Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə18/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   56

zamanı  açıqlanmış  hər  cür  informasiyalarla  bağlı  və  bütün 
insanlardan  tələb  olunan  tam  məxfiliyi  qorumağa 
borcludurlar” (70). Onlar həm də «konfrans dilmancları kimi 
öz  vəzifələrini  yerinə  yetirərkən  əldə  etdikləri  məxfi 
məlumatdan  hər  hansı  şəxsi  mənfəət  götürməkdən 
çəkinməlidirlər». 
Həmin  fikir  irland  tərcüməçi  və  dilmancları  üçün  də 
mütləq etik qaydalardan biri sayılır: 
«Tərcüməçi 
sifarişçilərlə  işgüzar  münasibətlərində  ehtiyatlı  və  etibarlı 
olmalıdır,  işinin  gedişində  əldə  ediləsi  məxfi  məlumatı  açıb 
yaymamalı və ya ondan mənfəət götürməməlidir» (72). 
«Sinxron  Tərcüməçilərin  Beynəlxalq  Birliyinin  Peşə 
Etikası üzrə Qaydaları» hətta müqavilə müddəti başa çatandan 
sonra da bu məxfi məlumatın sirr olaraq qalmasını tələb edir: 
«Tərcüməçi  peşə  sirrini  saxlamalıdır.  Heç  vaxt  onlar  öz 
vəzifələrini yerinə yetirərkən əldə etdikləri və ümumi şəkildə 
hamıya aşkarlanmayan məlumatı heç kəsə bildirməməlidirlər. 
Onlar  bu  məsuliyyətdən  öz  müqavilə  müddətləri  bitdikdən 
sonra da azad deyillər» (70). 
Məsələ  ilə  bağlı  Azərbaycanda  vəziyyət  necə 
tənzimlənir?  Əvvəla,  bizim  qanunlarda  tərcüməçilərin 
məxfiliyi qorumasını tələb edən xüsusi bir müddəa öz əksini 
tapmamışdır, çünki tərcümə və tərcüməçi fəaliyyəti haqqında 
qanun  yoxdur.  Yalnız  tərcüməçi  ilə  müqavilə  bağlayan 
ayrı-ayrı  sifarişçilər  məxfilik  məsələsini  müqavilə  mətninə 
daxil edə bilirlər. Azərbaycanda tərcümə təcrübəsində bir çox 
hallarda  sifarişçilə  tərcüməçi  arasındakı  münasibətlərin, 
qoyulan şərtlərin yazılı sənədə deyil, daha çox «kişi sözü»nə 
əsaslandığım  nəzərə  alsaq,  məxəz  mətndəki  sirrin  qorunub 
saxlanmasının  demək  olar  ki,  tərcüməçinin  öz  vicdanının 
ixtiyarına buraxılması və peşəkarlığına əsaslanması qənaətinə 
gələ  bilərik.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  7  sentyabr 
2004-cü ildə Azərbaycan 
60 


Respublikasının «Dövlət sirri haqqında» 733-IIQ saylı qanunu 
qəbul  edilmişdir  (101).  Bu  qanunda  tərcümə  haqqında  bəhs 
olunmasa  da,  hansı  növ  məlumatların  dövlət  sirri  olmasını 
bilmək hamı üçün, xüsusilə də tərcüməçilər üçün vacibdir. 
Tərcüməçilər  qarşısında  qoyulan  ən  vacib  tələblər 
sırasına  orijinala  sadiqlik  və  dəqiqlik  də  daxil  edilir.  Eyni 
zamanda onlardan tələb olunur ki, hədəf mətni oxuculara və ya 
dinləyicilərə səliqəli şəkildə təqdim etsinlər. 
«Bədii  Tərcüməçilərin  Avropa  Etik  Qaydaları»nda 
oxuyuruq:  «Tərcüməçi  müəllifin  və  ya  müəllif  hüquqlarına 
məxsus şəxsin israrlı icazəsi olmadan müəllifin fikirlərinə və 
ya sözlərinə hər hansı dəqiq olmayan dəyişikliklər etməkdən 
və  mətnə  ixtisarlar  və  ya  əlavələr  etməkdən  çəkinməlidir» 
(51). 
Tərcümədə  sadiqlik  məsələsi  «İrland  Tərcüməçilər  və 
Dilmanclar  Birliyi»nin  etik  kodeksində  öz  əksini  aşağıdakı 
kimi  tapmışdır:  «Tərcüməçi  orijinal  mətnin  adekvat 
tərcüməsini  təmin  etmək  üçün  öz  qabiliyyətinin  son 
həddinədək  çalışmalıdır  ki,  bu  da  onun  öz  şəxsi  şərhindən, 
rəyindən  və  ya  təsirindən  tamamilə  azad  olmalıdır.  Orijinal 
mətni  ciddi  şəkildə  dəyişə  bilən  hansısa  əlavə  və  ya  ixtisar 
etməmişdən əvvəl sifarişçinin razılığını almaq lazımdır» (72). 
Dəqiqlik anlayışı həm fikrin dəqiq çatdırılmasına, həm 
də  müqavilədə  göstərilmiş  vaxtda  tərcümənin  hazır  şəkildə 
təhvil verilməsinə, yəni vaxta görə dəqiqliyə rəğmən işlənilir. 
«Sinxron  Tərcüməçilərin  Beynəlxalq  Birliyinin  Yazılı 
müqavilə  əsasında  yerinə  yetirilən  tərcümə  üçün  etik 
qaydaları»nda  bu  məsələ  2-ci  maddəyə  daxil  edilmişdir: 
«Müqavilə ilə işləyən tərcüməçinin işi mümkün qədər yüksək 
keyfiyyətə malik olmalıdır. Müqavilə ilə işləyən tərcüməçi öz 
səriştəsindən kənar hesab etdiyi tapşırıqdan imtina etməlidir. 
O həm də işin təhvil verilməsi üçün 
61 


müəyyən  olunmuş  vaxta  hörmət  göstərməli,  müştəri  ilə 
razılaşdığı şərtlərə əməl etməlidir. O, tərcümənin keyfiyyətinə 
kömək  edə  bilən  sənədləri  və  mənbələri  də  müştəridən  ala 
bilər» (70). 
«Sinxron  Tərcüməçilərin  Beynəlxalq  Birliyinin  Peşə 
Etikası  üzrə  Qaydaları»nda  deyilir  ki,  «birliyin  üzvləri  eyni 
vaxtda yerinə yetirilmək üçün bir neçə iş götürməməlidirlər» 
(70). 
Etik 
qaydalarda 
tərcüməçidən 
öz 
peşəsini 
təkmilləşdirmək, 
həmkarlarını 
istiqamətləndirmək 
və 
dəstəkləmək  tələb  olunur.  Tərcüməçilər  rəqabətə  gətirib 
çıxaran  işlə  məşğul  olmamağa  çağırılır,  öz  həmkarlarının 
rəyinə  hörmət  etməsi  məsləhət  görülür.  Bəzi  ölkələrdə 
tərcüməçilərin  bir-  birilə  əlaqəsi  olmadığına  görə  tərcüməçi 
əməyinin qiymətləndirilməsində xoşagəlməz hallar baş verir. 
Məsələn,  işlərini  görmüş  tərcüməçinin  haqqını  layiqincə 
ödəmədən növbəti dəfə başqa bir tərcüməçini işə cəlb etmək 
müştəri üçün heç də çətin olmur. Tərcüməçilər isə bir-birlərini 
həmin  sifarişçi  barəsində  xəbərdar  etsələr,  xoşagəlməz 
təcrübələrin sayı da azalar. 
«Sinxron  Tərcüməçilərin  Beynəlxalq  Birliyinin  Peşə 
Etikası  üzrə  Qaydaları»nda  deyilir  ki,  «öz  həmkarlarına 
mənəvi  yardım  və  dəstək  birlik  üzvlərinin  vəzifəsidir». 
Təşkilatın «Müqavilə əsasında iş yerinə yetirən tərcüməçilərin 
etik kodeksi»ndə bu məqam bir daha vurğulanır: «Müqavilə ilə 
işləyən tərcüməçi peşə həmrəyliyinə xələl gətirən hər hansı bir 
hərəkətdən çəkinməlidir. Bununla əlaqədar, o, müsabiqə üçün 
istənilən  təklifləri,  müəyyən  olunmuş  normalara  uyğun 
gəlməyən şərait və şərtlər daxilində istənilən işi rədd etməlidir 
(70). 
Qəbul olunmuş etik qaydalara əsasən tərcüməçi ictimai 
marağa  zidd  bu  və  ya  digər  qaydada  qanun  pozuntusu  ilə 
əlaqələndirilən işi öhdəsinə götürməməlidir. 
62 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə