Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə91/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   114

Lakin  bu  sahədə  indiyə  qədər  vahid  məcəllələşdirilmiş  akt  işlənib 
hazırlanmamışdır.  Universal  müqavilələrə  misal  olaraq  aşağıdakı  aktları 
göstəmıək  olar: 
Dənizin  tullantılarla  və  digər  materiallarla 
çirklənməsinin  qarçısımn  alınması  haqqında  1972-ci  il  Konvensiyası; 
Gəmilərdən  çirki  əndir  mənin  qarşısının  alınmasına  dair  1973-cü  il 
Beynəlxalq  Konvensiyası;  Vəhşi  fauna  və  floranın  yox  olmaq 
təhlükəsində  olan  növləri  ilə  beynəlxalq  ticarət  haqqında  1973-cü  il 
Konvensiyası; Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya 
istənilən  digər  düşmən  məqsədlərlə  istifadə  olunmasının  qadağan 
edilməsi haqqında l976-cı il Konvensiyası; Dəniz hüququ üzrə 1982-ci il 
BMT Konvensiyası; Ozon qatının mühafizəsi haqqında 1985-ci il Vyana 
Konvensiyası  və  bu  Konvensiyaya  əlavə  olunmuş  1987-ci  il  Monreal 
Protokolu;  Bioloji  müxtəliflik  haqqında  1992-ci  il  Konvensiyası
  və  s. 
Lakin  sözügedən  sahədə  beynəlxalq-hüquqi  tənzimləmənin  əsas  «yükü» 
regional müqavilələrin üzərinə düşür. Bu müqavilələr, demək olar ki, bütün 
regionları  və  bütün  ekoloji  sitemləri  əhatə  edir.  Onlara  misal  göstərək; 
Yuyucu və təmizləyici vasitələrdə bəzi maddələrin istij'adəsinin qadağan 
olunması  haqqında  1968-ci  il  Avropa  sazişi;  Təbiətin  və  təbii 
ehtiyatların  qorunub  saxlanması  haqqında  1968-ci  il  Afrika 
Konvensiyası;  Avropada  vəhşi  fauna  və  floranın  mühafizəsi  haqqında 
1979-cu  il  Konvensiyası;  Havanın  uzaq  məsafəyə  transsərhəd 
çirkləndirilməsi haqqında 1979-cu il Konvensiyası; Sənaye qəzalarının 
transsərhəd  təsiri  haqqında  1992-ci  il  Konvensiyası;  Aralıq  dənizinin 
çirklənmədən  qorunması  haqqında  1976-cı  il  Konvensiyası;  Sakit 
okeanın  cənub-şərqi  hissəsinin  dəniz  mühiti  və  bitişik  zonalarının 
mühafizəsi haqqında 1981-ci il Konvensiyası; Şimal dənizinin neftlə və 
digər zərərli maddələrlə çirkləndirilməsi ilə mübarizə üzrə əməkdaşlıq 
haqqında  1983-cü  il  Sazişi;  Baltik  dənizi  rayonunun  dəniz  mühitinin 
çirklənmədən  qorunması  haqqında  1992-ci  il  Konvensiyası;  Qara 
dənizin  çirklənmədən  qorunması  haqqında  1992-ci  il  Konvensiyası; 
Şimali  Atlantikanın  dəniz  mühitinin  mühafizəsi  haqqında  1992-ci  il 
Konvensiyası
 və b.
 
Ətraf mühitin mühafizəsi və ətraf mühitə vurulan zərərin ödənilməsi 
ilə bağlı bir sıra mühüm nomıalar 
beynəlxalq adət hüququna
 daxildir. 
278 


Beynəlxalq  ekologiya  hüququnda 
tövsiyə  xarakterli  aktlar 
əhəmiyyətli  rol  oynayır.  Müxtəlif  xarakterli  ekoloji  tələblər  ilk  əvvəl 
tövsiyə kimi qətnamələrdə, bəyannamələrdə, proqramlarda və s. əks olunur 
(belə normalara beynəlxalq hüquq elmində 
«yum~ şaq hüquq»
 da deyirlər), 
müəyyən müddət keçdikdən sonra isə bu standartların bəziləri ya müqavilə 
qaydasında, ya da beynəlxalq adət şəklində məcburi hüquq normaları kimi 
tanınır.  Tövsiyə  xarakterli  aktlara  misal  olaraq  yuxanda  adları  çəkilmiş 
Stokholm  və  Rio-de-Janeyro  Bəyannamələrini, 
1982-ci  il  Ümumdünya 
təbiəti  mühafizə  Xartiyasını
 
göstərmək  olar.  Məsələn,  Rio 
Bəyannaməsində dövlətlərin aşağıdakı vəzifələri müəyyən edilmişdir: ətraf 
mühitin mühafizəsi sahəsində hər bir dövlət tərəfindən səmərəli qanunların 
qəbul  edilməsi;  ətraf  mühitin  çirkləndirilməsinə  görə  dövlətlərin 
məsuliyyəti;  ətraf  mühitə  və  insana  zərər  vuran  çirk-  ləndiricilərin  digər 
dövlətlərdə  yerləşdirilməsinə  yol  verilməməsi;  ətraf  mühit  üçün  neqativ 
nəticələr  verə  biləcək  tədbirlər  haqqında  dövlətlərin  bir-birinə  məlumat 
verməsi;  Yerin  ekosistemlərini  qorumaq  məqsədilə  dövlətlərin  qlobal 
əməkdaşlığı;  planlaşdınlan  fəaliyyətin  ekoloji  nəticələrinin  qabaqcadan 
qiymətləndirilməsi; ətraf mühitin vəziyyətinin pisləşməsi hallarının qarşısı 
alınması  üzrə  bütün  zəruri  tədbirlərin  görülməsi;  hərbi  münaqişələr 
dövründə ətraf mühitin mühafizəsinin təmin edilməsi və s. 
4.
 
Dəniz mühitinin mühafizəsi 
Dünya okeanının mühafizəsi məqsədilə bir sıra universal və regional 
müqavilələr qəbul edilmişdir. 
Dəniz  hüququ  üzrə  1982-ci  il  BMT  Konvensiyası
  bu  sahədə  əsas 
beynəlxalq-hüquqi akt hesab edilə bilər. Konvensiyada birbaşa bəyan edilir 
ki,  iştirakçı  dövlətlər  dəniz  mühitini  mühafizə  etməli  və  qoruyub 
saxlamalıdırlar.  Dövlətlər  bütün  zəruri  tədbirləri  görməlidirlər  ki,  onların 
yurisdiksiyası və nəzarəti altında həyata keçirilən fəaliyyət digər dövlətlərə 
və  onların  dəniz  mühitinə  zərər  yetirməsin.  Bu  tədbirlərə  aşağıdakılar 
daxildir: quruda yerləşən 
279 


mənbolərdən,  atmosferdon,  gəmilərdən  və  dəniz  dibinin  və  onun  təkinin 
təbii  ehtiyatlarının  kəşfiyyatı  və  çıxarılması  üçün  istifadə  olunan 
qurğulardan  zərərli  və  ya  zəhərli  maddələrin  dənizə  atılmasına  mümkün 
dərəcədə yol verilməməsi; dənizdə aparılan bütün işlərin təhlükəsizliyinin 
təmin  edilməsi,  qəzaların  qarşısının  alınması  və  fövqəladə  situasiyaların 
aradan  qaldırılması  və  s.  Müxtəlif  mənbələrdən  dəniz  mühitinin 
çirklənməsinin  qarşısını  almaq,  bu  çirklənməni  azaltmaq  və  nəzarətdə 
saxlamaq  üçün  dövlətlər  müvafiq  qanun  və  qaydalar  qəbul  etməlidirlər. 
Konvensiyada göstərilir ki, dəniz mühitinin qorunub saxlanması ilə bağlı öz 
beynəlxalq öhdəliklərini yerinə yetirməyən dövlət beynəlxalq hüquqa uyğun 
məsuliyyət daşıyır. 
Gəmilərdən çirkləndirmənin qarşısının alınmasına dair 1973-cü il 
Beynəlxalq  Konvensiyasında
  dənizin  neftlə  və  gəmilərdə  daşınan  və  ya 
onlann istismarı prosesində yaranan digər zərərli maddələrlə çirklənməsinin 
qarşısının  alınmasına  dair  texniki-hüquqi  normalar  təsbit  olunmuşdur. 
Konvensiyanın  qüvvəsi  altına  düşən  gəmilər  beynəlxalq  şəhadətnaməyə 
malik olmalıdır. Konvensiya gəmilərin istismarı nəticəsində yaranan bütün 
növ  zərərli  maddələrlə  dənizin  çirklənməsinin  qarşısının  alınmasına  dair 
vahid  beynəlxalq  standartlar  müəyyən  edir  və  bu  standartları  nəinki 
Konvensiya iştirakçılarına, habelə onu imzalamamış dövlətlərə şamil edir. 
Neftlə  çirklənməyə  gətirib  çıxaran  qəzalar  zamanı  açıq  dənizdə 
müdaxiləyə  dair  1969-cu  il  Konvensiyasında
  bu  cür  qəzaların  aradan 
qaldırılması  üzrə  zəruri  tədbirlər  müəyyən  edilmişdir.  Konvensiyaya 
müvafiq  olaraq,  sahilyanı  dövlət  qəzanı  aradan  qaldırmaq  məqsədilə 
məcburiyyət  tədbirlərinə  əl  ata  bilər  və  sahilboyunun  çirklənmə  təhlükəsi 
olduqda, həmin gəmini batıra bilər. 
Neftlə çirklənmədən dəyən zərərə görə mülki məsuliyyət haqqında 
1992-ci  il  Beynəlxalq  Konvensiyasında
  nəzərdə  tutulmuşdur  ki,  gəminin 
sahibi çirklənmədən dəyən istənilən zərərə görə məsuliyyət daşıyır.
 
Neftlə  çirklənmə  hallarına  hazırlığın  təmin  edilməsi,  onunla 
mübarizə  və  əməkdaşlıq  haqqında  1990-cı  il  Beynəlxalq  Konvensiyası
 
xəbərdaredici  və  preventiv  tədbirlərin  həyata  keçirilməsini  nəzərdə  tutur. 
Mər bir iştirakçı dövlət, onun bayrağı altında üzən
 
280 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə