Mühazirə Peyk radiorabitə şəbəkələri



Yüklə 1,89 Mb.
səhifə9/9
tarix23.09.2023
ölçüsü1,89 Mb.
#123204
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə 3

İCO peyk rabitə sistemi
ICO Global Communications kompaniyası yaratmışdır. Bu sistem bir neçə il sonra New ICO adı altında tanınır.
New ICO PRS səs və verilənlərin ötürülməsi, sürətli İnternet kimi xidmətləri təklif etməyi planlaşdırır. Sistemin qurulması başa çatdıqdan sonra, abonentlər qlobal mobil peyk rabitəsi ilə təmin olunmalıdırlar. New ICO PRS kosmik seqmentinin meylliyi 450 olan iki müstəvidə yerləşən 12 YSP-dən təşkil olunacağı planlaşdırılır. Bunlardan 10-u işlək, 2-si isə ehtiyat YSP olacaq. Orbitin hündürlüyü isə 10390 km seçilmişdir. YSP-lərin yer ətrafında fırlanma periodu isə 6 saat, çəkisi 2300 kq təşkil edəcək. Hər bir peykin potensial buraxma qabiliyyəti 4500 kanala bərabərdir.
YSP-lərin yerləşməsinin orta orbitdə seçilməsinin bir sıra üstünlükləri var:
1. YSP-yə istiqamətin yer bucağının böyük olması nəticəsində relye­fin və ya tikililərin rabitənin keyfiyyətinə təsirinin minimuma enməsi;
2. YS-nin radiogörünüş zonasında bir neçə YSP-nin olması ehtima­lının yüksəkliyi. Bu da öz növbəsində rabitə üçün daha optimal YSP-nin seçilməsinə imkan yaradır;
3. YSP - nin YS-ə nəzərən çox aşağı sürətlə hərəkət etməsi. Bunun nəti­cəsində radiorabitənin stabilliyi artır.
New ICO PRS-in yerüstü seqmentinin 12 YSS-dən təşkil olunması planlaşdırılır. Bu YSS-lər müxtəlif qitələr üzrə paylanmışdır və İCONET adlı yerüstü şəbəkə formalaşdırırlar. Hər bir YSS-nin tərkibində 5 ədəd parabolik antena var. Bunlardan biri ehtiyat digərləri isə radiogörünüş zonasında olan YSP-lərlə rabitə yaratmaq üçün nəzərdə tutulmuşdur. New ICO PRS-də kanalların tezlik üzrə və zaman üzrə bölünməsindən istifadə olunur.
New ICO PRS-in AT-ləri həm peyk rabitəsi həm də şanvari mobil rabitə rejimlərində işləmək qabiliyyətinə malik olacaq.





Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə