Dərslik Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının


Kristalların sinqoniyalar üzrə paylanması qanunu



Yüklə 18,4 Mb.
səhifə10/114
tarix25.04.2022
ölçüsü18,4 Mb.
#86020
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   114
BCK -Səmədov Dərslik Elmi Şuranın 12.07.2017(pr.09)

1.6.Kristalların sinqoniyalar üzrə paylanması qanunu

Böyük rus alimi E.S.Federov tərəfindən təbii kristalların öyrənilməsi istiqamətində aparılan böyük tədqiqat işlərinin nəticəsində maraqlı qanunauyğunluqlar aşkar edilmişdir. Bu qanunauyğunluqlar kristalların simmetrikliyi ilə kimyəvi tərkibi arasında əlaqə yaratmışdır. O, müşahidə etmişdir ki, kristallik maddələrin kimyəvi tərkibi sadələşdikcə onların kristallarının simmetrukliyi artır. Analoji qanunauyğunluqları alman kristalloqrafı P.Qrot da müşahidə etmişdir. Hazırda kristalların simmetrikliyi ilə kimyəvi tərkibi arasında əlaqə yaradan qanun məlumdur, bu qanun Federov-Qrot qanunu adlanır: sadə kimyəvi tərkibə malik olan maddələrin kristallarına yüksək simmetriklik xasdır, maddələrin tərkibi mürəkkəbləşdikcə adətən həmin maddələrin kristallarının simmetrikliyi azalır. Məlumdur ki, ən yüksək simmetrikliyə malik olan kristallar kubuk heksaqonal sinqoniyanin kristallarıdır. Deməli sadə tərkibə malik olan maddələrin əksəriyyəti bu sinqoniyalar üzrə kristallaşmalıdırlar. Həqiqətən, təbii minerallar halında olan kimyəvi elementlər kubik sinqoniya şəklində kristallaşırlar. Məsələn, qızıl, platin, gümüş, mis, almaz. Qrafit isə heksaqonal sinqoniyada kristallaşır. Pirit (FeS2), qalenit (PbS) kimi minerallarda kubuk sinqoniyaya malikdirlər. Mürəkkəb kimyəvi tərkibə malik olan minerallar məsələn, silikatlar (avqit, çöl şpatı, olivin və başqaları) aşağı kateqoriyalı sinqoniyalar üzrə kristallaşırlar. Mürəkkəb tərkibə malik üzvü birləşmələrdə bir qayda olaraq kubik sinqoniyalı maddələr mövcud olmur. Amma buna baxmayaraq yuxarıda göstərilən qaydalardan kənaraçıxmalar da mövcuddur. Belə ki, kükürdün tərkibi bir kimyəvi elementdən ibarət olsa da, yəni sadə kimyəvi tərkibə malik olsa da aşağı kateqoriyalı yəni monoklinik və rombik sinqoniyalarda kristallaşır. Təbiətdə olan minerallar içərisində mürəkkəb kimyəvi tərkibə malik olan minerallar üstünlik təşkil edirlər. Ona görə də bu kristallar içərisidə aşağı kateqoriyalı kristalların orta və yüksək kateqoriyalı kristallara nisbətən daha çox təsadüf edilməsi ehtimal olunur.

Beləliklə, FederovQrot qanunu kristalloqrafiyanın əsas qanunlarından biri olub, mineralların strukturunun müəyyənləşdirilməsində istifadə olunan dəlillərlə sübut olunmuşdur.


Yüklə 18,4 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə