Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə24/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   56

lərin  iştirakçısı  kimi  ölkəmizə  gəlmiş  xarici  mütəxəssisi 
məlumatlandırmaq  üçün  müəyyən  sənədlərin,  o  cümlədən 
hesabatların  xarici  dilə  tərcüməsini,  eləcə  də  həmin 
mütəxəssisin  yazdığı  sənədlərin  dilimizə  tərcüməsini 
göstərmək  olar.  Burada  məqsəd  iştirak  edən  tərəfləri 
məlumatlandırmaq  olduğundan  tərcümədə  cüzi  səhvlər 
mümkündür. İkinci halda isə tərcümə geniş oxucu kütləsi üçün 
nəzərdə  tutulduğundan  ciddi  redaktə  məsələsi  ortaya  çıxır. 
Əgər  sifariş  və  ona  qoyulan  tələblər  mütərcimi  qane  edirsə, 
onunla  sifarişçi  arasında  razılaşma  imzalanır.  Razılaşma 
imzalanmamışdan  tərcüməçi  məxəz  dildəki  mətni  əldə  edib, 
onun məhz tərcümə üçün sifariş edilmiş material olduğunu və 
onun qeyd edilmiş mövzuya uyğunluğunu dəqiqləşdirməlidir. 
Əgər  material  faks,  elektron,  poçt,  yaxud  kuryerlə 
göndərilərsə,  tərcüməçi  materialı  alması  barədə  sifarişçiyə 
məlumat verməli və bundan sonra işə başlamalıdır. 
TərcümDçinin iş şəraiti necə olmaltdır? 
Tərcüməçinin  işə  başlaması  üçün  onun  iş  şəraitinin 
təşkili tələb olunur. Aydındır ki, hazırkı dövrdə yazı makinası 
və  ya  əllə  yazılmış  mətnlər  artıq  məqbul  sayılmır.  Bu,  iri 
həcmli  materialın  tərcüməsində  vaxt  itkisindən başqa  heç  nə 
verə bilməz. Odur ki,  işə başlayarkən tərcüməçi ilk növbədə 
ona lazımlı vasitələrin əli altında olmasını təmin etməlidir. Bu 
halda  hər  şeydən  çox  kompüterdən  istifadə  nəzərdə  tutulur. 
Daha sonra tərcüməçinin işin gedişində tez- tez müraciət etdiyi 
mənbələr (lüğətlər, kitab formasında, ya da elektron variantı) 
gəlir.  Məxəz  mətnin  mövzusundan  asılı  olaraq  sahə  üzrə 
terminoloji  lüğətlər,  digər  məlumat  kitabları  və  ensiklopedik 
mənbələr peşəkar tərcüməçilərin kitabxanasının əsasını təşkil 
edir. 
Bir  sıra  terminoloji  problemlərin  həlli  belə  məlumat 
mənbələrində  tapılır.  Lakin  yeni  yaranmış  bir  çox 
məlTıumların  adlarına  ilk  dəfə  rast  gəlindiyi  halda  onların 
hədəf  dildə  ifadəsində  qarşıya  çıxan  çətinlikləri  aradan 
qaldırmaq üçün mütərcim sifarişçi ilə əlaqə saxlamağa, 
81 


məxfilik  prinsipini  pozmamaq  şərtilə  həmin  sahə  üzrə  tanış 
mütəxəssislərin  köməyinə  də  üz  tutmağa  səy  göstərməlidir. 
Sifarişçi  mütərcimi  yeni  terminlərlə,  terminlərin  sözlüyü  ilə 
təmin edər, hətta ona hədəf dildə yeni termin yaratmaq imkanı 
da təklif edə bilər. 
Mütərcim  məxəz  mətni  əldə  etdikdən  və  bu  barədə 
sifarişçini  məlumatlandırdıqdan  sonra  dərhal  işə  başlayır.  O, 
ilk növbədə materialla yaxından tanış olur, söhbətin bilavasitə 
nədən  getdiyini,  konteksti  təsəvvür  etməkdən  ötəri  mətni 
diqqətlə  oxuyur,  rast  gəldiyi  naməlum  leksik  vahidləri  qeyd 
edir,  yuxarıda  göstərdiyimiz  kimi,  lüğətdən  və  digər 
mənbələrdən  onların  mənasını  tapır,  yalnız  bundan  sonra 
mətnin faktiki tərcüməsinə keçir. 
Yazılı tərcümə heç də əl ilə yazılmış hədəf mətn deyil. 
İndi sifarişçi əllə yazılmış mətni qəbul etmir. Görülən işlərin 
həcmi də buna yol vermir. Başqa sözlə, kompütersiz keçinmək 
mümkün  deyil.  Tərcümə  kompüterdə  yığılarkən  tez-tez 
yaddaşda saxlanılır, imkan daxilində ayrıca diskə, ya da fləşə 
köçürülür.  Çünki  işin  gedişində  kompüter  korlanar,  elektrik 
cərəyanında fasilələr olar, bununla da yazılmış mətni itirmək 
təhlükəsi  ortaya  çıxa  bilər.  Tərcüməni  digər  bir  yerdə  və 
salamat  kompüterdə  davam  etdirmək  üçün  onun  vaxtaşırı 
köçürülməsi  məsləhətdir.  Tərcümə  kompüterdə  yığılıb 
qurtardıqdan  dərhal  sonra  sifarişçiyə  göndərilmir,  çünki 
istər-istəməz  onda  müəyyən  kompüter  xətaları  və  digər 
səhvlərin olması mümkündür. Əgər işin təhvil verilməsinə hələ 
müəyyən vaxt qalmışsa, onda müəyyən müddətə mətni kənara 
qoymaq gərəkdir. İxtiyarımızda olan vaxtdan asılı olaraq fasilə 
bir neçə saat və ya 1-2 gün ola bilər. Bundan sonra mətni yeni 
gözlə bir daha başdan ayağadək nəzərdən keçirmək lazımdır. 
Belə  etdikdə  tərcüməçi  işin  gedişində  diqqətdən  yayınan 
cəhətləri  daha  tez  görür.  Tərcümənin  yenidən  nəzərdən 
keçirilməsi  mətnin  təhsisi  və  redaktəsi  kimi  də  başa  düşülə 
bilər. 
82 


Tərcümənin  mərhələlər  üzrə  yerinə  yetirilməsi  barədə 
bir  sıra  mənbələrdə  maraqlı  tövsiyələrə  rast  gəlinir.  Bunlara 
aşağıdakılar  daxildir:  tərcümə  ediləcək  mətni  oxumaq; 
tərcümə olunacaq mövzunu araşdırmaq; mətni tərcümə etmək; 
tərcüməni ən azı 48 saat kənara qoymaq; tərcüməni yoxlamaq
nəzərdən  keçirmək  və  redaktə  etmək  məqsədilə  yenidən 
oxuyub başa çıxmaq. 
Yalnız  bu  beş  mərhələ  başa  çatdıqdan  sonra  işin 
tamamlanması  haqqında  danışmaq  mümkündür.  Hazır 
məhsulu tərcüməçi elektron poçt, faks yaxud ayrı bir şəkildə 
sifarişçiyə  göndərə  bilər.  Elektron  poçtla  göndərilən  mətnin 
həcmi  onun  qoşma  şəklində  ötürülməsinə  imkan  verməlidir. 
İrihəcmli materialı göndərərkən bunu ardıcıl şəkildə bir neçə 
faylda yerləşdirmək olar. Bu zaman internetin işi daha sürətlə 
yerinə yetirməsi üçün mətnin genişləndiyini də faylın adında 
qeyd etmək lazımdır. Məsələn; “.doc” - MS Word document, 
‘‘.rtf’ - RTF (Rich Text Format) document, “.txt” - text faylları 
üçün. 
Sənədi göndərdikdən sonra tərcüməçi sifarişçi ilə əlaqə 
saxlayır, işi hansı şəkildə və nə vaxt təhvil verdiyi barədə onu 
məlumatlandırır.  Eyni  zamanda,  sifarişçi  işi  təhvil 
götürdüyünü 
təsdiqləyir,  orada  anlaşılmazlığın  olub- 
olmamasını yəqinləşdirir. 
Keyfiyyətli  iş  görən  tərcüməçi  əməyinin  haqqını 
gördüyü  iş  səviyyəsində  tələb  edir.  Mütərcim  sifarişçi  ilə 
haqqın  ödənməsi  barədə  razılaşmadıqda,  müəyyən  səbəblərə 
görə  işdən  imtina  etdikdə,  yaxud  sifarişçi  onunla  düzgün 
davranmadıqda  da  etik  qaydalar  gözlənilməlidir.  Əgər 
mütərcimə  qarşı  haqsızlıq  olarsa,  o,  münasibətləri 
aydınlaşdırmaqla  yanaşı,  həmkarlarını  da  belə  vəziyyətdən 
xəbərdar etməlidir ki, eyni hadisə onların da başına gəlməsin. 
Çünki  eyni  bir  sifarişçinin  öz  mənafeyinə  uyğun  olaraq  bir 
neçə tərcüməçiyə müraciət etməsi ehtimal olunur. Həmrəylik
83 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə