Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə25/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   56

vahid  peşə  birliklərində  iştirak  onların  köməyinə  gələ  bilər. 
Hər bir mütərcim tərcümə biznesindən xəbərdar olmalıdır. 
Mövzuya aid tapşırıqlar: 
1.
 
Tərcümə  prosesinin  mərhələlərindən  bəhs  edən 
sitatı  oxuyun  və  burada  hansı  yaradıcılıq 
elementlərini müşahidə etdiyinizi söyləyin. 
2.
 
Təcrübəli  korrektor  və  redaktorların  kitabın 
sonundakı  «Əlavələr»  bölümündə  verilmiş 
məsləhətlərini  (94)  oxuyun  və  bunlardan 
hansıların  sizin  üçün  yeni,  lakin  vacib  olduğunu 
deyin. Hər bir məsləhətin əhəmiyyətini izah edin. 
Translating  a  play  is  an  act  of  Hubris,  with  Nemesis 
waiting  in  the  wings.  After  nearly  30  years,  I  still  open  no 
dictionary  before  I  have  not  only  read  but  lived  with  a  text, 
perhaps  for  months  or  even  years.  Reading  is  a  painfully 
acquired skill, as important to a translator as working drawings 
are to an architect. I first try to get an overall impression of the 
style,  idiom,  themes  and  attitude  -  in  Brecht’s  word,  the 
‘Gestus’ of the play as a whole. I get to know the characters. 
Who  are  they,  how  do  they  relate  to  each  other  and  us,  the 
audience,  who  are  strangers  to  them?  How  important  is  each 
character  to  the  action  -  when  on  the  stage  or  off?  How 
important  is  the  subtext?  Is  what  the  characters  say  or  do 
always to be taken at face value? (25, 38) 
84 


5.1.
 
TƏRCÜMƏÇİNİN İSTİNAD ETDİYİ 
MƏNBƏLƏR 
Əvvəldə  yazılı  tərcüməyə  hazırlıqdan  danışarkən  mü- 
lərcimin  istinad  mənbələri  məsələsinə  də  toxunduq. 
Ümumiyyətlə,  yazılı tərcümədə mütərcimin istinad, məlumat 
mənbələri  canlı  və  cansız  kimi  iki  qrupa  bölünür.  «Canlı 
mənbə» dedikdə tərcüməçinin istinad etdiyi insanları nəzərdə 
tuturuq.  Qarşıya  çıxan  problemlərlə  əlaqədar  həmkarlara, 
aidiyyəti sahə üzrə mütəxəssislərə, universitet professorlarına 
müraciət  etmək  mümkündür.  Ən  yaxşısı  isə  sifarişçi  və  ya 
müəlliflə, sonra isə oxucu ilə əlaqə  yaratmaqdır. Biz bundan 
tərcümədə  əməkdaşlıqdan  danışarkən  bəhs  etmişdik.  Bu  cür 
problemləri  kənar  şəxslərlə  müzakirə  etdikdə  məxfilik 
prinsipinə  əməl  olunmasını  bir  daha  xatırlatmaq  lazımdır. 
Məxəz  dildəki  naməlum  söz  və  ifadələri  lüğət  (30)  və  digər 
yazılı  mənbələrdən  tapmaq  mümkün  olmadıqda  dil 
daşıyıcılarına  müraciət  ən  yaxşı  çıxış  yoludur.  C.Hcndrinin 
(Hendry, J.F.) orijinal bir məsləhəti də müəyyən məqamlarda 
ağlabatan  nəticələr  verə  bilir:  «...bir  məqamı  da  yadda 
saxlamaq  lazımdır  ki,  ən  qeyri-adi  vəziyyətlər,  yəni  bütün 
məlumat mənbələri tükəndiyi hallar istisna olmaqla, məsləhət 
və  ya  naməlum  söz  üçün  həmkarlara  müraciət  edilmir, 
mütərcim  öz  mühakiməsinin  ümidinə  qalır.  Ola  bilər  ki,  bir 
müddətdən  sonra  həmkarlar  özləri  kömək  almaq  məqsədilə 
sənə müraciət etsin» (15, 74). 
Yazılı  tərcüməyə  başlamazdan  əvvəl  mövzu  ilə  bağlı 
müəyyən  məlumat  toplamaq  lazımdır.  Onun  əsasında 
mütərcim  terminlər  sözlüyünü  tərtib  edir  və  eyni  zamanda 
kontekstdən xəbərdar olur. Buna görə o, müəyyən mənbələrə 
müraciət  edir.  Ottava  Universitetinin  professoru  Vilyam 
Məlkom  (William  Maleom)  məlumat  mənbələrindən 
danışarkən onları üç qrupa bölür: 1) Eyni mövzudan bəhs 
85 


edən, eyni mətn tipinə malik, eyni janrda yazılmış mətnlər; 2) 
Eyni  məsələyə  həsr  olunmuş,  amma  müxtəlif  janrlarda  olan 
müqayisəli  mətnlər;  3)  Məlumat  xarakterli  sənədlər  - 
ensiklopediya, 
ikidilli 
sorğu 
kitablarındakı 
mətnlər. 
Məlumatlanmağın  bir  yolu  da  həmin  mövzu  haqqında 
yazılanlarla tanış olmaqdır. 
Mövzuya aid sual və tapşırıqlar: 
1.
 
Teatr  tərcüməsi  üzrə  tənqidçi  Antoni  Vivisin 
tərcüməçinin istinad mənbələri barədə dediklərini dilimizə 
çevirin  və  özünüzün  bu  vasitələrin  hansılarından  istifadə 
etdiyinizi danışın. 
Reference books are essential tools for translators, who 
are expected to be multi-informed. Despite having access to the 
excellent  library  at  UEA,  1  try  to  keep  a  good  stock  of 
reference books at home. Good dictionaries - American ones as 
well  as  German-English,  German-  German  and  Dudens  -  are 
vital, I often use a thesaurus, after worrying at a word or phrase 
without  one.  I  regularly  consult  the  Penguin  Dictionary  of 
Proverbs,  sometimes  Brewer’s  Phrase  and  Fable,  quite  often 
the Bible in the Authorized King James’s Version. (27, 38). 
2.
 
Lüğətlərin müxtəlif növləri haqqında internetdən 
material  tapıb  öyrənin.  Bu  qiraətiniz  sizə  hansı  yeni 
məlumatı verdi? 
5.2.
 
MAŞIN TƏRCÜMƏSİ 
Tərcüməçinin  iş  şəraitindən  bəhs  edərkən  hazırda 
kompütersiz keçinməyin mümkün olmadığını vurğulamış- dıq. 
Kompüter tərcüməçinin həm iş aləti, həm də istinad 
86 


etdiyi mənbələrin mənbəyi hesab edilir. Mənbələrin mənbəyi 
dedikdə,  kompüter  proqramlarının  kompüterin  yaddaşında, 
arxivində  saxlanmasını  nəzərdə  tuturuq.  Bir  çox  hallarda 
qeyri-mütəxəssislər kompüterlə tərcümə proqramları ilə maşın 
tərcüməsini  qarışdırır.  Buna  görə  də  onları  fərqləndirməyi 
lazım bilirik. 
Maşın  tərcüməsinin  gələcəkdə  dilmancın  və  ya 
tərcüməçinin  əməyini  əvəz  edib-etməyəcəyilə  bağlı  bir  sıra 
mülahizələr mövcuddur; 
Maşın tərcüməsinin əleyhdarlarının fikrincə, dil çox incə 
və  mürəkkəb  olduğundan  kompüterin  onu  100  faiz  anlayıb 
tərcümə  etməsi  mümkün  deyil.  Dil  ünsiyyəti  dildən  başqa, 
həm də qeyri-vcrbal məsələləri, o cümlədən bədən üzvlərinin 
hərəkəti, vəziyyətilə bağlı ünsiyyəti, intonasiya və konteksti, 
mədəni ünsürlərin təsirlərini özündə ehtiva edir. Bu baxımdan 
da  kompüterin  belə  incəlikləri  yerinə  yetirə  biləcəyi  şübhə 
doğurur. 
Maşın tərcüməsinin gələcəyinə əminliklə yanaşanlar isə 
belə  bir  arqumentlə  çıxış  edə  bilərlər  ki,  nə  qədər  mürəkkəb 
olsa da, beyin bir çox hərəkətləri icra etməyə qadir olduğundan 
onu  gələcəkdə  tam  şəkildə  öyrənib  onun  funksiyalarını 
maşının  fəaliyyətində  təkrarlamaq  mümkün  olacaq.  Hazırda 
kompüterdə  yığılmış  mətni  səsləndirmək  mümkündürsə, 
gələcəkdə daha mürəkkəb əməliyyatların həyata keçirilməsi də 
mümkün olacaq. 
Hələliksə  maşın  tərcüməsi  ənənəvi  tərcüməni 
mükəmməl  surətdə  əvəz  etməyə  qadir  deyil.  Hazırkı  maşın 
tərcüməsində  insan  maşına  yardımçı  olur.  «Kompüter 
vasitəsilə  tərcümə  alətləri»  (Computer-Assisted  Translation 
Tools) adlanan kompüter proqramları isə tərcümə prosesində 
insana yardımçıdır. 
Bugün  maşın  tərcüməsindən  konkret  olaraq  bir  sıra 
məqsədlərlə  istifadə  etmək  mümkündür.  Məsələn,  irihəcmli 
materialların  məğzinin  tərcüməsində  sifarişçi  maşının 
tərcüməsinin ümumi məzmununu nəzərdən keçirdikdən 
87 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə