Mühazirə Peyk radiorabitə şəbəkələri


İNMARSAT-B peyk rabitə sistemi



Yüklə 1,89 Mb.
səhifə5/9
tarix23.09.2023
ölçüsü1,89 Mb.
#123204
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə 3

İNMARSAT-B peyk rabitə sistemi. İNMARSAT-B PRS-i (STANDART-B) İNMARSAT-A - nın inkişafı nəticəsində yaranmışdır. Bu sistem də İNMARSAT-A kimi telefon, teleqraf, verilənlərin ötürülməsi kimi müxtəlif məsələləri həll etmək üçün nəzərdə tutulmuşdu. İNMARSAT-B PRS-in quruluş strukturu İNMARSAT-A PRS-i ilə eynidir. Fərqli cəhəti İNMARSAT-B PRS-də bütün növ rabitələrin təminatı üçün informasiyanın rəqəmli emalından istifadə olunması və tezlik diapazonlarının daha da genişləndirilməsidir.
İNMARSAT-C peyk rabitə sistemi. Bu sistem kiçik ölçülü gəmilərdə, katerlərdə, qayıqlarda və digər transport vasitələrində yerləşən abonentləri peyk rabitəsi ilə təmin etmək üçün nəzərdə tutulmuşdur. Bu PRS-də kiçik ölçülü abonent terminallarından (GS) istifadə olunur. Belə terminalların üstün cəhəti, onların qiymətinin kiçik olması və az enerji sərfiyyatıdır. Terminal az enerji sərf etdiyindən şüalandırılan siqnalın gücü də kiçik olur. Bu səbəbdən SaS ilə rabitə prosesində ötürülən informasiyada müəyyən təhriflər yarana bilər. Belə təhrifləri aradan qaldırmaq üçün, inforamsiyanın SaS-in tələbindən asılı olaraq təkrarən ötürülməsi istifadə olunur.
İNMARSAT-M peyk rabitə sistemi. İNMARSAT-M PRS-in yaradılmasının başlıca məqsədi suda və quruda hərəkət edən obyektlərdə kompakt mobil stansiyalar vasitəsi ilə abonentlər arasında rabitə yaratmaq idi. Bu sistem eləcə də individual istifadəçiləri peyk rabitəsi ilə təmin etmək imkanına malikdir. Öz strukturuna görə İNMARSAT-A PRS ilə eynidir. Lakin PR-lərin gücü, kiçikölçülü mobil peyk stansiyalarının normal işini təmin edən səviyyəyə qədər artırıldı. Sistemin küyə davamlılığının artırılması üçün isə bir kanalın eni 10 kHs-ə qədər azaldıldı.


İridium peyk rabitə sistemi

İRİDİUM PRS-i Motorola firması tərəfindən yaradılmış qlobal per­so­nal radiorabitə sistemidir. Bu sistem inkişaf etmiş və etibarlı rabitə şəbəkə­ləri olmayan rayonlarda, gəmilərdə və təyyarələrdə, ekstremal şəraitlərdə rabitəni təmin etmək üçün istifadə olunur. Rabitə infrastrukturunun inkişaf etdiyi rayonlarda isə İRİDİUM PRS mövcud yerüstü rabitə sistemlərini tamamlayır. İRİDİUM sistemi istifadəçi terminalının kiçik ölçüləri ilə fərqlənir.


İRİDİUM PRS bir neçə növ rabitə xidmətlərini təklif edir:
1. daşınan radiotelefonlar vasitəsi ilə telefon rabitəsi;
2. faks məlumatlarının mübadiləsi;
3. elektron poçt;
4. abonentin olduğu yerin təyin olunması və bu informasiyanın ötürülməsi.
İRİDİUM PRS-i fərqləndirən əsas cəhətlər peyklərarası rabitə kana­lından istifadə olunması və PR-lərdə siqnalların mürəkkəb çevrilməsinin həyata keçirilməsidir. Bu sistem vasitəsi ilə abonentlər arasında əlaqə yerüstü rabitə sistemlərindən istifadə etmədən də yaradıla bilər. Lakin sistemin yerüstü rabitə şəbəkələrindən asılılığını aradan qaldırmaq üçün kifayət qədər bahalı və mürəkkəb YSP-lərdən istifadə etmək lazım gəlir.
İRİDİUM PRS-də rabitənin təşkil olunması prinsipi mobil rabitədə olduğu kimidir. Lakin burada sonuncudan fərqli olaraq, baza stansiyaları (YSP-lər) stasionar vəziyyətdə olmur və orbit üzrə hərəkət edirlər. İRİDİUM PRS-in strukturu şək. 9-da göstərilmişdir.


Şəkil 9. İRİDİUM PRS-in struktur sxemi.


Sistem 3 seqmentdən ibarətdir:


1. kosmik seqment;
2. yerüstü stasionar stansiyalar (YSS) seqmenti;
3. abonent terminalları (AT) seqmenti.
Kosmik seqment 66 YSP-dən ibarətdir. Orbitlərin hündürlüyü 780 km təşkil edir (aşağı hündürlüklü orbit). Peyklər hər birində 11 YSP olmaqla 6 orbit üzrə bərabər paylaşdırılıb. Qonşu orbit müstəviləri arasındakı bucaq 31,6 dərəcə, birinci və altıncı orbit müstəvisi arasındakı bucaq isə 22 dərəcə təşkil edir. YSP-lərin belə paylanması qlobal radiorabitəni təşkil etməyə imkan yaradır. Hər bir YSP-nin çəkisi 450 kq-dır və tərkibində 3 peyk rabitəsi (PR) var. Bu PR-lər istifadəçi (abonent) kanalnın, idarəetmə kanlnın və peyklərarası kanalın reallaşdırılması üçün istifadə olunur. Hər bir YSP-nin tərkibində 3 komplekt antena var (PR-lərə uyğun olaraq): əsas kanal antenaları, idarəedici kanal antenaları və peyklərarası kanal antenaları. Əsas kanal antenaları abonentlərlə rabitə yaratmaq üçün istifadə olunur. Hər bir YSP diametri 4000 km olan zonanı rabitə ilə təmin edə bilər. İdarəedici kanal antenaları sistemi idarəetmə mərkəzi (SİM) və şlüz stansiyaları (ŞS) ilə rabitə yaratmaq üçündür. Hər bir YSP eyni zamanda 4 ŞS ilə rabitə yarada bilər. Peyklərarası kanal antenaları YSP-lər arasında rabitə yaradılması üçün istifadə olunur. Hər bir YSP- də dörd ədəd belə antena quraşdırılmışdır. Onlardan ikisi uzununa, ikisi isə eninə yerləşən müstəvidə rabitə yarada bilər. Peyklərarası rabitə kanalından istifadə olunması İRİDİUM sisteminə bir sıra üstünlüklər verir:
1. sistem şlüz stansiyalarından (ŞS) asılı olmur;
2. peyklər bir biri ilə rabitə yaradaraq ən yaxın ŞS vasitəsi ilə yerüstü lokal şəbəkə ilə əlaqə yarada bilər;
3. hər hansı bir ŞS ilə rabitə yaradılması müəyyən səbəblər üzündən mümkün olmadıqda, digər rabitə marşrutundan istifadə etmək mümkün olur;
4. kosmik seqmentə daxil olan bütün YSP-ləri, yalnız bir peyklə rabitə yaratmaqla idarə etmək olur.

Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə