yeraltı qrunt sularının səviyyəsinin qalxmasına təkan verir.
Beləliklə, su və torpaq fondundan kortəbii istifadə nəticəsində,
hazırda Azərbaycanda 500-600 min hektara qədər suvarma
sahələrinə malik torpaq sahəsi yarasız haldadır.
Rəsmi məlumatlara əsasən Azərbaycanda 300 min hektar
otlaq və biçənək sahələri vardır.
Son 25 ildə 85-90 min hektar torpaq sahəsi sənaye
obyektləri, yol tikintisi, faydalı qazıntılar, zibilxanalar, inşaat
materialları və s. altındadır. Respublikanın torpaq fondu müəyyən
dərəcədə suvarma sistemlərində hidro- ekoloji məsələlərin kifayət
dərəcədə nəzərə alınması olmuşdur. Məsələn, Kür-Araz çayları
məcrasında yaradılan su hövzələrində bir sıra məsələlər nəzərə
alınmamışdır. Təkcə Kürdə yaradılan su anbarları ilə əlaqədar yüz
min hektarlarla torpaq, o cümlədən 30-40 min hektara yaxın tuqay
meşəsi itirilmişdir, neft məhsulları ilə 30-33 min hektar torpaq
çirklənmişdir. Meşələrin məhv edilməsi, Kür- Araz ovalığında
təbii göllərin qurudulması müvafiq regionlarda havada, torpqda
nəmliyin tənzim olunma qanunauyğunluğunu pozmuşdur.
Məsələn, Kür çayının Azərbaycana aid sahələrində Tovuzdan -
Yevlaxadək və Bərdəyə kimi 45 min ha tuqay meşəsi məhv
edilmişdir.
Xalq təsərrüfatında torpaq əsas və ümumi istehsal
vasitəsidir. Torpağın əhəmiyyəti əsasən onun münbitliyi ilə
müəyyən olunur. Torpaqda aparılan aqrotexniki və meliorativ
tədbirlər nəticəsində onun münbitliyini müntəzəm artırmaqla
kənd təsərrüfatı bitkilərinin normal qidalanmasını təmin etmək
mümkündür.
Torpaq bizim əsas və əvəzedilməz sərvətlərimizdir.
Ondan nə dərəcədə səmərəli istifadə olunmasından cəmiyyətin
taleyi və xalq təsərrüfatının gələcək inkişafı asılıdır. Torpaq bütün
ictimai formasiyalarda insana qüdrət, ölkəyə bərəkət və
cəmiyyətin inkişafına həlledici istiqamət vermişdir. İnsan təbiəti,
ilk növbədə torpaq sərvətləri ilə
128
məhsuldar edir, lakin insan torpaqdan səmərəli istifadə etməklə
təbiəti dəyişə bilir, səhralarda yaşıl zonalar yaradır və s. Başqa
istehsal sahələrindən fərqli olaraq torpaqdan düzgün istifadə
edildikdə torpaq məhsuldar olur, xassələri pisləşmir, əksinə
tədricən yaxşılaşır və münbitləşir.
Torpaqdan düzgün istifadə edilmədikdə pisləşir
məhsuldarlığını azaldır, nəticədə bəzən bütöv bir ərazi səmərəsiz
səhralara çevrilə bilir. Deməli, torpaq gələcək insan nəslinin
yaşaması üçün əvəzolunmaz maddi varlıqdır. Torpaqlardan
səmərəli istifadə edilməsi xüsusi tədbirlərin həyata keçirilməsini
tələb edir. Həmin tədbirlər torpağın təbii şəraitindən, relyef
formalarından asılı olaraq müxtəlif olur. Sellərə, sürüşmələrə,
uçqunlara, eroziyaya məruz qalmış, bataqlaşmış, şorlaşmış,
sənaye və kənd təsərrüfatı tullantıları ilə çirklənmiş və s.
torpaqların yaxşılaşdırılması xüsusi və bir çox yerdə kompleks
tədbirlər tələb edir. Bəzi regionlarda olduğu kimi Azərbaycanda
da qoruyucu meşələrin salınması, kollektor-drenaj şəbəkəsinin
tikilməsi kimi işlər görülməli, torpaqlarda rekultivasiya və
transfonnasiya aparılması tələb olunur.
3.7.
Torpaqların səhralaşmasının qanunauyğunluqları və
antropogen təsirlərin nəticələri. Müasir səhralaşma
problemləri
Müasir dövrün ən kəskin qlobal problemlərindən biri
fəlakətli quraqlıqların çoxalması və bunun nəticəsində ərzaq
təsərrüfatında məhsuldarlığın
kəskin
azalmağa
başlamasıdır.
B.Q.Rozanova görə (1984) səhralaşma-torpağın və
bitkilərin deqradasiyası və onların bioloji məhsuldarlığının
azalması prosesidir.
Səhralaşmaekstremal hallarda
biosferin potensialının tam məhv
olmasına və ərazinin
səhraya
çevrilməsinə səbəb olur. Son
onilliklərdə
səhralaşma prosesinə və onun yaratdığı problemlərə maraq
129
əhəmiyyətli dərəcədə artmışdır. Səhralaşma əslində təbii yolla
gedən prosesdir, insanın təsiri olmadan təbiətdə səhralaşmanm
getməsi təbii-tarixi prosesin nəticəsidir. Bununla yanaşı insanların
təbiətə geniş miqyaslı təsirləri nəticəsində səhralaşma sürətlənir.
Səhralaşma dedikdə daha geniş mənada yerin bioloji
potensialının azalması və ya məhvedilməsi, antropogen fəaliyyət
və iqlim dəyişməsi nəticəsində yer üstü ekosistemlərin tükənməsi
nəzərdə tutulur. BMT ekspertləri səhralaşma proseslərini və onun
yayılmasını ekoloji situasiyanın pisləşməsi kimi qiymətləndirir,
qeyd edirlər ki, bu proses nəticəsində quraq, yarımquraq ərazilərin
məhsuldarlığı səhra səviyyəsinə kimi enir. Bu proses əsasən
tədriclə gedir. Aridləşmə prosesi səhralaşmanm ilkin
mərhələlərindən biridir.
Torpaqların aridləşməyə məruz qalması dedikdə-
mürəkkəb və müxtəlif kompleks proses olub, geniş ərazilərin
rütubətləşməsini azaldan və bununla əlaqədar «torpaq-bitki»
ekoloji sistemlərinin bioloji məhsuldarlığının azalması başa
düşülür. Aridləşmənin əmələ gəlməsi yemin, suyun, yanacaq
problemlərini kəskinləşdirir və ekosistemdə dərin dəyişiklik
yaradır. Səhraların ətrafında olan əkinlər təzyiqə davam gətirmir
və səhrahqlarm ərazisinə qatılır ki, bu da hər il min hektarlarla
əkinə yararlı torpaqlar itirilir.
Səhralaşma eyni zamanda sosial-iqtisadi və təbii proses
olmaqla təqribən 3,2 mlrd, hektar torpaq sahəsini təhlükə altında
saxlamaqla, 700 mln-dan çox insanın yaşadığı əraziləri əhatə edir.
Daha təhlükəli vəziyyət Afrikanın Sahel zonasında (Seneqal,
Nigeriya, Burkino Foso, Mali və b.) keçici bioiqlim zonasında
(təqribən 400 km-ə qədər enində), şimalda Saxara və cənubda
Savannalar arasında yaranmışdır.
Saheldə kritik vəziyyətin yaranması əsasən iki amilin
təsirilə baş verir: 1) sürətlə artan əhalini ərzaq məhsulları ilə təmin
etmək məqsədilə insanın təbii ekosistemlərə təsirinin
130
Dostları ilə paylaş: |