Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsinin aparıcı elmi işçisi, p e. d. Aynur Zülfüqarova



Yüklə 203,44 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix30.03.2018
ölçüsü203,44 Kb.
#35516
növüDərs
1   2   3   4   5   6   7   8

Kimya məktəbdə 

 

77 



 

qızdırırıq. Əgər parçalanma sakit gedirsə, qızdırmanı azca artırmaq olar. Silindrə 

qaz qabarcıqları aramla, yavaş sürətlə gəlməlidir.  Qabarcıqlar şiddətlənərsə, Cl

2

 



qazı da ayrıla bilər. Silindrdə O

2

 olmasını  közərmiş çöpləyoxlayırıq.  



Bir neçə (3-4) silindri O

2

-lə doldurduqdan sonra reaksiya dayandırılır. Bunun 



üçün əvvəlcə qazaparan boru sudan çıxarılır, sonra lampa kənara çəkilir. Reaksiya  

tənliyi yazılır.  



         Qeyd:   Bertole duzundan (KClO

3

) çoxlu oksigen alınır. 1q duzun 



parçalanmasından 300 ml O

2

almaq mümkündür. Bu duzla ehtiyatlı 



davranılmalıdır. Onun yanar maddələrlə qarışığı partlayıcıdır. 

 

4.3. Oksigendə közərmiş çöpün, kükürd, fosfor və dəmirin yandırılması. 



Resurs:  asbestlə örtülmüş iki kimya qaşığı, içərisində oksigen olan ağzı 

örtülü 4 silindr (və ya kolba, banka), nazik dəmir məftil, uzun taxta çöp  kükürd 

və  qırmızı fosfor tozları, spirt və ya qaz lampası, göy lakmus məhlulu və ya 

kağızı, kalsium-hidroksid məhlulu, distillə suyu. 



Təcrübələrin gedişi: 

1)  Közərmiş taxta çöpü silindrin birinə salıb onun parlaq alovla yandığını 

müşahidə edirik,  əməliyyatı bir neçə dəfə təkrar edir, sonra silindrə 4-5 ml duru 

Ca(OH)


2

  məhlulu  əlavə edib çalxalayır və  ağ bulantı  əmələ  gəldiyini görürük. 

Közərmiş çöpü kömür kimi qəbul edərək gedən reaksiyaların tənlikləri şagirdlərə 

yazdırılır.  

2)  İçərisində 1-2 damcı lakmus əlavə edilmiş azca su olan oksigen dolu 

silindrə qaşıqda qızdırılıb yandırılan kükürdü daxil edirik və onun daha parlaq 

alovla yandığını görürük. Sonra silindrin qapağını örtüb onu çalxalayır və qırmızı 

rəngə boyandığını müşahidə edirik. Gedən reaksiya tənlikləri yazdırılır.  

3)  2-ci  təcrübəni qırmızı fosforla aparırıq. Fosfor yanır və burda da alınan 

məhlulun qırmızı rəng aldığını müşahidə edirik. Reaksiya tənliklərini yazdırırıq. 

4)  Dəmir məftil yandıracağımız silindrin dibinə onun sınmaması üçün 2-3 

sm qalınlığında təmiz(yuyulmuş) qum tökürük. Sonra nazik dəmir məftilin səthini 

sumbata kağız ilə diqqətlə  təmizləyir,  şüşə çubuğa (və ya karandaşa) dolamaqla 

onun spiralını hazırlayırıq. Məftilin bir ucuna asan yanan mantar parçası (və ya 

başqa yanar material) taxılır. Dəmir məftili o biri ucundan tutaraq mantar hissəsi 

yandırılır və ehmalca içində  O

2

 olan bankaya salınır. Bu halda məftil parlaq 



qığılcımlar nəticəsində dəmirin 2-3 oksidi alınacaqdır. 

 

3Fe + 2O



2

  → Fe


3

O



(FeO·Fe

2

O



3

 



4.4. Ozonun(O

3

) alınması 

 Resurs:  Ozonator, 6-12 voltluq akkumlyator, induksiya makarası, qazometr (və 


2-3(50-51)2015 

 

 



78

ya oksigen almaq üçün sadə cihaz) O

2

-ni rütubətdən təmizləmək üçün içində qatı 



H

2

SO



4

 olan Tişşenko şüşə qabı, 2 stəkan, kalium-yodidli-nişastalı məhlul və ona 

batırılmış kağız. 

Sadə ozonatoru belə hazırlamaq olar. Yuxarı və aşağı hissəsində qazaparan 

borucuqları olan böyük sınaq  şüşəsi götürüb xarici səthinə yumşaq dəmir, və 

yaxud mis məftil dolanır və  məftilin bir ucu induksiya makarasına birləşdirilir. 

Tıxacdan keçirilmiş başqa yoğun məftil sınaq şüşəsinin içərisinə salınır(ucu dibə 

toxunmur) ucu isə induksiya makarasının o biri qütbünə birləşdirilir.  

Ozonatorun yuxarıdakı borucuğu Tişşenko qabındakı qatı  H

2

SO



məhlulundan keçib gələn oksigen axan boru ilə birləşdirilir. Ozonatorun aşağı 

hissəsindəki qazaparan borucuğu KJ-li nişastalı  məhlula salınır. Oksigen axını 

buraxılır və induksiya makarası elektrik cərəyanı  mənbəyi ilə  əlaqələndirilir. Bu 

zaman elektrik boşalmasının təsiri ilə oksigenin bir hissəsi ozona çevrilir və KJ-li 

nişastalı məhlul göyərir. Bu məhlulu hazırlamaq üçün oda davamlı stəkanda və ya 

kolbada 250 ml distillə suyunda həll edilmiş KJ məhlulu qaynayana qədər 

qızdırılır(qaynadılmır) və onun içərisində 0,5 q nişasta tozu qarişdıra-qarışdıra 

həll edilir.  

       Ozonatordan  çıxan O

3

 qazını iyinə görə  də yoxlamaq olar. Bunun üçün 



stəkandakı  məhlulu distillə suyu ilə  əvəz edir və alınan ozon məhlulunun iyi 

nümayiş etdirilir. 

        Sonda oksigen ozona çevrilməsi və məhlulun göy rəngə çevrilməsində gedən 

reaksiyaların tənlikləri yazılır. 

3O

2

   → 2O



3

 

2KJ + H



2

O + O


3     

→  2KOH+J

2

+O

2



 

 

Qeyd. Təcrübələr aparılan cihazların quraşdırılması üçün dərslikdəki şəkil-

sxemlərdən  istifadə oluna bilər. 

 

4.5. Havada oksigenin həcmcə miqdarının müəyyənləşdirilməsi. 

  

Resurs:  ağzı  tıxaclı altı açıq olan şüşə qab (və ya altı  kəsilmış  rəngsız 

butulka), kristallizator(genişağızlı  şüşə qab) şam və  şamdan(şamdanı  şamı 

saxlayan başqa ağır bir əşya ilə də əvəz etmək olar). 

Təcrübənin gedişi:    Şüşə qabın (butulkanın) həcmini 5 bərabər hissəyə bölüb 

üzərində çizgilərlə qeyd edirik, kristallizatora ortasına kimi adi su töküb orta 

hissəsəndə  şam taxılmış  şamdan qoyuruq. Sonra şam yandırıb tıxacı  çıxarılmış 

şüşə qabı kristallizatordakı suyun içində yerləşdirir və tıxacla möhkəm bağlayırıq. 

Kristallizatordakı suyun səviyyəsi şüşə qabın aşağı bölgü səviyyəsində olmalıdır. 

Bir qədər vaxtdan sonra şam sönür, kristallizatordakı suyun səviyyəsi isə bir bölgü 

yuxarı qalxır. Bu göstərir ki, havadakı oksigenin həcmi onun  1/5-i qədərdir, yəni 

təqribən 20 faizdir. 




Yüklə 203,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə