Mühazirə Peyk radiorabitə şəbəkələri


Hərəkət edən obyektlərlə rabitə üçün PRS-in tərkibi və əsas xarakteristika­ları



Yüklə 1,89 Mb.
səhifə2/9
tarix23.09.2023
ölçüsü1,89 Mb.
#123204
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə 3

Hərəkət edən obyektlərlə rabitə üçün PRS-in tərkibi və əsas xarakteristika­ları.

PRS-in əsas tərkib hissələri aşağıdakılardır (şək.2):



Şəkil 2. PRS-in əsas tərkib hissələri.
1. Kosmik stansiya (KS). Peyk rabitəsi (PR) olub, qəbuledici və verici qurğudan, siqnalların qəbul edilməsi və verilməsi üçün antenadan, enerji təminatı sis­temlərindən, antenanın oriyentasiyası sistemindən, günəş batareyaların­dan, KS-nın orbitdə vəziyyətinin korreksiyası sistemindən və s. ibarət olur;
2. Abonent stansiyaları. İnformasiyanın dupleks rejimində mübadiləsi üçün istifadə edilir;
3. Mərkəzi (koordinasiya) YS (MYS). PR-in işinə və YS-ların parametrlərinə (şüalandırma gücünə, daşıyıcı tezliyə və s.) nəzarət edir;
4. YSP-yə nəzarət və idarə olunma sisteminin mərkəzi YS (YSP-MYS). YSP-də yerləşdirilmiş bütün texniki təminatı idarə edir və onların parametrlərinə nəzarət edir;
5. İdarə etmə mərkəzi (İM). PRS-in istismar olunmasına və inkişafına rəhbərlik edən orqandır.
PRS-də istifadə olunan orbitlərin növləri. Hal hazırda mövcud olan və istifadəyə hazırlanan bütün PRS-ləri istifadə edilən orbitlərin forma və hündürlüyünə görə 3 qrupa bölmək olar: geostasionar orbitli PRS, elliptik orbitli PRS və aşağı orbitli PRS (şək.3.).


Şəkil 3. PRS-də istifadə olunan orbitlərin növləri.


Geostasionar orbit YSP-nin fırlanma periodu 23 saat 56 dəqiqə olan dairəvi, ekvatorial orbitdir. Geostasionar orbitin əyilmə bucağı 0 dərəcə təşkil edir. Belə orbitə çıxarılmış YSP yerin səthinə nəzərən sükunət vəziyyətində olur. Bu zaman YSP ekvator üzərində yerləşən peykaltı nöqtəyə nəzərən hərəkətsiz vəziyyətdə qalır.
Geostasionar orbitdən istifadə olunmasının bir sıra üstünlükləri var:
1. Yer səthində nöqtələr arasında arasıkəsilmədən radioəlaqə təmin olunur. Bu zaman bir YSP-dən digərinə keçmək, yerüstü antenalar vasitəsi ilə YSP-ni izləmək lazım olmur;
2. YSP və yer səthi arasındakı məsafə sabit olduğu üçün, YS və PR arasında siqnalın zəifləməsi sabit qalır;
3. Dopler tezlik sürüşməsi, demək olar ki baş vermir;
4. Yalnız üç ədəd YSP-dən istifadə etməklə qlobal PRS yaratmaq mümkündür (şək. 4). Bir peykdən istifadə etməklə yer kürəsinin 1/3 hissəsini əhatə etmək olar.

Şəkil 4. Qlobal PRS.

Sadalanan üstünlüklərinə görə geostasionar orbitdən çox geniş istifa­də olunur. Hal hazırda geostasionar orbitdə 300-ə yaxan YSP yerləşir. Buna baxmayaraq geostasionar orbitin bir sıra çatışmazlıqları var. Bunlardan biri siqnalın yayılması zamanı gecikmənin baş verməsidir. Bunun səbəbi YSP-nin YS-dən çox böyük məsafədə (35786 km) yerləşməsidir. Geostasionar orbitdə yerləşən YSP ilə YS arasında siqnalın ləngiməsi 240÷270 ms arasında olur. Yer səthində yerləşən iki abonent arasında bu gecikmə 600 ms təşkil edir. Gecikmənin təsiri nəticəsində rabitənin keyfiyyətini aşağı salan exo-siqnallar meydana gələ bilər. Belə exo-siqnallarla mübarizə aparmaq üçün xüsusi avadanlıqlardan istifadə edilir.


Geostasionar orbitlərdən istifadənin ikinci çatışmazlığı şimal və cənub qütblərinin əhatə zonasından kənarda qalmasıdır. 81 dərəcə şimal və cənub enliklərindən qütblərə doğru yerləşən nöqtələrdən PRS vasitəsi ilə əlaqə saxlamaq praktiki olaraq mümkün deyil. Bundan əlavə, yer bucağı 5 dərəcədən az olduqda PRS-in stabil işi mümkün olmur. Bunun səbəbi, EM dalğalarının üfüqə yaxın ərazilərdə yayılması zamanı müxtəlif anoma­liyaların müşahidə olunmasıdır. Beləliklə PRS vasitəsi ilə stabil rabitə 75 dərəcə şimal və cənub enlikləri arasında qalan zonada yaradıla bilər.
Geostasionar orbitlərdən istifadənin üçüncü böyük çatışmazlığı hündür tikililərin peyk siqnallarına maneə yaratmasıdır. Stabil rabitənin yaradılması üçün YS antenasının yer bucağının 40 dərəcədən az olmamağı zəruridir.

Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə