Mühazirə Peyk radiorabitə şəbəkələri



Yüklə 1,89 Mb.
səhifə1/9
tarix23.09.2023
ölçüsü1,89 Mb.
#123204
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9
Mühazirə 3


Mühazirə 3.


Peyk radiorabitə şəbəkələri


Peyk rabitə şəbəkələrinin qurulmasının ümumi müddəaları
Peyk rabitə sistemlərinin (PRS) iş prinsipi yerüstü stansiyalar (YS) arasında əlaqə yaradan aralıq peyk retranslyatorunun (PR) mövcudluğuna əsaslanır (şək. 1).

Şəkil 1. Peyk rabitə sistemlərinin (PRS) iş prinsipi.

PRS-lərin məqsədindən asılı olaraq, rabitə ilə təmin olunan nöqtələr Yerin səthində, havada və ya kosmosda ola bilər. Bu nöqtələrin hər birin­də adətən qəbuledici-verici rabitə radiostansiyaları (birkanallı və ya çoxka­nallı) quraşdırılır. Peyklərdə isə radiosiqnalları bir abonentdən qəbul edib digərinə ötürən peyk rabitəsi (PR) yerləşdirilir. Ən sadə halda retranslyasiya prosesi giriş siqnallarının gücləndirilməsindən və onların spektrlərinin digər tezlik oblasta keçir­ilməsindən ibarət olur. Lakin bir sıra hallarda retranslyasiya prosesində, sistemi maneələrdən qorumaq məqsədi ilə siqnalların daha mürəkkəb çevrilməsi həyata keçirilir.


PRS-lər qloballıq səviyyəsi və abonentlərə xidmətin universallığı ilə fərqlənirlər. PRS-in qloballıq səviyyəsi xidmət göstərilən ərazinin böyük­lüyü ilə, göstərilən xidmətin universallığı isə təklif olunan rabitə növləri ilə xarakterizə olunur.
Mənsubiyyətinə nəzərən PRS-lər beynəlxalq, milli və korporativ olur. Göstərilən xidmət zonasına nəzərən isə PRS-lər qlobal, regional və zonal növlərə bölü­nür. PRS-lərdə aşağıdakı növ informasiyaların ötürülməsi həyata keçirilir: 1) televi­ziya və səsli yayım proqramları; 2) telefon, faks, teleqraf məlumatları.
PRS-nin məqsədindən və YS növündən asılı olaraq aşağıdakı radiorabitə xidmətləri mövcuddur:
1. Fiksə olunmuş peyk xidməti. Bu halda bir və ya bir neçə peykdən istifadə etməklə fiksə olunmuş nöqtələrdə yerləşən YS-lər arasında radiora­bitə yaradılır;
2. Hərəkət edən peyk xidməti. Bu halda bir və ya bir neçə peykdən istifadə etməklə hərəkət edən YS-lər arasında radiorabitə yaradılır;



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə