Mühazirə Peyk radiorabitə şəbəkələri



Yüklə 1,89 Mb.
səhifə3/9
tarix23.09.2023
ölçüsü1,89 Mb.
#123204
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə 3

PRS-nin elliptik orbitdə qurulmasının öz üstünlükləri və çatışmaz­lıqları var. Elliptik orbit üzrə hərəkət zamanı YSP yerin müəyyən bir nöqtəsi üzərində uzun müddət ərzində asılı vəziyyətdə qalır. Bu zaman YSP yerin səthindən 5000÷15000 km yüksəklikdə olur. Elliptik orbitdən istifadə zamanı hündür tikililər kimi maneələrin siqnala təsiri azalır. Hal hazırda fırlanma periodu 12 saat və 24 saat olan elliptik orbitlər mövcuddur. Belə orbitin üstün cəhətlərindən biri də YSP-nin heç vaxt kölgə zonasına (Günəş şüalarının düşə bilmədiyi zona) girməməyidir. Belə halda böyük tutumlu akkumulyator batareyalarına ehtiyac duyulmur.
Geostasionar orbitdə qurulmuş PRS-lərin üstün cəhətləri elliptik orbitdə qurulmuş PRS-lərdə olmasa da, sonunculardan yüksək en dairələrdə rabitə yaratmaq üçün geniş istifadə olunur. Lakin belə sistemlərin yaradıl­ması böyük xərclər hesabına başa gəlir. Çünki sistemin 24 saat ərzində müəyyən bir ərazini rabitə ilə təmin etməsi üçün bir neçə YSP lazım olur. Bundan əlavə periodik olaraq trafikin bir peykdən digərinə ötürülməsi həyata keçirilir. Elliptik orbitin çatışmazlıqlarından biri də, bort antenasının fırlanma trayektoriyasından asılı olaraq hərəkət etməsinin zəruriliyidir. Bunun səbəbi, yer səthinin müəyyən ərazisində stabil rabitənin təmin olunması üçün peykin şüalandırma bucağının dəyişməsi zərurətidir. Elliptik orbit üzrə hərəkətin daha bir xarakterik xüsusiyyəti şüalandırılan siqnalın tezliyinin Dopler sürüşməsidir. YS ilə rabitə xəttində bu rəqəm 14 kHs - ə çata bilər. Bu səbəbdən, Dopler tezliyini kompensasiya etmək üçün YS-larda peyk izləmə və tezlik avtokökləyicisindən istifadə olunur.
Yüksək orbitli PRS-lərin (geostasionar və elliptik orbitlərdə yerləşən YSP-ləri) YS-ları böyük və bahalı olduğundan adətən kütləvi şəkildə istifadə olunmur. Bu səbəbdən, son vaxtlar aşağı orbitli PR-lərin istifadəsi tendensiyası yaranmışdır. Geostasionar peyklərlə müqayisədə aşağı orbitli peyklərin bir sıra üstünlükləri var:
1. YSP-lərin orbitə çıxarılma xərclərinin xeyli azaldılması. Bu zaman daşıyıcı-raket kimi kontinentlər arası hərbi ballistik raketlərdən istifadə olunur;
2. Orbitdə yerləşən YSP-lərin sayının artması nəticəsində PRS-nin etibarlılığının artması;
3. YS antenasının texniki parametrlərinə qoyulan tələblərin azaldıl­ması;
4. YSP ilə YS arasında məsafənin xeyli azaldılması nəticəsində, sonuncunun enerji sərfiyyatının və ölçülərinin xeyli azalması;
5. Qütb zonalarında rabitənin yaradılması.
Aşağı orbitli YSP-lərin yer səthindən hündürlükləri 700÷2000 km, yer ətrafında fırlanma periodu 1÷3 saat təşkil edir. Belə PRS-lərin tərkibində onlarla peyk ola bilər. Tərkibində orbit üzrə ekvidistant paylanmış 60÷70 peyk olan PRS Yer kürəsini tam əhatə edə bilər.
Aşağı orbitli PRS-lər öz növbəsində 3 qrupa bölünürlər.
Birinci qrupa zonal rabitə sistemləri aiddir. Belə sistemlərdə radiosiq­nalların birbaşa retranslyasiyası həyata keçirilir. YSP iki YS-in görünüş zonasında olduqda sonuncular bir-biri ilə rabitə yarada bilər.
İkinci qrupa informasiyanın yadda saxlanılmasına əsaslanan sistemlər aid edilir. Bu zaman bir YS tərəfindən şüalanan informasiya YSP tərifindən yadda saxlanılır, daha sonra digər YS həmin YSP-nin radiogörünüş zonasına düşdükdə yadda saxlanılan informasiya ikinci YS-ə ötürülür. Belə sistem elektron poçt kimi fəaliyyət göstərir və YS-lər arasında məsafə YSP-nin fəaliyyət dairəsindən kənara çıxdıqda istifadə olunur. Bu sistemin çatışmazlığı abonentlər arasında telefon rabitəsinin mümkün olmamağıdır.
Üçüncü qrupa peyklər arası rabitəyə əsaslanan sistemlər aiddir. Bu zaman YS-lər arasında rabitə informasiyanın bir peykdən digərinə ötürülməsi yolu ilə yaradılır.



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə