Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının


Yüksək kateqotriyalı kubik sinqoniyanın sadə formaları



Yüklə 18,4 Mb.
səhifə14/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

1.9.Yüksək kateqotriyalı kubik sinqoniyanın sadə formaları

Kubik sinqoniyanin sadə formaları içərisində monoedrlər pinakoidlər, diedrlər, piramidalar və dipramidalar iştrak etmir. Bunların yalnız yüksək kateqoriya üçün xarakterik olan xüsusi formaları mövcuddur. Bunlar qapalı fiqurlardır. Bu sinqoniyanın 15 sadə formalarından ən əhəmiyyətli olan 8 formanı nəzərdən keçirək. Kubvari sinqoniyanın sadə formalarını təyin edərkən ilk olaraq onların üzlərinin sayından baçlamaq lazımdır.



1)Tetraedr(kubvari tetraedr) dörd üzlü forma olub hər bir üzü düzgün üçbucaqdan ibarətdir. Bu üzlərin hər birindən perpendikulyar şəkildə bir üçüncü dərəcəli simmeriya oxu keçir. Kubik sinqoniyada bu yeganə formadır ki dörd üzə malikdir. Bu formaya malik kristal maddə kimi tetraedrit (Cu12Sb4S13) mineralını göstərmək olar.

2)Kub (heksaedr)eyni kvadratlar şəklində altı üzə malik sadə formadır. Üzlər bir-birinə cüt-cüt paraleldirlər. Bu üzlərə perpendikulyar olan 3L4 simmetriya oxları keçir. Kubvari sinqoniyada altı üzə malik yeganə sadə forma kubdur.

3)Oktaedreyni formali düzgün üçbucaqlardan ibarət olan 8 üzə malik sadə formadir. Oktadrin üzləri cüt-cüt paraleldirlər. Onlara perpendikulyar olaraq 4L3 simmetriya oxları keçir. Kubvari sinqoniyada yeganə 8 üzlü formadır. Bu mühüm forma təbii kristallardan almazda şpinelidə maqnetitdə və digərlərində olur.

4)Rombododekaedrüzləri eyni romblardan ibarət olan 12 üzlü formadır. Üzləri cüt-cüt paraleldirlər. Simmetriya növlərindən (3L44L36L29PC və 3L44L36L2) 6 ikiqat simmetriya oxları rombododekaedrin üzlərinə perpendikulyardır.

5)Pentaqon(dodekaedr)beşbucaqlı formada olan üzlərdən ibarət 12 üzlü fiqurdur bu beşbucaqlılar düzgün deyillər. Əgər beşbucaqlılar düzgün olsaydılar, onda biz həndəsi dodekaedr alardıq ki bunun da beşinci dərəcəli 6 simmetriya oxu olardı, bu isə kristalloqrafiyada mümkün deyil. Pentaqon dodekaedrin beş-bucaqlılarında 4 tərəf bir-birinə bərabərdir beşinci tərəf isə onlardan fərqlənir. Pentaqon dodekaedrin üzləri cüt-cüt bir birinə paraleldirlər.

6)Tetraheksaedr(piramidaşəkilli kub)bu bərabəryanlı üçbucaq şəkilli üzlərə malik 24 üzlü formadır. Bu forma dördtərəfli kub kimi də təqdim oluna bilər. Əgər kubun hər bir üzü üzərində dörd üzlü piramida qursaq tetraheksaedr alarıq (flüorit-CaF2) (Cu Ag Pt Au)

7)Tetraqontrioktaedrdüzgün olmayan dördbucaqlı üzlərə malik 24 üzlü formadır bu forma sanki oktaedrin üçqat formasına bənzəyir. Əgər oktaedrin hər bir üzündə dördbucaqlı üzlərə malik piramida qurulsa bu formanı almış olarıq. “Tetraqon”sözü üzün dörd bucaqdan ibarət olduğunu göstərir. Onda “tetraqon-trioktaedr”in mənası dördbucaqlı üzlərə malik üçqat oktaedr deməkdir.

8) Qırxsəkkizüzlü və ya heksaoktaedrmüxtəliftərəfli eyni formalı 48 üzə malik formadır. Bütün mövcud formalar içində ən çox üzlərə malik olan formadır. Bu formanı oktaedrin üzlərini 6 üçbucaqlı üzlərə malik piramidalarla örtsək ala bilərik. Buradan “heksaoktaedr” sözünün mənası aydın olur, yəni 6 qat oktaedr.



Şəkil 1.8. Kubik sinqoniyanın sadə formaları

1‒tetraedr, 2‒triqon‒tritetraedr, 3‒tetraqon‒tritetraedr, 4‒penta-qon‒tritetraedr, 5‒heksatetraedr, 6‒oktaedr, 7‒triqon-trioktaedr, 8‒tetraqon‒trioktaedr, 9‒pentaqon-trioktaedr, 10‒heksaoktaedr, 11‒heksaedr, 12‒tetraheksaedr, 13‒rombodo-dekaedr, 14‒pen-taqon‒dodekaedr, 15‒didodekaedr.


Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə