Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının


Orta kateqoriyali sinqoniyalarin sadə formaları



Yüklə 18,4 Mb.
səhifə12/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

1.8.Orta kateqoriyali sinqoniyalarin sadə formaları


Orta kateqoriyalı sinqoniyalarda, yəni tetraqonal heksaqonal və triqonal (romboedrik) sinqonoyalarda xarakterik sadə formalar yaranır. Yuxarıda baxdığımız formalardan yalnız ikisi monoedr və pinokoid burada iştrak edir və həmişə baş simmetriya oxuna perpendikulyar olur. Bu zaman triqonal tetraqonal və heksqonal prizma əmələ gətirir.

1) Triqonal prizma‒ L3 simmetriya oxuna paralel olan üç üzdən ibarətdir onların en kəsik sahələri düzgün üçbucaqlıdan (triqon) ibarətdir. Triqonal prizmalar triqonal və heksaqonal sinqoniyalarin kristalları üçün xarakterikdir.

2)Tetraqonal prizma‒ L4 simmetriya oxuna pralel olan dörd üzdən ibarətdir. Onların en kəsik sahələsi kvadrat (tetraqon) əmələ gətirir. Tetraqonal prizmalar yalnız tetraqonal sinqoniyanin kristallarında olur.

3) Heksqonal prizma‒ L6 simmetriya oxuna paralel olan 6 üzdən ibarətdir. Onların en kəsik sahəsi düzgün altıbucaqlı (heksaqon) əmələ gətirir. Heksaqonal prizmaya, hexaqonal və triqonal sinqoniyanin Kristallarında rast gəlinir. Orta kateqoriyalı kristalllarda yuxarıda göstərilən prizmaların ikiqat sayda üzləri olan formalarına rast gəlinir.

İndi isə orta kateqoriyalı kristallarda rast gəlinən pramidalara baxaq.

4) Triqonal piramida‒ L3 simmetriya oxunu təpə nöqtəsində kəsən üç üzdən ibarətdir. Onun oturacağında düzgün üçbucaqlı (triqon) olur. Triqonal piramidalar əsasən triqonal sinqonoyanin kristallarinda rast gəlinir.

5) Tetraqonal piramida‒ L4 simmetriya oxunu təpə nöqtəsində kəsən dörd üzdən ibarətdir. Bu piramidanin oturacağı kvadratdan ibarətdir. Terraqonal piramidalar yalnız tetraqonal sinqonoyanın kristalları üçün xarakterikdir.

6) Heksaqonal piramida‒L6 simmetriya oxunu təpə nöqtəsində kəsən altı üzdən ibarətdir onun oturacağında düzgün altıbucaqlı (heksaqon) olur. Belə piramidalara heksaqonal və triqonal sinqoniyalarda rast gəlinir.




Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə