Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə88/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   114

Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər 
düşmən  məqsədlərlə  istifadə  olunmasının  qadağan  edilməsi  haqqında 
1976-cı  il  Konvensiyası;  «İntersputnik»  Beynəlxalq  rabitə  sisteminin 
yaradılması  və  kosmik  rabitəsinin  təşkili  haqqında  1971-ci  il  Sazişi; 
Nüvə  qəzası  barədə  operativ  xəbərvermə  haqqında  1986-cı  il 
Konvensiyası
 və s.
 
Yeni sahə olan beynəlxalq kosmos hüququnda adət nomıaları mühüm 
rol oynayır. Bir sıra məsələlər bu günə kimi adət hüququ ilə nizama salınır; 
məsələn, kosmik obyektlərin xarici dövlətlərin hava məkanına azad girmək 
və çıxmaq hüququ; kosmik fəzanın aşağı sərhədinin (hava fəzası ilə kosmik 
fəzanı  ayıran  xəttin)  dəniz  səviyyəsindən  təxminən  100  km  hündürlükdə 
müəyyən  olunması;  sputniklər  vasitəsilə  televerilişlər  həyata  keçirilməsi 
hüququ və s.). 
2.
 
Beynəlxalq kosmos hüququnun prinsipləri 
Beynəlxalq kosmos hüququnun prinsipləri Ay və digər səma cisimləri 
də  daxil  olmaqla,  kosmik  fəzanın  tədqiqi  və  istifadəsi  üzrə  dövlətlərin 
fəaliyyətinin  prinsipləri  haqqında  Müqavilədə  təsbit  olunmuşdur.  Bu 
prinsiplər aşağıdakılardır: 
-
 
kosmik fəzanın və səma cisimlərinin tədqiqi və istifadəsi azadlığı; 
-
 
kosmik  fəzanın  və  səma  cisimlərinin  mənimsənilməsinə  yol 
verilməməsi; 
-
 
kosmik fəaliyyətin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq 
həyata keçirilməsi
-
 
dövlətin bütün milli kosmik fəaliyyətə görə beynəlxalq məsuliyyəti; 
-
 
kosmik  obyektlərlə  vurulmuş  zərərə  görə  dövlətlərin  beynəlxalq 
məsuliyyəti; 
-
 
Ayın və digər səma cisimlərinin müstəsna olaraq dinc məqsədlərlə 
istifadə olunması; 
-
 
kosmosun  tədqiqi  və  istifadəsi  zamanı  dövlətlərin  əməkdaşlığı  və 
qarşılıqlı yardımı; 
269 


- dövlotlərin öz kosmik obyektləri ü/orində suveren hüquqlarının vo 
nəzarətin saxlanması. 
3.
 
Kosmik fəzanın və səma cisimlərinin 
hüquqi rejimi 
Kosmos  iki  ərazidən  --  kosmik  fəzadan  və  səma  cisimlərindən 
ibarətdir. 
«Kosmikfəza»
  anlayışı  hava  fəzasının  xarici  sərhədindən  Ay 
orbitinin  hüdudlarına  qədər  uzanan  geniş  ərazini  (yaxın  kosmos)  və  bu 
hüdudlardan  kənarda,  yəni  384  km-dən  o  tərəfə  yerləşən  ərazini  (uzaq 
kosmos) bildirir. 
Təbii səma cisimləri
 öz daimi orbiti üzrə hərəkət edən, 
istifadə  üçün  yararlı  olan,  üzərində  insan  yaşamayan  kosmik  cisimlərdir. 
Ay haqqında Sazişə görə. Yer səthinə təbii yolla çatan asteroid, meteorit və 
s.  kimi  materiallar  bu  anlayışa  daxil  deyildir;  təbii  səma  cisimləri 
bəşəriyyətin  ümumi  irsi  olduğu  halda,  bu  materiallar  hansı  dövlətin 
ərazisinə düşürsə, həmin dövlətin mülkiyyəti hesab edilir. 
Kosmik  fəzanın  və  səma  cisimlərinin  hüquqi  rejimi,  əsas  etibarilə, 
1967-ci il Müqaviləsi ilə və Ay haqqında Sazişlə müəyyən olunmuşdur. Bu 
müqavilələrə  görə,  kosmik  fəza  və  səma  cisimləri  bütün  dövlətlər 
tərəfindən  bərabər  əsasda,  ayn-seçkilik  olmadan  tədqiq  edilə  və  istifadə 
oluna  bilər.  Heç  bir  dövlət  öz  suverenliyini  bu  və  ya  digər  şəkildə  bu 
ərazilərə  şamil  edə  bilməz.  Kosmik  fəzanın  və  səma  cisimlərinin  hüquqi 
rejimində  müəyyən  fərqlər  mövcuddur.  Kosmosdan  fərqli  olaraq.  Ay  və 
digər səma cisimləri müstəsna olaraq dinc məqsədlərlə istifadə olunmalıdır; 
onların  üzərində  hərbi  bazalar  və  qurğular  yaratmaq,  istənilən  tip  silahı 
sınaqdan çıxarmaq, hərbi manevrlər həyata keçirmək, güclə hədələmək və 
ya güc tətbiq etmək, isənilən digər düşmən hərəkətləri törətmək və ya belə 
hərəkətlərin törədilməsi ilə hədələmək qadağan olunmuşdur. 
Ay və onun təbii ehtiyatlan bəşəriyyətin ümumi irsi elan olunmuşdur. 
270 


4.
 
Kosmik obyektlərin bcynəlxalq-hüquqi statusu 
Kosmik  obyektlər  dedikdə,  süni  səma  cismi  (Yerin  sputnikləri, 
orbital  stansiyalar),  onun  kosmik  fəzaya  çıxarılması  vasitələri,  kosmik 
fəzaya  buraxılmış  və  ya  kosmik  fəzada,  yaxud  səma  cisimlərində 
quraşdırılmış digər hissələri başa düşülür. 
Kosmik obyektlər üzorində mülkiyyət hüququ onların kosmik fəzada 
və səma cismində olduğu və ya Yerə qayıtdığı zaman toxunulmamış qalır. 
Kosmik  obyektlər  onları  kosmosa  buraxan  dövlətin  ərazisindən  kənarda 
aşkar edildikdə, həmin dövlətin xahişi ilə və bütün müvafiq xərclərin həmin 
dövlət tərəfindən ödənilməsi ilə ona qaytarılmalıdır. 
Kosmik fəzaya buraxılan obyektlərin qeydiyyatı haqqında 1975-ci il 
Konvensiyasına  uyğun  olaraq,  kosmosa  buraxılan  hər  bir  obyekt 
qeydiyyatdan  keçirilməlidir  və  milli  reyestrə  daxil  edilməlidir.  Kosmik 
obyektin  qeydiyyatdan  keçdiyi  dövlət  həmin  obyekt  üzərində 
yurisdiksiyaya malik olur. 1961-ci ildən etibarən BMT Baş Katibi kosmik 
obyektlərin  Reyestrini  apanr;  buraya  hər  bir  kosmik  obyektlə  bağlı 
məlumatlar daxil edilir. 
5.
 
Kosmonavtların hüquqi vəziyyəti 
1967-ci  il  Müqaviləsinə,  habelə  Kosmonavtların  xilas  edilməsi 
haqqında  Sazişə  və  Ay  haqqında  Sazişə  əsasən,  kosmonavtlar  «bə- 
şəriyyətin  elçiləri»  kimi  nəzərdən  keçirilir.  Bununla  bütün  dövlətlərin 
üzərinə  aşağıdakı  hüquq  və  vəzifələr  qoyulmuşdur:  qəza,  fəlakət  və  ya 
məcburi  enmə  halında  kosmonavtlara  istənilən  ərazidə  hərtərəfli  kömək 
göstərmək;  səma  cisimləri  üzərində  qəzaya  uğrayan  şəxslərə  öz 
stansiyalarında, qurğularında və aparatlarında sığınacaq vermək; BMT Baş 
Katibinə  və  obyektin  qeydiyyatdan  keçdiyi  dövlətə  kosmonavtların  aşkar 
edilməsi və onların xilas edilməsi üçün görülən tədbirlər barədə məlumat 
vermək; kosmo- navtlan dərhal müvafiq dövlətə qaytannaq; kosmonavtların 
həyat 
271 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə