Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə87/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   114

xarakterli  qorarlar  çıxarır.  İKAO  ilo  sıx  əlaqə  saxlayır.  Əsas  orqanları 
Plenar komissiya (ali orqan) və Əlaqələndirmə komitəsidir (icra orqanı). 
Aeronaviqasiyanm  təhlükəsizliyinin  təmin  edilməsi  üzrə  Avropa 
təşkilatı  (Avronəzarət).
 
1960-cı  ildə  xüsusi  konvensiya  əsasında  təsis 
olunmuşdur.  Təşkilatın  başlıca  məqsədi  mülki  və  hərbi  hava  gəmilərinin 
uçuşlannın təhlükəsizliyini təmin etməkdir. Ali orqanı Aeronaviqasiyanm 
təhlükəsizliyinin  təmin  edilməsi  üzrə  Daimi  komissiyadır.  İcra  orqanı 
Aeronaviqasiyanm təhlükəsizliyi üzrə Agentlik adlanır; bu orqanda bütün 
üzv-dövlətlər təmsil olunmuşdur. Bundan əlavə, Avronəzarət çərçivəsində 
arbitraj  məhkəməsi  mövcuddur.  Məhkəmə  iştirakçı  dövlətlər  arasında, 
habelə  dövlətlərlə  Təşkilat  arasında  ortaya  çıxan  mübahisələri  həll  edir; 
məhkəmənin qərarları qətidir və onlardan şikayət verilə bilməz. 
Afrika  mülki  aviasiya  komissiyası  (AFKAK).
 
1969-cu  ildə  təsis 
olunmuşdur. Hazırda 32 üzvü vardır. Aşağıdakı məqsədləri vardır: regional 
aeronaviqasiya  xidməti  planlarını  hazırlamaq;  hava  nəqliyyatı  sahəsində 
üzv-dövlətlərin  siyasətinin  inteqrasiyasına  dəstək  vermək;  İKAO-nun 
standart  və  tövsiyələrinin  regionda  tətbiqinə  yardım  etmək  və  s.  Tövsiyə 
xarakterli  qərarlar  çıxarır.  Əsas  orqanları  Plenar  sessiya  (ali  orqan)  və 
AFKAK.-m Bürosudur (icra orqanı). 
Afrikada və Madaqaskarda aeronaviqasiyanm təhlükəsizliyinin təmin 
edilməsi üzrə Agentlik (ASEKNA).
 
1959-cu ildə yaradılmışdır. Hazırda 17 
üzvü  vardır.  Məqsədi  üzv-dövlətlərin  əraziləri  üzərində  müntəzəm  və 
təhlükəsiz uçuşlar təmin etməkdən ibarətdir. Agentlik üzv-dövlətlərə zəruri 
məlumatlar verir, hava nəqliyyatına nəzarət edir, uçuşları idarə edir və s. Bu 
məqsədlə  onun  xidmətindən  istifadə  etməyə  razı  olan  istənilən  dövlətlə 
müvafiq sazişlər bağlaya bilər. Ali orqanı İnzibati şuradır; Şuranın qərarları 
qəbul edildiyi andan üzv-dövlətlər üçün məcburi qüvvəyə malikdir. 
Latın  Amerikası  mülki  aviasiya  komissiyası  (LAKAK),
 
1973-cü  ildə 
yaradılmışdır.  Başlıca  məqsədi  üzv-dövlətlərin  hava  nəqliyya-  tımn 
fəaliyyətini  əlaqələndirməkdən  ibarətdir.  Ali  orqanı  Assambleyadır; 
Assambleyanın qətnamə və tövsiyələri üzv-dövlətlər tərə- 
266 


fındən bəyənildikdən sonra məcburi qüvvəyə malik olur. İcra komitəsi icra 
orqanı kimi LAKAK-m cari fəaliyyətini təmin edir. 
Aeronaviqasiya  xidməti  üzrə  Mərkəzi  Amerika  korporasiyası 
(KOKESNA).
 
1960-cı  ildo  təsis  olunmuşdur.  Sözügedən  sahədə  yeganə 
beynəlxalq  təşkilatdır  ki,  regionun  dövlətlərinin  əraziləri  üzərində  hava 
nəqliyyatının  idarə  edilməsini  bilavasitə  təmin  edir.  Öz  xidmətlərini 
Təşkilat nəinki üzv-dövlətlorə, habelə müvafiq kontraktlar əsasında onların 
hüquqi  və  fiziki  şəxslərinə  təklif  edir.  Təşkilatın  verdiyi  təlimatlar  uçuş 
aparatlarının  komandirləri  üçün  məcburidir.  Ali  orqanı  üzv-dövlotlərin 
nümayəndələrindən  ibarət  İnzibati  şuradır;  Şuranın  qərarları  birbaşa  icra 
olunur. 
Ərəb dövlətlərinin mülki aviasiya şurası (KAKAS).
 
1965-ci ildə əsası 
qoyulmuşdur.  22  üzvü  vardır.  İldə  bir  dəfə  sessiyaları  keçirilir.  Başlıca 
fəaliyyəti  əlaqələndirmə,  təcrübə  mübadiləsi,  beynəlxalq  standartların  və 
İKAO-nun təcrübəsinin öyrənilməsi, müvafiq elmi tədqiqatların təşkili ilə 
bağlıdır.  Texniki  və  kadr  hazırlığı  sahələrində  üzv-dövlətlərə  yardım 
göstərir.  Habelə  mülki  aviasiyanın  fəaliyyəti  ilə  əlaqədar  üzv-dövlətlər 
arasında yaranan mübahisə və ixtilafları nizamlamaq hüququna malikdir. 
267 


XXI
 
FƏSİL 
BEYNƏLXALQ KOSMOS HÜQUQU 
1.
 
Beynəlxalq kosmos hüququnun 
anlayışı və mənbələri 
Beynəlxalq  kosmos  hüququ  səma  cisimləri  də  daxil  olmaqla, 
kosmik  fəzanın  hüquqi  rejimini  müəyyən  edən  və  kosmik  fəaliyyətin 
iştirakçılarının  hüquq  və  vəzifələrini  nizama  salan  normaların 
məcmusuna deyilir. 
Beynəlxalq kosmos hüququnun 
obyektini
 kosmik fəzanın, planetlərin, 
Ayın  və  süni  kosmik  obyektlərin  istifadəsi  ilə  bağlı  ortaya  çıxan  hüquq 
münasibətləri,  kosmik  ekipajlann  hüquqi  statusu  və  kosmik  fəaliyyətin 
nəticələrindən istifadənin hüquqi rejimi təşkil edir. 
Beynəlxalq kosmos hüququ, əsas etibarilə, 
beynəlxalq müqavilələrə
 
söykənir. Bu sahədə əsas beynəlxalq müqavilə 
Ay və digər səma cisimləri 
də  daxil  olmaqla,  kosmik  fəzanın  tədqiqi  və  istifadəsi  üzrə  dövlətlərin 
fəaliyyətinin  prinsipləri  haqqında  1967-ci  il  Müqaviləsidir.
  Bundan 
əlavə,  aşağıdakı  müqavilələri  göstərmək  olar: 
Kosmanavtların  xilas 
edilməsi,  kosmonavtların  qaytarılması  və  kosmik  fəzaya  buraxılmış 
obyektlərin  qaytarılması  haqqında  1968-ci  il  Sazişi  (Kosmonavtların 
xilas edilməsi haqqında Saziş); Kosmik obyektlərin vurduğu zərərə görə 
beynəlxalq məsuliyyət haqqında 1972-ci il Konvensiyası; Kosmik fəzaya 
buraxılan  obyektlərin  qeydiyyatı  haqqında  1975-ci  il  Konvensiyası; 
Ayda və digər səma cisimlərində dövlətlərin fəaliyyəti haqqında 1979-cu 
il Sazişi (Ay haqqında Saziş).
 Bu və ya digər dərəcədə kosmik fəaliyyətə 
aid  olan  müddəaları  başqa  müqavilələrdə  də  tapmaq  olar:  məsələn. 
Atmosferdə,  kosmik  fəzada  və  su  altında  nüvə  silahı  sınaqlarının 
qadağan edilməsi haqqında 1963-cü il Müqaviləsi
268 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə