Mühazirə Peyk radiorabitə şəbəkələri


İNMARSAT peyk rabitə sistemi



Yüklə 1,89 Mb.
səhifə4/9
tarix23.09.2023
ölçüsü1,89 Mb.
#123204
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə 3

İNMARSAT peyk rabitə sistemi

İNMARSAT PRS-in ilkin təyinatı gəmiçilikdə təhlükəsizlik və effek­tivlik üçün telefon və teleqraf rabitəsinin təmin olunması idi.


İNMARSAT PRS-in inkişaf dövrünün birinci mərhələsində birinci nə­­sil YSP-lər də quraşdırılmış PR-lərdən istifadə olunurdu. Rabitə “Standart-A” standartı üzrə informasiyanın rəqəmli və analoq emalı metodlarından istifadə etməklə həyata keçirilirdi. PRS-in inkişaf dövrünün ikinci mərhələsində isə ikinci nəsil YSP-lərdən və daha böyük enerji potensialına malik PR-lərdən istifadə olunmağa başlandı. Burada “B”, “C”, “Aero”, “M” kimi standartlar tətbiq olundu.
Hərəkət edən obyektlərlə rabitəyə tələbatın və abonentlərin sayının artması İNMARSAT PRS-in daha da təkmilləşməsinə səbəb oldu. Buna görə də, inkişaf dövrünün üçüncü mərhələsində üçüncü nəsil geostasionar YSP-lərin və daha böyük enerji potensialına və buraxma qabiliyyətinə malik PR-lərin tətbiqinə başlanıldı.
İnkişaf dövrünün dördüncü mərhələsində orbitə dördüncü nəsil YSP-lər çıxarıldı. Bu YSP- lərdə quraşdırılmış PR-lər verilənlərin yüksək sürətlə ötürülməsini təmin edirlər. Bu PR-lər İnternet informasiyanın, videoinformasiyanın 500 kbit/san sürətlə ötürülməsinə imkan yaradır.
İNMARSAT-A peyk rabitə sistemi. İNMARSAT-A sisteminin tərki­binə PR yerləşdirilmiş fəaliyyətdə və ehtiyatda olan YSP-lər, idarəetmə-ölçmə kompleksləri (İÖK), gəmi stansiyaları (GS), sahil stansiyaları (SaS), istismar idarəetmə mərkəzi (İİM) daxildir. Bu PRS 3 böyük ərazini - Atlantik okeanı rayonunu, Hind okeanı rayonunu və Sakit okean rayonunu rabitə ilə təmin edir (şək.5). Sadalanan hər bir ərazi üzərində biri fəaliyyətdə və ikisi ehtiyatda olan YSP qrupu yerləşir (sistemin tərkibinə 9 ədəd YSP daxildir).


Şəkil 5. İNMARSAT-A peyk rabitə sisteminin əhatə etdiyi rayonlar.


75 dərəcə şm. enliyi və 75 dərəcə cən. enliyi arasında qalan ərazidə YSP-nin yer bucağı 5 dərəcədən az olmadığı üçün, bu ərazi stabil rabitə ilə təmin olunur. Hər bir okean rayonunda istənilən qədər GS və bir neçə SaS yerləşə bilər. Stansiyaların belə yerləşməsi şəbəkə yaradır. Belə SaS-lərdən biri şəbəkənin koordinasiya stansiyası (ŞKS) rolunu oynayır. Yuxarıda sadalanan hər bir zonada bir ŞKS yerləşir. SaS-lərin ümumi sayı isə 20-dən çoxdur. İNMARSAT sisteminin şəbəkələrindən birinin struktur sxemi şək.6-da göstərilmişdir.



Şəkil 6. İNMARSAT sisteminin şəbəkəsinin struktur sxemi.


Sistemdə gedən rabitə proseslərini avtomatlaşdırmaq üçün bütün SS və GS-lərə xüsusi identifikasiya nömrəsi verilir.


Hər bir YSP-nin tərkibinə iki PR daxildir. Onlardan biri GS-dən gələn siqnalları 1,6 GHs tezliyində qəbul edərək, SaS-ə 4 GHs tezliyində ötürür. Digər PR isə, SaS-dən gələn siqnalları 6 GHs tezliyində qəbul edərək, 1,5 GHs tezliyində GS-ə ötürür.
YSP-lərin idarə olunması, onların orbitdə yerləşməsində düzəlişlərin edilməsi, bütün altsistemlərin nizama salınması İÖK vasitəsi ilə həyata keçirilir.
Hər bir GS-in antenası iş periodunda avtomatik olaraq YSP-lərdən birinə istiqamətlənmiş olur. Şəbəkənin istənilən SaS-indən GS-ə çağırış siqnalı gəldikdə, GS avtomatik olaraq çağırış siqnalında göstərilmiş kanala köklənir. SaS-lər YSP və abonentlər arasında (GS-lər) aralıq hissə rolunu yerinə yetirir. SaS-lər İNMARSAT PRS-in bir sıra tələblərinə uyğun olmalıdır:
1. rabitə yaradılması məqsədi ilə çağırış siqnallarının qəbul olunması və ötürülməsi;
2. çağırış siqnallarının formalaşması və ötürülməsi;
3. telefon və teleqraf kanallarının kommutasiyası;
4. telefon və teleqraf siqnallarının retranslyasiyası;
5. kanallardan istifadə vaxtının qeydə alınması.
Okean rayonlarının hər hansı birində olan GS ilə sahildə yerləşən abonent arasında rabitə şəbəkənin istənilən SaS-i vasitəsi ilə həyata keçirilə bilər. Əgər SaS ŞKS kimi fəaliyyət göstərirsə, onda bu SaS bir sıra əlavə əməliyyatlar da həyata keçirir (rabitə tezliklərinin ölçülməsi, siqnalın səviy­yəsinin və digər parametrlərinin ölçülməsi, çağırış siqnallarının yazılması, YSP-nin şüalandırma gücünün tənzim olunması və s.).
İİM aşağıdakı funksiyaları yerinə yetirir: kosmik seqmentin xarakte­ristikalarına nəzarət olunması, yeni texniki vasitələrin istismar olun­ması və sistemin inkişaf planlarının həyata keçirilməsi, istismara çıxarılmış GS və SaS-lərin sınanması, sistemin hazırkı vəziyyəti haqqında informasi­yanın bütün SaS və GS- lərə ötürülməsi.
İNMARSAT PRS-də istiqamətinə görə dörd tip radioxətt ayırmaq olar: SaS - YSP, YSP - SaS, GS - YSP, YSP - GS.
Ötürülən (qəbul olunan) informasiyanın növündən asılı olaraq 6 tip kanal seçilir: siqnalizasiya kanalı, teleqraf kanalı, telefon kanalı, xidməti teleqraf kanalı, xidməti telefon kanalı, pilot-siqnal kanalı.
Siqnalizasiya kanalı standart çağırış siqnallarının ötürülməsi üçün nəzərdə tutulmuşdur. Hər bir SaS və ŞKS-nin bir siqnalizasiya kanalı mövcuddur. ŞKS-in siqnalizasiya kanalı bütün sistem üçün ümumidir və SaS və GS-lərin hamısı bu kanalda daima informasiya qəbul edirlər.
Hər bir SaS-in 22 teleqraf kanalı var. Bu kanallar sorğudan asılı olaraq GS və sahil abonentləri arasında bölüşdürülür. Teleqraf kanalları həm simpleks həm də dupleks rejimdə işləyə bilər.
Telefon kanallarının sayı istifadə olunan YSP-nin növündən asılıdır və həm dupleks, həm də simpleks rejimdə istifadə edilə bilərlər.
Xidməti telefon və teleqraf kanalları SaS, ŞKS və İÖK arasında xidməti informasiyanın mübadiləsi üçün nəzərdə tutulmuşdur.
Hər bir şəbəkənin bir pilot-siqnal kanalı var. Bu kanalın məqsədi YSP-də yerləşdirilmiş PR-lərin (2 ədəd) tezliyinin sürüşməsini təyin etməkdir. YSP-dən qəbul olunmuş pilot siqnalların tezliyinə əsasən, SaS-lər öz vericilərinin və qəbuledicilərinin tezliyini elə sürüşdürürlər ki, YSP-nin tezlik sürüşməsi kompensasiya olunsun.
Rabitənin gəmi tərəfindən yaradılması üçün, GS siqnalizasiya kanalı vasitəsi ilə SaS-ə çağırış siqnalı göndərir. Çağırış siqnalının tərkibində tələb olunan kanalın tipi haqqında məlumat və rabitənin yaradılması üçün bir sıra başqa məlumatlar olur. Bu məlumatlar operator tərəfindən GS-ə rabitə yaradılmazdan əvvəl daxil edilir.
Əgər GS teleqraf kanalı tələb edirsə, onda çağırılan SaS boş kanal tapır və bu kanalın nömrəsini ŞKS-ə göndərir. ŞKS isə ayrılmış kanalın nömrəsini ümumi siqnalizasiya kanalı vasitəsi ilə GS-ə göndərir. Bu məlumatı qəbul edən GS, öz vericisini və qəbuledicisini ayrılmış kanala kökləyir və çağırılan SaS ilə rabitə yaradır. Daha sonra bu SaS yerli şəbəkə vasitəsi ilə sahildəki lazımi abonentlə rabitə yaradır. Beləliklə GS sahildəki abonentlə rabitə yaratmış olur. Sadalanan əməliyyatların hamısı avtomatik olaraq həyata keçirilir (şək.7).

Şəkil 7. Peyk rabitə sistemi vasitəsilə gəmi stansiyası ilə sahildəki abonent arasında teleqraf rabitəsinin yaradılması.

Əgər GS telefon kanalı tələb edirsə, onda tələb haqqında məlumat (çağırış) ŞKS-ə daxil olur. ŞKS boş telefon kanalı ayırır və onun nömrəsini ümumi siqnalizasiya kanalı vasitəsi ilə GS və SaS-ə göndərir. Kanalın nömrəsini alan GS və SaS öz verici və qəbuledicilərini avtomatik olaraq ayrılmış telefon kanalına kökləyirlər. Daha sonra GS, SaS vasitəsi ilə lokal telefon şəbəkəsinə qoşulur. Beləliklə, GS ilə sahildə yerləşən abonent arasında rabitə yaradılır (şək.8).



Şəkil 8. Peyk rabitə sistemi vasitəsilə gəmi stansiyası ilə sahildəki abonent arasında telefon rabitəsinin yaradılması.

Sahil abonentindən GS-ə istiqamətlənmiş rabitə analoji yolla həyata keçirilir.


İNMARSAT-A sistemində rabitə xəttinin istiqamətindən asılı olaraq müxtəlif tezlik diapazonları istifadə olunur:
- GS- YSP- (1636,5… 1645) MHs;
- YSP- GS- (1535… 1543,5) MHs;
- SaS- YSP- (6416,5… 6425) MHs;
- YSP- SaS- (4192… 4200,5) MHs.

Bu tezlik diapazonlarının daxilində 339 tezlik istifadə oluna bilər. Bu tezliklər 25 kHs–ə tam bölünən olmalıdırlar. Başqa sözlərlə İNMARSAT-A PRS-də bir rabitə kanalının tezlik zolağının eni 25 kHs-ə bərabərdir. İNMARSAT sistemində hər bir f tezliyinə N nömrəsi verilmişdir:


f=a+0,025N
burada N=1, 2… 339; a- istifadə olunan rabitə xəttindən asılıdır və tezlik diapazonunun başlanğıc tezliyini ifadə edir.
İNMARSAT sistemində GS-SaS və SaS-GS istiqamətlərində siqna­lizasiya və teleqraf kanalları üçün kanalların zaman bölünməsi metodundan, telefon kanalları üçün isə kanalların tezlik üzrə bölünməsi metodundan istifadə olunur. Telefon kanallarında giriş və çıxış siqnallarının tezliyi 300÷ 3400 Hs arasında dəyişir.

Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə