüncü ox isə onlardan birinə perpendikulyar olur.


a,b,c

γ
Yəni:




a,b,c

α,β,γ

a ≠ b ≠ c

α ≠ β ≠ γ ≠900
Triklinik sinqoniya: hər üç oxun ölçüləri bir birindən fərqlənir. Bu oxlar həmçinin öz aralarinda müxtəlif bucaqlar əmələ gətirir.

Yəni:


Ümumiyyətlə, kristalın xarici formasının simmetriyası onun daxili quruluşunun simmetriyasından irəli gəlir. Aşağı kateqoriyaya daxil olan kristallar ikili oxdan yüksək oxa malik olmur. Orta kateqoriyalı kristallar üçün bir yüksək ox xarakterikdir. Yüksək kateqoriyalı kristallarda bir neçə belə ox olur.

Kristal maddələr onu təşkil edən hissəciklərin (atom, molekul və ya ionların) müəyyən qanunauyğun düzülüşü ilə xarakterizə olunur. Odur ki hər bir kristal qəfəs üç istiqamətdə sonsuz sayda dövri surətdə təkrar olunan elementar özəklərin toplusundan ibarətdir. Elementar özək kristalın təkrar olunan ən kiçik hissəsi olmaqla onun bütün xassələrini özündə saxlayır və həndəsi forma etibarı ilə düzgün paralelepipeddən ibarət olur. Kristal şəbəkəni ümumu şəkildə aşağıdakı kimi göstərmək olar (Şək. 1.1) Riyazi üsulla müəyyən edilib ki, fəza qəfəsinin 14 müxtəlif növü var. Məsələn, kub sinqoniya üç növ fəza qəfəsinə malikdir. Bunlar ‒ sadə kub, üzlərdə mərkəzləşmiş və həcmdə mərkəzləşmiş kubdurlar.

Şəkil 1.1.Kristal şəbəkə: a-elementar özək; b-fəza qəfəsi
Sadə kubik sinqoniyada hissəciklər qəfəsin bütün düyün nöqtələrində, həcmə mərkəzləşmiş qəfəsdə düyün nöqtələri ilə yanaşı kubun mərkəzində, üzlərə mərkəzləşmiş qəfəsdə isə düyün nöqtələrindən başqa, üzlərin ortasında da yerləşir. Tetraqonal sinqoniya iki fəza qəfəsinə malikdir bunlar sadə və həcmə mərkəzləşmiş tetraqonal şəbəkələrdir. Rombik sinqoniya dörd fəza qəfəsinə malikdirsadə, üzlərə, oturacağa və həcmə mərkəzləşmiş romblar. Triqonal sinqoniya bir fəza qəfəsinə malikdirsadə romboedrik. Monoklinik sinqoniya iki fəza qəfəsinə malikdir: sadə və oturacağa mərkəzləşmiş monoklin. Heksaqonal sinqoniya bir, yəni sadə heksaqonal və triklin sinqoniya bir, yəni sadə triklin fəza qəfəsinə malikdir.


Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə