Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının


Aşağı kateqoriyalı sinqoniyanin sadə formaları



Yüklə 18,4 Mb.
səhifə11/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

1.7.Aşağı kateqoriyalı sinqoniyanin sadə formaları


Kristalloqrafik formaların öyrənilməsinmə “sadə forma” məfhumundan istifaidə olunur. Kristalın simmetriya elementlərinin köməyi ilə biri digərindən çıxarılan üzlərin məcmusu sadə forma adlanır. Məsələn, heksaqonal piramidanın üzləri bir sadə formanı təşkil edir. 1.5. saylı şəkildən göründüyü kimi bu fiqurun bütün üzləri, hər hansı ilkin üzün simmetriya oxu (L6) ətrafında 600 1200 1800 2400 3000 döndərməklə çıxarmaq olar.

Şəkil 1.5. Heksaqonal piramida
Ümumiyyətlə kristalloqrafik sada formaların tam çıxarılışı 32 simmetriya növləri əsasında həyata keçırilir. Bu üsulla bütün mümkün sadə formaların baxılması nəticəsində 47 sadə kristalloqrafik formalar alınmışdır.

Bildiyiniz kimi aşağı kateqoriyalı formalar rombik, monoklinik və triklinik sinqoniyalardan ibarətdir. Bu sinqoniyalar üzrə 7 növ sadə kristalloqrafik formaya rast gəlinir. Bu formları xarakterizə edək.

1) Monoedr ‒ “birüzlü” sadə formadır, fiqurun digər üzlərinin simmetriya elementləri ilə əlaqəsi olmayan yeganə bir üzdən ibarətdir. Aydındır ki, belə forma yalnız digər üzlərlə kombinasiya halında təsadüf olunur.

2) Pinakoid‒ (yunan sözü “pinos”lövhə) Biri digərindən ayrılan (çıxarılan), qarşılıqlı paralel olan iki üzdən ibarətdir. Bu tip sadə forma yalnız kombinasiya halında rast gəlinir.

3)Diedriki kəsişən üzdən ibarət olan sadə formmadır. Diedrin əyani modelini kitabın açıq halındakı forması kimi görmək olar. Bu forma da əvvəlki iki forma kimi yalnız digər üzlərlə kombinasıya halında müşahidə olunur. Monoedr, pinakoid və diedrdən ibarət olan kombinasiya modeli kimi ev (evcik) formalı uşaq oyuncağı göstərilə bilər.
Bu cür fiqurun simmetriyası L22P olub rombik sinqoniyaya uyğun gəlir. Fiqurun oturacaq hissəsi‒monoedr, qabaq və arxa divarlari, həmçinin sağ və sol yan divarları iki pinakoiddən; ikimeyilli tavanı isə diedrdən ibarətdir.

4)Rombik prizma – üzləri cüt-cüt paralel olan dördüzlü sadə formadır bu formanın en kəsiyi romb şəklində olur. Rombik prizmanın ayrılıqda götürülmüş dörd müstəvisi hər iki sonluqda açıq olan fiqur əmələ gətirir. Qapalı çoxüzlülərdə bu sonluqlar digər sadə formaların üzləri ilə qapanır. Bizim şəkildə rombik prizma pinakoidlə kombinasiyada verilmişdr.

5) Rombik piramidabir təpə nöqtəsində kəsişən dörd üzdən obarət sadə formadır. Piramidanın oturacağı rombdur. Piramidanın ayrıca götürülmüş üzləri açıq forma əmələ gətirir. Ona görə də bu forma əvvəlki formalar kimi yalnız kombinasiya halında olur. Bizim şəkildə rombik piramida monoedrlə kombinasiyada verilmişdir. Bu formanin simmetriyası L22P olub rombik sinqoniyaya aiddir.

6) Rombik dipiramidarombik sinqoniyaya aid olan sadə formadır. Bu forma aşağı kateqoriyanın yeganə sadə formasidir ki 8 üzdən ibarət olmaqla, qapalı çoxüzlü forma əmələ gətirir. Rombik dipiramidanı, iki piramidanı oturacaqlar üzrə üst-üstə qoymaqla asanlıqla əldə etmək olar. Bu formanın simmetriyası3L23PC kimi olur.

Monoedrlər və pinakoidlərə aşağı keteqoriyanın hər üç sinqoniyasında rast gəlinir. Diedrlər və rombik prizmalar monoklin və rombik sinqoniyalar üçün xarakterikdir.Rombik piramida və dipiramidaya yalnız rombik sinqoniyalarda rast gəlinir.

7)Rombik tetraedrin en kəsik sahəsi romb formasında olur.




Şəkil 1.6. Aşağı kateqoriyalı sinqoniyaların sadə formaları

1‒monoedr, 2‒pinakoid, 3‒diedr, 4‒rombik prizma, 5‒rombik tetraedr, 6‒rombik piramida, 7‒rombik dipiramida





Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə