Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə99/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   114

Məlumdur ki, Namibiya probleminin həllinə Baş Məclis mühüm töhfə 
vennişdir.  Onun  İran-İraq  münaqişəsində  BMT  Baş  Katibinin  səylərini 
dəstəkləməsi də əhəmiyyətli olmuşdur. 
BMT-nin Nizamnaməsinin VI fəslinə («Mübahisələrin dinc yolla həll 
olunması») əsasən, Təhlükəsizlik Şurası beynəlxalq mübahisələrin həlli ilə 
bağlı müxtəlif səlahiyyətlərə malikdir. Birincisi, əgər digər dinc vasitələrin 
tətbiqi  bir  nəticə  verməmişsə,  beynəlxalq  sülhə  və  təhlükəsizliyə  qorxu 
yarada  biləeək  mübahisənin  tərəfləri  onu  Təhlükəsizlik  Şurasına 
vennəlidirlər. İkincisi, BMT-nin istənilən üzvü və ya üzvü olmayan dövlət
mübahisənin  tərəflərinin  razılığı  olmadan,  həmin  mübahisəni,  onun 
beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanması  üçün  təhlükə 
törədəcəyini müəyyən etmək üçün Təhlükəsizlik Şurasına verə bilər. Bu hər 
iki  halda,  'fəhlükəsizlik  Şurası  müvafiq  nizamlama  prosedur  və  ya 
metodlannı  tövsiyə  edə  bilər.  Sülhə  təhlükə,  sülhün  pozulması  və  ya 
təcavüz  aktı  ilə  bağlı  hallarda  (Bosniyada  olduğu  kimi)  Təhlükəsizlik 
Şurası  mübahisənin  həllini  məcburən  qəbul  etdirə  bilər.  Qeyd  etmək 
lazımdır ki. Təhlükəsizlik Şurası siyasi orqandır. Onun əsas vəzifəsi sülhü 
qorumaqdır,  hüququ  qorumaq  deyil;  bunlar  isə  heç  də  həmişə  üst-üstə 
düşmür.  Təhlükəsizlik  Şurası, əsas etibarilə, siyasi  mübahisələrlə  məşğul 
olur,  hüquqi  mübahisələrə  gəldikdə  isə,  BMT  Nizamnaməsinin  36-cı 
maddəsinin  3-cü  bəndinə  əsasən,  o,  nəzərə  almalıdır  ki,  tərəflər  bu  cür 
mübahisələri, ümumi qayda olaraq. Beynəlxalq Məhkəməyə vennəlidirlər. 
Doğrudur, bir çox mübahisələrdə siyasi və hüquqi aspektləri bir- birindən 
ayınnaq çətin olur və 'fəhlükəsizlik Şurası müvafiq hesab etdiyi hallarda bu 
mübahisələrin  həlli  üçün  əsas  məsuliyyəti  öz  üzərinə  götürür  və  konkret 
tədbirlər görür. 
BMT-nin 
ixtisaslaşmış  təsisatları  da  dövlətlər  arasındakı 
mübahisələrin həll olunmasında yardımçı ola bilər. Bu təşkilatlar BMT-nin 
Baş Məclisi kimi, əsas etibarilə, mübahisələrin nizamlanması istiqamətində 
forum  rolunu  oynayır.  Xüsusən,  Beynəlxalq  Əmək  'fəşkilatınm, 
Ümumdünya  'ficarət  Təşkilatının,  Beynəlxalq  Valyuta  Fondunun  və 
Beynəlxalq  Mülki  Aviasiya  'fəşkila-  tının  bu  yönümdə  fəaliyyəti 
əhəmiyyətlidir. 
304 


7.
 
ATƏT çərçivəsində mübahisələrin 
nizamlanması 
Beynəlxalq  mübahisələrin  dinc  vasitələrlə  həll  olunması  prinsipi 
ATƏT-in fəaliyyətinin əsasında dayanan fundamental prinsiplərdən biridir. 
Bu prinsip Al'ƏI'-in (1994-cü ilə qədər - A fƏM-in) bütün əsas sənədlərində 
öz dolğun və birmənalı ifadəsini tapmışdır. Bu prinsipin həyata keçirilməsi 
istiqamətində  A'fƏ'f  çərçivəsində  xüsusi  prosedur  və  mexanizmlərin 
yaradılmasını  nəzərdə  tutan  bir  neçə  mühüm  sənəd  qəbul  olunmuşdur. 
Onlardan  biri  «Mü-  bahisələrin  nizamlanması  prinsipləri  və  ATOM-in 
mübahisələrin dinc nizamlanması üzrə prosedur müddəaları»dır (Valetta, 8 
fevral 
1991-
 
ci  il).  Sənədə  müvafiq  olaraq,  Mübahisələrin  nizamlanması  üzrə 
xüsusi ATƏM Mexanizmi təsis olunur. Mexanizm dövlətlərə mübahisənin 
nizamlanmasının optimal prosedurları ilə bağlı tövsiyələr verir; uğur əldə 
cdilmədikdə,  Mexanizm,  tərəflərdən  birinin  tələbi  ilə,  mübahisənin 
mahiyyəti  üzrə  məsləhətlər  verə  bilər.  Mexanizm  tərəfindən  işin 
araşdıniması, tövsiyə və məsləhətlər verilməsi konfıdensial xarakter daşıyır. 
Daha  bir  mühüm  sənəd  «Mübahisələrin  dinc  nizamlanması  üzrə 
ATƏM Müşavirəsinin nəticələri» (Cenevrə, 12-23 oktyabr 
1992-
 
ci  il)  adlanır.  Bu  sənəd  vasitəsilə  A'fƏT-in  dinc  nizamlama 
mexanizmi  daha  təkmil  sistem  şəklinə  salınmışdır.  Həmin  sistem  dörd 
ünsürdən  ibarətdir:  1)  Mübahisələrin  nizamlanması  üzrə  ATƏM 
Mexanizmi;  2)  ATƏM  çərçivəsində  barışdırma  və  arbitraja  dair 
Konvensiya;  3)  Barışdırma  üzrə  Komissiya  və  4)  Direktiv  barışdırma 
haqqında Müddəalar. 
Qeyd  etmək  lazımdır  ki,  bu  prosedur  və  mexanizmlərin  praktik 
əhəmiyyəti olduqca azdır. Ciddi mübahisə və ya situasiyaların həlli üçün 
onlar kifayət qədər səmərəli deyildir. Azərbaycan və Ermənistan arasında 
uzun müddət davam edən münaqişənin ATƏ'f çərçivəsində nizamlanması 
prosesi yaxşı məlumdur. 
305 


8.
 
Beynəlxalq arbitraj 
Arbitraj  beynəlxalq  mübahisələrin  həllinin  mühüm  və  geniş  tətbiq 
olunan  vasitələrindən  biridir.  Arbitraj  mübahisənin  diplomatik  yox, 
məhkəmə həllidir. 
Beynəlxalq mübahisələrin həllinin bütün dinc vasitələri kimi, arbitraj 
da könüllüdür. Mübahisənin tərəfi olan dövlətlər qabaqcadan buna razılıq 
verməlidirlər. Bu razılıq ya ad hoc əsasda 
{Qvineya/ Qvineya Bisau dəniz 
delimitasiyası işində
 olduğu kimi), ya da xüsusi təsis olunmuş mexanizmlə 
(məsələn. 
Daimi  arbitraj  məhkəməsi) 
verilə  bilər.  Daimi  arbitraj 
məhkəməsi 
Dinc  nizamlama  haqqında  1899-cu  və  1907-ci  il  Haaqa 
Konvensiyaları
  əsasmda  yaradılmışdır.  l.akin  praktikada  çox  az  hallarda 
istifadə olunmuşdur. 
Mühüm bir məqamı qeyd etmək lazımdır ki, arbitraj mühakiməsi təkcə 
dövlətlər  arasındakı  mübahisələrin  həlli  ilə  məhdudlaşmır.  BMT-nin 
Beynəlxalq 
Məhkəməsindən 
fərqli 
olaraq, 
arbitraj 
dövlətlərlə 
beynəlxalq-hüquqi subyektliyə malik olan digər qurumlar arasında yaranan 
mübahisələri də həll edir. Məsələn, yuxarıda adını çəkdiyimiz 
İnvestisiya 
mübahisələrinin  həlli  üzrə  Beynəlxalq  Mərkəz
  dövlətlər  və  transmilli 
korporasiyalar arasındakı mübahisələri həll edir. 
Beynəlxalq arbitraj aşağıdakı xüsusiyyətlərə malikdir: 
1.
 
Hüquqi mübahisənin
  həlli  üçün  mexanizmdir.  Bu  o deməkdir  ki, 
arbitraj tərəflərin beynəlxalq hüquqdan irəli gələn hüquq və vəzifələrini əsas 
tutur və mübahisənin həllinə bu hüququn işin faktlanna tətbiq edilməsi ilə 
nail  olur.  BMT-nin  Beynəlxalq  Məhkəməsi  kimi,  arbitraj  üçün  də 
beynəlxalq hüquq məsələləri əsasdır. 
2.
 
Bir  qayda  olaraq,  arbitraj  məhkəməsinin  qərarları  tərəflər  üçün 
hüquqi  cəhətdən  məcburidir.  Öz  mübahisələrini  arbitraja  etibar  etmiş 
tərəflər  onun  çıxardığı  hər  bir  qərarı  yerinə  yetirməyə  borcludurlar.  Çox 
nadir hallarda tərəflər qabaqcadan razılaşa bilər ki, çıxarılan qərar məcburi 
xarakter daşımayacaqdır. 
3.
 
Arbitraj mühakiməsi icraatında tərəflər arbitrləri özləri seçə bilər. 
BMT-nin  Beynəlxalq  Məhkəməsinə  verilən  mübahisələrdən  fərqli  olaraq, 
arbitraj məhkəməsinə çıxan tərəflər həm məhkəmə 
306 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə