Mühazirə Peyk radiorabitə şəbəkələri


GlobalStar peyk rabitə sistemi



Yüklə 1,89 Mb.
səhifə7/9
tarix23.09.2023
ölçüsü1,89 Mb.
#123204
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə 3

GlobalStar peyk rabitə sistemi

GlobalStar ABŞ və qərbi Avropanın bir sıra firmaları tərəfindən yara­dılmış peyk rabitə sistemidir. İRİDİUM sistemi kimi mobil abonent termi­nallarından istifadə etməklə qlobal radiorabitə yaratmaq üçün nəzərdə tutul­muşdur. Lakin İRİDİUM PRS-dən fərqli olaraq GlobalStar PRS yerüstü telekommunikasiya şəbəkələrindən asılı olaraq fəaliyyət göstərir. Bu sistem rabitə infrastrukturu inkişaf etmiş yerlərdə yerüstü mobil telefon şəbəkə­lərini tamamlamaq, yerüstü rabitə şəbəkələri az inkişaf etmiş rayonlarda isə avtonom radiorabitəni təşkil etmək üçün nəzərdə tutulmuşdur. GlobalStar sistemi ilə yerüstü telefon şəbəkələrinin bir birinə bağlanması şlüz stansiyaları (ŞS) vasitəsi ilə həyata keçirilir. Bu PRS, İRİDİUM PRS-in təqdim etdiyi rabitə xidmətlərini təqdim etməklə yanaşı yüksək iqtisadi göstəricilərə malikdir. Belə ki, sistemin iqtisadi effektivliyini artırmaq üçün, kosmik seqmentin yaradılmasına sərf olunan məbləğ xeyli azaldılmışdır:


- istifadə olunan YSP–lərin sayı azaldılmışdır;
- peyklərarası radiorabitənin yaradılması üçün nəzərdə tutulmuş PR-lərdən imtina nəticəsində bort avadanlığı sadələşdirilmişdir. GlobalStar PRS-i fərqləndirən daha bir cəhət burada kanalların kod üzrə bölünməsi metodundan istifadə edilməsidir.
GlobalStar PRS-də YSP ilə hərəkət edən obyektlər (AT-lər) arasında radiorabitə aşağıdakı tezlik diapazonlarında yaradılır:
- AT-YSP istiqamətində 1610÷1626,5 MHs;
- YSP-AT istiqamətində 2483,5÷2500 MHs.
YSP ilə ŞS arasında radiorabitə isə aşağıdakı diapazonlarda aparılır:
- ŞS-YSP istiqamətində 5025÷5225 MHs;
- YSP-ŞS istiqamətində 6875÷7075 MHs.
GlobalStar PRS-də 48 YSP-dən istifadə olunur. Belə struktur 65000 dupleks telefon kanalından istifadə olunmasına imkan yaradır. Bu sistemin strukturu (şək. 10) İRİDİUM PRS-in strukturuna bənzəyir. Lakin bura­da peyklərarası rabitə kanalından istifadə olunmur. Bu səbəbdən ŞS sayının artırılması və mürəkkəbləşdirilməsi zərurəti yaranır.


Şəkil 10. GlobalStar PRS-ın strukturu sxemi.

Sistemdə istifadə olunan YSP-lərin yer səthindən hündürlüyü 1410 km- dir. YSP-lər 8 orbit üzrə bərabər paylanmışdır. Hər bir YSP-nin çəkisi təqribən 450 kq-dır və tərkibində iki ədəd peyk rabitəsi (PR) yerləşdirilmişdir. Bu PR-lərdən biri AT-YSP və YSP-ŞS istiqamətlərində, ikincisi isə ŞS-YSP və YSP-AT istiqamətlərində radiorabitə yaradır. Bir YSP vasitəsi ilə yer səthində diametri 5760 km olan ərazi rabitə ilə təmin oluna bilər.


GlobalStar PRS-in yerüstü seqmenti çoxlu sayda ŞS-lərdən (200-ə yaxın), SİM-lərdən və AT-lərdən ibərətdir. ŞS-lərin tərkibində dörd ədəd 3,4 m diametrli, proqram istiqamətləndirilən parabolik antena var. Onlardan üçü radiogörünüş zonasında olan üç YSP ilə rabitə yaradır, dördüncüsü isə yeni “qalxan” YSP ilə rabitə yaratmağa hazırlaşır. AT-lər öz ölçülərinə görə üç qrupa bölünür:
1. daşınıla bilən AT;
2. daşınıla bilən avtomobil AT;
3. stasionar AT.
SİM-lərin həll etdiyi əsas məsələlər ŞS-lərin işini planlaşdırmaq, kosmik seqmentin işini idarə etmək, idarə siqnallarını YSP-lərə ötürməkdir.
AT radiogörünüş zonasına düşən bütün YSP-lərdən informasiya qəbul edə və ötürə bilər. Sistemdəki YSP-lərin yer ətrafında fırlanma periodunun 114 dəqiqə olduğuna görə, hər bir AT eyni zamanda bir neçə YSP-nin radiogörünüş zonasına düşür. AT- nin ilk qoşulması zamanı, onun sinxrosiqnal vasitəsi ilə ŞS ilə sinxronlaşması baş verir. Bu zaman, AT lazımi ŞS ilə əlaqə yaradır, onun tezliyini və gecikmə vaxtını izləyir. AT-nin belə sinxronlaşması ilkin sinxronlaşma adlanır. İlkin sinxronlaşmadan sonra, AT-nin psevdoküy çeviricilərinin ŞS-dəki uyğun çeviricilərlə və eləcə də, AT-nin sistemdə olan digər AT-lərlə sinxronlaşması baş verir. AT-nin sinxronlaşması proseduru, ŞS-dən cavab siqnalı aldıqda başa çatır. Daha sonra çağıran və çağırılan AT-lərin reqistrasiyası və audentifikasiyası baş verir. Daha sonra AT-lər arasında dupleks rabitəni təmin etmək üçün ŞS tərəfindən rabitə tezliyi, psevdoküy ardıcıllığının parametrləri və informasi­yanın ötürülmə sürəti təyin olunur.
AT qoşulduğu anla dupleks rabitəsi yaradıldığı an arasındakı zaman intervalı 50 san təşkil edir. Bu intervalın 48 san-i AT-nin və ŞS-nin ilkin sinxronizasiyasına düşür. Əgər AT və ŞS əvvəlcədən sinxronizasiya olunmuşdursa, onda abonentlər arasında dupleks rabitənin yaradılması üçün 2 san tələb olunur.



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə