Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə90/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   114

XXII
 
FƏSİL 
BEYNƏLXALQ EKOLOGİYA HÜQUQU 
1.
 
Beynəlxalq ekologiya hüququnun 
anlayışı və mənbələri 
Beynəlxalq  ekologiya  hüququ  -  ətraf  mühitin  çirklənmədən 
qorunması  və  təbii  ehtiyatların  rasional  istifadəsi  ilə  bağlı 
dövlətlərarası  münasibətləri  nizama  salan  normaların  məcmusuna 
deyilir. 
Təbiətin  qorunması  və  onun  ehtiyatlarından  məqsədəuyğun  istifadə 
olunması  -  müasir  dövrün  qlobal  problemlərindən  biridir.  Bu  problemin 
həllində bütün dövlətlər maraqlı olmalıdırlar. 
Bu  ideya  mühüm  beynəlxalq  sənədlər  olan 
Ətraf  mühitin 
problemlərinə dair 1972-ci il Stokholm Bəyannaməsində
 və 
Ətraf mühit 
və inkişafa dair 1992-ci il Rio-de Janeyro Bəyannaməsində,
 habelə bir 
sıra beynəlxalq müqavilələrdə birbaşa təsbit olunmuşdur; məsələn: 
Dənizin 
tullantdarla  və  digər  materiallarla  çirklənməsinin  qarşısı  alınması 
haqqında  1972-ci  il  Konvensiyasında
  (preambu-  lada)  bəyan  edilir  ki, 
insan  üçün  həyati  əhəmiyyətə  malik  olan  dənizin  və  onun  canlı 
orqanizmlərinin  qorunmasında  bütün  insanlar  maraqlıdırlar; 
Təbiətin  və 
təbii  ehtiyatların  qorunub  saxlanması  haqqında  1968-ci  il  Afrika 
Konvensiyasında
  (prcambulada)  deyilir  ki,  torpaq,  su,  flora  və  fauna 
bəşəriyyət üçün həyati əhəmiyyətə malikdir. 
Bioloji müxtəliflik haqqında 
1992-ci  il  Konvensiyasının 
preambulasında  göstərilir  ki,  bioloji 
müxtəlifliyin qorunub saxlanması bütün bəşəriyyətin ümumi vəzifəsidir. 
Müasir dövrdə ayrılıqda bir dövlət üçün ekoloji təhlükəsizlik sistemi 
yaradılması, demək olar ki, qeyri-mümkündür. Yalnız birgə 
275 


səylərlo, müvafiq hüquqi rejim yaratmaqla, bugünkü və gələcək nəsillərin 
sağlam yaşayışını və inkişafını təmin etmək olar. Buradan belə bir məntiqi 
nəticə alınır ki, ətraf mühitin qorunub saxlanmasında və ekoloji ehtiyatların 
adekvat mühafizəsində beynəlxalq ekologiya hüququ həlledici rol oynaya 
bilər və oynamalıdır. 
Beynəlxalq  ekologiya  hüququnun  predmetinə  aşağıdakı  məsələlər 
daxildir;  1)  ətraf  mühitə  müxtəlif  mənbələrdən  dəyən  zərərin  qarşısının 
alınması,  azaldılması  və  aradan  qaldırılması;  2)  təbii  ehtiyatların  ekoloji 
baxımdan  əsaslandırılmış  rasional  istifadəsi  rejiminin  təmin  edilməsi;  3) 
ətraf mühitin mühafizəsi ilə bağlı dövlətlərin elmi-texniki əməkdaşlığı. 
Ətraf mühitin bcynəlxalq-hüquqi mühafizəsinin aşağıdakı obyektləri 
vardır: 
1)
 
milli  təbii  ehtiyatlar:
  dövlətin  yurisdiksiyası  altında  yerləşən  bu 
ehtiyatların hüquqi rejiminin müəyyən edilməsində daxili hüquq normaları 
başlıca rol oynasa da, onların mühafizəsinə dair beynəlxalq müqavilələr də 
mövcuddur; 
2)
 
beynəlxalq  təbii  ehtiyatlar;
  milli  yurisdiksiyanın  hüdudlarından 
kənarda  və  ya  özünün  təbii  dövretmə  prosesində  müxtəlif  dövlətlərin 
ərazisində  olur.  Bu  ehtiyatların  mühafizəsi  və  onlardan  istifadə  rejimi 
beynəlxalq  hüquq  normaları  ilə  müəyyən  edilir;  iki  növü  vardır:  a) 
universal  ehtiyatlar;
  bütün  dövlətlərin  ümumi  istifadəsində  olur  (açıq 
dəniz, kosmos. Antarktika, beynəlxalq dəniz dibi rayonu); 
b) bölünən təbii 
ehtiyatlar;
 iki  və  ya  daha çox  ölkəyə  məxsus  olur  və  ya  onlar  tərəfindən 
istifadə  edilir  (məsələn,  beynəlxalq  çaylarda  olan  ehtiyatlar,  sərhəd  təbii 
kompleksləri və s.). 
2.
 
Beynəlxalq ekologiya hüququnun prinsipləri 
Ətraf  mühitin  indiki  və  gələcək  nəsillərin  naminə  mühafizəsi  - 
beynəlxalq  ekologiya  hüququnun  mərkəzi  prinsipidir.  Bu  prinsipin 
mahiyyəti ondan ibarətdir ki, dövlətlər indiki və gələcək nəsillərin naminə 
ətraf mühitin keyfiyyətinin qorunub saxlanması və yaxşı- 
276 


laşdınlması və təbii ehtiyatların rasional idarə olunması istiqamətində bütün 
zəruri tədbirləri görməlidirlər. 
Beynəlxalq  ekologiya  hüququnun  digər  aşağıdakı  xüsusi  prinsipləri 
vardır: 
a)
 
transsərhdd  ekoloji  zərərin  yolverilməzliyi.
  Öz  yurisdiksiyası 
çərçivəsində  dövlətlər  digər  dövlətlərin  və  beynəlxalq  rejimli  ərazilərin 
təbii  mühitinə  zərər  yetirə  bilən  hərəkətlərdən  çəkinməlidir,  habelə  belə 
zərər  yetirə  bilən  fəaliyyətin  qarşısını  almalıdırlar.  İlk  dəfə  1972-ci  il 
Stokholm  Bəyannaməsində  təsbit  olunmuş  bu  prinsip  hazırda  beynəlxalq 
praktikada hamılıqla tanınmışdır. 
b)
 
təbii  ehtiyatların  ekoloji  baxımdan  əsaslandırılmış  rasional 
istifadəsi.
 Hələ tam dəqiq normativ məzmuna malik olmayan bu prinsipin 
mahiyyəti aşağıdakılardan ibarətdir; indiki və gələeək nəsillərin mənafeyi 
naminə Yerin bərpa oluna bilən və bərpa olunmayan eh- tiyatlannın rasional 
planlaşdırılması  və  idarə  olunması;  ekoloji  fəaliyyətin  uzun  müddətə 
planlaşdıniması; dövlətlərin öz yurisdiksiyası çərçivəsində fəaliyyətinin bu 
hüdudlardan  kənarda  yerləşən  təbii  mühitə  göstərə  biləeəyi  nətieələrin 
qiymətləndirilməsi. 
c)
 
ətraf mühitin radioktiv çirklənməsinin yolverilməzliyi; 
ç) 
dəniz mühitinin mühafizəsi: 
d)
 
ətraf  mühiti  dəyişikliyə  uğradan  vasitələrdən  hərbi  və  ya 
istənilən  digər  düşmən  məqsədlərlə  istifadə  olunmasının  qadağan 
edilməsi; 
e)
 
milli  yurisdiksiya  hüdudlarından  kənarda  yerləşən  ekoloji 
sistemlərə vurulmuş zərərə görə dövlətlərin beynəlxalq məsuliyyəti
 və s.
 
3.
 
Beynəlxalq ekologiya hüququnun mənbələri 
Beynəlxalq ekoloji standartların ən yaxşı və ən səmərəli ifadə forması 
beynəlxalq müqavilələrdir.
 Hazırda ətraf mühitin mühafizəsinin müxtəlif 
aspektlərinə  dair  500-ə  qədər  beynəlxalq  saziş  mövcuddur.  Onların 
içərisində  ikitərəfli,  regional  və  universal  sazişlər,  ətraf  mühitin 
qorunmasının  ümumi  məsələlərinə  və  ya  ayrı-  ayrı  ekoloji  sistemlərin  ~ 
dəniz  mühitinin,  atmosferin,  yerətrafı  kosmik  fəzanın  mühafizəsinə  həsr 
olunmuş müqavilələr vardır. 
277 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə