Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə97/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   114

lahiyyətli beynəlxalq təşkilat) tərəfindən tətbiq olunan cavab tədbirləridir.
 
Əks  tədbirloro  aşağıdakı  misalları  göstərmək  olar:  embarqo;  boykot; 
müqavilənin  digər  iştirakçı  dövlət  tərəfindən  pozulmasına  cavab  olaraq 
həmin müqaviləyə birtərəfli qaydada xitam verilməsi və s.)- 
Əks  tədbirlər  bcynəlxalq-hüquqi  məsuliyyətin  forması  deyildir 
(ədəbiyyatda  əks  fikirlər  çoxdur).  O,  məsuliyyətin  həyata  keçirilməsini 
təmin  etməli  olan  xüsusi  tədbirlərdir.  Məsuliyyət  və  əks  tədbirlər,  əsas 
etibarilə, onunla fərqlənir ki, məsuliyyət əgər hüquq pozuntusunu törətmiş 
dövlətin  horəkətidirsə,  əks  tədbirlər  isə  zərərçəkmiş  dövlətin  hərəkətidir; 
ikincisi, məsuliyyət - delikvent dövlətin üzərinə qoyulan vəzifədir və o bu 
vəzifəni mütləq yerinə yetirməlidir; əks tədbirlər isə - zərərçəkmiş dövlətin 
hüququdur və deməli, o bu tədbirlərə əl atmaya da bilər. 
Əks  tədbir  öz-özlüyündə  «bcynolxalq  hüquq  pozuntusudun>,  çünki 
belə bir tədbirə əl atmaqla, dövlət delikvent dövlət qarşısında əvvəllər öz 
üzərinə götürdüyü beynəlxalq öhdəliyini pozmuş olur. Əslində isə, başqa 
dövlətin beynəlxalq hüquqa zidd əməlinə mütənasib cavab olduğundan, əks 
tədbir  hüquqauyğun  xarakter  alır.  Yuxarıda  göstərdiyimiz  kimi,  əks 
tədbirlər məsuliyyəti aradan qaldıran hallardan biridir. Belə ki, beynəlxalq 
hüquqda  başqa  bir  məcburiyyət  tədbiri  sayılan 
retorsiyadan
  əks  tədbir 
onunla  fərqlənir  ki,  retorsiya  təkcə  beynəlxalq  hüquq  pozuntusuna  görə 
tətbiq olunmur və ən başlıcası, bu zaman belə bir tədbirə əl atan dövlət heç 
bir  konkret  öhdəliyini  pozmur.  Retorsiya,  əsas  etibarilə,  digər  dövlətin 
qeyri-dost hərəkətlərinə
 cavab olaraq tətbiq edilir. Bu tədbirlər beynəlxalq 
hüquqla  qorunmayan  hüquqların  məhdudlaşdınimasına  (pozulmasına) 
yönəlmişdir;  məsələn,  gömrük  rüsumlannın  qaldın  İması,  idxalın 
azaldılması, həmin dövlotdəki səfirin geri çağırılması və s.). 
Əks  tədbirlər  cəza  deyildir.  Onların  konkret  məqsədi  vardır  və  bu 
məqsəd əldə olunan kimi əks tədbirlər dayandırılmalıdır. 
Əks  tədbirlər  beynəlxalq  hüquqla  müəyyən  olunmuş  şərtlər 
çərçivəsində tətbiq olunur. 
Birincisi,
 bu tədbirlər yalnız hüquqa zidd əməlin dayandırılması və/və 
ya dəymiş zərərin ödənilməsi barədə ilkin tələbdən sonra tətbiq edilə bilər. 
Bu  yönümdə  ortaya  çıxan  problemləri,  ən  əsası,  zərərin  ödənilməsini 
problemini həll etmək üçün əvvəlcə 
297 


zərərçokmiş  dövlot  dclikvcnt  dövlollə  danışığa  gimıoli  və  ya  digər  dinc 
nizamasalma  vasitəsinə  əl  atmalıdır.  Yalnız  bu  vasitələr  bir  nəticə 
vermədikdə,  yəni  irəli  sürülmüş  müvafiq  iddialar  rədd  edildikdən  sonra 
zərərçokmiş dövlot əks tədbirlərə əl ata bilər. 
İkincisi,
  əks  tədbirlərin  intensivliyi  və  miqyası  törədilmiş  hüquq 
pozuntusunun ciddiliyinə və vurulmuş zərərin xarakterinə uyğun olmalıdır. 
Üçüncüsü,
  əks  tədbirlər  tətbiq  edilən  zaman  müəyyən  qadağalara 
əməl  olunmalıdır.  Belə  ki,  əks  tədbirlər:  a)  güclə  hədələməyə  və  ya  güc 
tətbiqinə əsaslanmamalıdır (bu qadağa fərdi əks tədbirlərə şamil olunur); b) 
beynəlxalq hüququn ümumi imperativ normalarından irəli gələn hüquqlan 
pozmamalıdır;  c)  dövlətin  ərazi  bütövlüyünü  və  ya  siyasi  müstəqilliyini 
təhlükə altına almamalıdır; ç) əsas insan hüquqlarına, eləcə də diplomatik 
və konsul agentlərinin toxunulmazlığına xələl gətirməməlidir. 
Əks tədbirlər iki cür olur: 1) 
fərdi tədbirlər
 və 2) 
kollektiv tədbirlər 
(beynəlxalq  təşkilatlar  çərçivəsində).  Kollektiv  tədbirlərə  aşağıdakılan 
misal  göstərmək  olar:  dövlətin  təşkilatda  üzvlüyünün  dayandmiması; 
dövlətin təşkilatdan çıxaniması, kollektiv silahlı tədbirlər və s.). 
7.
 
Beynəlxalq hüquqla qadağan olunmayan əməllərə 
görə dövlətlərin məsuliyyəti 
Yuxanda ümumi prinsip kimi qeyd etdik ki, dövlətlərin məsuliyyətinin 
yeganə faktik əsası beynəlxalq hüquq pozuntusudur. Lakin xüsusi sazişlərlə 
dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə, onun beynəlxalq hüquqa 
zidd olmayan əməli nəticəsində başqa dövlətə (dövlətlərə) vurulmuş zərəri 
ödəmək vəzifəsi qoyula bilər. Beynəlxalq müqavilələrdə belə məsuliyyət, 
əsas  etibarilə,  yüksək  təhlükə  mənbəyi  olan  fəaliyyət  növləri  (məsələn, 
kosmik  fəaliyyət,  atom  enerjisindən  istifadə  və  s.)  ilə  əlaqədar  nəzərdə 
tutulur. 
Beynəlxalq  hüquqla  qadağan  olunmayan  əməllərə  görə  dövlətlərin 
məsuliyyətinə  dair  xüsusi  konvensiya  layihəsi  üzərində  çalışan  BMT 
Beynəlxalq hüquq komissiyası vurğulamışdı ki, ətraf mühitə zərər, əsasən, 
beynəlxalq hüquqa zidd olmayan əməllərlə vurulur. 
298 


Göslorilon hallarda dövlot 
mülləq məsuliyyət
 daşıyır: dövlolin əməli 
nəticəsində -- bu əməl həmin dövlətin beynəlxalq öhdəliklərinə uyğun olsa 
da - əgər başqa dövlətlərə zərər dəymişsə, o, bu zərəri ödəməyə borcludur. 
Məsələn, Kosmik obyektlərin vurduğu zərərə görə beynəlxalq məsuliyyət 
haqqında 1972-ci il Konvensiyasının 11-ci maddəsində dövlətlərin mütləq 
məsuliyyəti  nəzərdə  tutulmuşdur.  Həmin  maddəyə  görə,  kosmik  obyekti 
buraxan  dövlət  bu  obyektlə  «yerin  səthində  və  ya  uçuşda  olan  hava 
gəmisinə vurulan zərərin müqabilində kompensasiya ödəməyə görə mütləq 
məsuliyyət daşıyır». 
Beynəlxalq-hüquqi məsuliyyətin bu xüsusi növü, qeyd edildiyi kimi, 
yalnız müqavilə hüququna söykənir və hər hansı bir müqavilədə nəzərdə 
tutulmamış bütün digər hallara tətbiq oluna bilməz. 
8.
 
Beynəlxalq təşkilatların məsuliyyəti 
Bir  sıra  mövcud  beynəlxalq  müqavilələrdə  beynəlxalq  təşkilatların 
məsuliyyəti haqqında müvafiq müddəalar təsbit olunmuşdur. 
Məsələn,  Kosmos  haqqında  1967-ci  il  müqaviləsinə əsasən,  kosmik 
fəaliyyət həyata keçirən beynəlxalq təşkilat bu fəaliyyət nəticəsində vurulan 
zərərə  görə  məsuliyyət  daşıyır.  Kosmik  obyektlərin  vurduğu  zərərə  görə 
beynəlxalq  məsuliyyət  haqqında  1972-ci  il  Konvensiyasında  nəzərdə 
tutulmuşdur ki, kosmik obyektin buraxılmasını həyata keçirən və ya təşkil 
edən  beynəlxalq  təşkilat  bu  obyektin  vurduğu  istənilən  zərərə  görə 
məsuliyyət daşıyır. 
Beynəlxalq  təşkilatların  məsuliyyəti  onların  orqanlarının  və  ya 
vəzifəli  şəxslərinin  əməlləri  nəticəsində  dövlətlərə,  digər  beynəlxalq 
təşkilatlara və fiziki şəxslərə vurulan zərərə görə ortaya çıxır. 
Beynəlxalq  təşkilat  həm  maddi,  həm  də  qeyri-maddi  məsuliyyət 
daşıya  bilər.  Maddi  məsuliyyətə  gəlincə,  beynəlxalq  təşkilatların  vəsaiti 
üzv-dövlətlərin üzvlük haqqından təşkil olunduğundan, ödənilməli olan pul 
məbləği, əsasən, beynəlxalq təşkilat ilo üzv-dövlətlər arasında bölünür. 
Qeyd  edək  ki,  problemin  böyük  əhəmiyyətini  nəzərə  alaraq,  BMT 
Beynəlxalq hüquq komissiyası hazırda beynəlxalq təşkilatların məsuliyyəti 
ilə bağlı layihə üzərində işləyir. 
299 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə