Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə95/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   114

qanlar  vasitəsilə  öz  funksiyalarını  həyata  keçirir  və  yalnız  bu  orqanlann 
əməlləri  dövlətin  əməlləri  hesab  olunur.  Belə  demək  olar  ki, 
dövlət  öz 
orqanlarına görə, yalnız öz orqanlarına görə və bütün öz orqanlarına 
görə məsuliyyət dayıyır.
 Digər fiziki və ya hüquqi şəxslərin, yəni dövlətin 
adından çıxış etməyən şəxslərin hüquqi zidd əməllərinə görə (məsələn, bir 
qrup şəxsin xarici dövlətin səfirliyinə basqın etməsi) dövlət, ümumiyyətlə 
götürdükdə,  beynəlxalq  məsuliyyət  daşımır.  Bu  əməllərlə 
bağlı
  (bu 
əməllərə 
görə
  yox)  dövlət o  zaman  müvafiq  dövlət  qarşısında  məsuliyyət 
daşıya bilər ki, o, həmin əməllərin qarşısını almaq və/və ya təqsirli şəxsləri 
cəzalandırmaq  üçün  lazımi  səy  göstəmıəmiş  və  zəruri  tədbirlər 
görməmişdir. Başqa sözlə, bu halda dövlətin beynəlxalq hüquqa zidd əməli 
hərəkətsizlikdə ifadə olunur. 
3.
 
«Dövlətin beynəlxalq cinayəti» anlayışı 
Xüsusi sosial-hüquqi hadisə kimi beynəlxalq cinayət bir neçə mühüm 
əlamətlərə  malikdir;  məhz  bu  əlamətlərə  görə  o,  bütün  digər  beynəlxalq 
hüquq  pozuntularından  fərqlənir.  Bunlar  aşağıdakılardır; 
a)  pozulmuş 
öhdəliklərin  xarakteri,  yəni  beynəlxalq  birliyin  həyati  maraqlarını  əks 
etdirən öhdəliklərin pozulması; b) göstərilən öhdəliklərin pozulmasının 
ciddiliyi: v) əməlin bütün beynəlxalq birlik tərəfindən beynəlxalq cinayət 
sayılması, yəni commu- nis opinio-nun olması. 
Şübhəsiz  ki,  beynəlxalq  cinayətin  başlıca  ünsürü  kimi  yuxarıda 
sadalanmış  əlamətlərdən  birincisi,  yəni  pozulmuş  beynəlxalq  öhdəliklərin 
obyekti  çıxış  edir.  Təcavüz,  soyqırım  və  s.  kimi  cinayətlər  törədilərkən 
dövlətlər  bütün  beynəlxalq  birlik  qarşısında  öhdəliklərini  (erga  omncs 
öhdəlikləri) pozmuş olurlar və bu zaman bütün dövlətlər zərərçəkmiş tərəf 
sayılır. 
İkinci meyar, yəni beynəlxalq öhdəliklərin ciddi və ya ağır pozulması 
beynəlxalq cinayətlərin xüsusi təhlükəli beynəlxalq hüquq pozuntulanndan 
fərqəndirilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Məsələ burasındadır ki, 
erga omncs öhdəliklərinin heç də 
291 


bülün pozunliiları beynolxalq cinayot deyildir. Bu öhdəliklərin yalnız ciddi, 
ağır pozulduğu halda (əlbəttə ki, digər zəruri ünsürlərlə yanaşı) beynəlxalq 
cinayot  törədilməsi  faktmdın  danışmaq  olar.  Dövlətin  öz  öhdəliklərini 
pozmasının  ciddiliyinin  maddi  ifadəsi  kimi  onun  hüquqa  zidd  əmoli 
nəticəsində  vurulmuş  böyük  miqdarda  zərər  çıxış  edir.  Vurulmuş  zərərin 
xarakteri və həcmi əməlin düzgün tövsifi üçün olduqca mühüm meyardır. 
Beləliklə,  ciddilik  anlayışını  təyin  etməyin  iki  metodu  mövcuddur: 
onlardan biri cinayətin xarakterinə, ikincisi isə onun nəticələrinə əsaslanır. 
Diqqətəlayiq  haldır  ki,  beynəlxalq  cinayətin  sözügedən  ünsürü 
normativ sənədlərdə öz dəqiq əksini tapır. Məsələn, ağır pozuntular («grave 
breaches»)  və  digər  pozuntular  arasında  fərq  Müharibə  qurbanlarının 
müdafiəsinə  dair  1949-cu  il  Cenevrə  Konvensiyalarında  aydın 
qoyulmuşdur;  bu  sənədlərdə  ağır pozuntuların cinayət-hüquqi  qaydasında 
təqib edilməsi üçün xüsusi rejim müəyyən edilmişdir. 
Deyilənlərlə yanaşı qeyd etmək lazımdır ki, beynəlxalq sülhə təhlükə 
törədən, jus cogens normalarını pozan beynəlxalq hüquq pozuntularının heç 
də hamısı beynəlxalq cinayət deyildir; yalnız o əməllər beynəlxalq cinayət 
kimi  tövsif  oluna  bilər  ki,  onlar  bütün  beynəlxalq  birlik  tərəfindən 
beynəlxalq  cinayət  sayılır  və  beynəlxalq  cinayot  kimi  nəzərdən  keçirilir. 
Daha  ağır  nətieələr  doğurduğuna  görə  «obyektiv  olaraq»  beynəlxalq 
cinayət  kimi  nəzərdən  keçirilməsi  üçün  beynəlxalq  hüquqa  zidd  əməl 
«subyektiv  olaraq»  bütövlükdə  beynəlxalq  birlik  tərəfindən  cinayət 
sayılmalıdır. Beynəlxalq birlik anlayışı o demək deyil ki, bu birliyin bütün 
üzvlərinin  yekdil  rəyi  olmalıdır  və  hər  bir  dövlətə  beləliklə  veto  hüququ 
verilməlidir. Digər tərəfdən, beynəlxalq hüquqa zidd olan bu və ya digər 
əməlin «beynəlxalq cinayət» xarakteri hər hansı dövlətlər qrupu tərəfindən 
deyil, beynəlxalq birliyin bütün əsas komponentləri tərəfindən tanınmalıdır. 
Beynəlxal  cinayət  törədilərkən  həmin  cinayəti  törətmiş  dövlət  üçün 
xüsusi  məsuliyyət  rejimi  ortaya  çıxır.  Bu  rejim  adi  beynəlxalq  hüquq 
pozuntusu  törədildiyi  zaman  meydana  çıxan  beynəlxalq  məsuliyyət 
rejimindən tamamilə fərqlənir: a) əgər birinci halda söhbət dəymiş zərərin, 
sadəcə, ödənilməsindən gedirsə, ikinci hal 
292 


da  isə  zərərin  ödənilməsindən  əlavə,  cinayəti  törətmiş  dövlətin 
suverenliyinin  və  beynolxalq-hüquqi  subyektliyinin  müxtəlif  cür 
məhdudlaşdınlması  mümkün  ola  bilər  (məsələn,  İraqın  Küveytə  qarşı 
təcavüzündən  sonra  BMT  Təhlükəsizlik  Şurası  özünün  687  saylı 
qətnaməsində  müəyyən  etdiyi  bir  sıra  tədbirlərlə  İraqın  suverenliyini 
əhəmiyyətli  dərəcədə  məhdudlaşdırmışdı);  b)  beynəlxalq  cinayət 
törədilərkən  müvafiq  dövlətin  məsuliyyəti  ilə  yanaşı,  habelə  həmin 
cinayətin  törədilməsində  təqsirli  olan  fərdlərin  beynəlxalq  cinayət 
məsuliyyəti  də  ortaya  çıxır.  Buna  əlavə  etmək  lazımdır  ki,  beynəlxalq 
cinayət törədilməsinə görə dövlətin vəzifəli şəxslərindən başqa, adi şəxslər 
də  məsuliyyətə  cəlb  oluna  bilərlər.  Doğrudur,  bu,  beynəlxalq  cinayətin 
xarakterindən  asılıdır.  Bir  sıra  cinayətlər,  məsələn,  təcavüz, 
müstəmləkəçilik və apartcid həmişə dövlətin siyasi və ya hərbi aparatında, 
yaxud onun maliyyə və ya iqtisadi sferalannda rəhbər mövqe tutan adamlar 
tərəfindən  törədilir  və  deməli,  yalnız  bu  şəxslər  beynəlxalq  cinayət 
məsuliyyətinə cəlb edilə bilərlər. Soyqırım, müharibə cinayətləri və insanlıq 
əleyhinə cinayətlərin obyektiv tərəfini təşkil edən əməllər isə istənilən fiziki 
şəxs tərəfindən törədilə bilər; bu halda dövlətin beynəlxalq məsuliyyəti ilə 
yanaşı,  bütün  təqsirli  şəxslərin  də  fərdi  cinayət  məsuliyyəti  ortaya  çıxır 
(fiziki  şəxslərin  beynəlxalq  məsuliyyəti  barədə  XVII  fəsildə  ətraflı  bəhs 
edilmişdir). 
4.
 
Dövlətlərin məsuliyyətini istisna edən hallar 
Yuxarıda  ümumi  qayda  kimi  göstərdik  ki,  dövlətin  istənilən 
beynəlxalq hüquqa zidd əməli onun beynəlxalq məsuliyyətini ortaya çıxanr. 
Lakin bəzən elə hallar baş verir ki, dövlət öz beynəlxalq öhdəliklərini lazımi 
qaydada və müddətdə yerinə yetirə bilmir və ya məcburən pozmalı olur. Bu 
zaman həmin dövlətin əməlində formal olaraq beynəlxalq hüquq pozuntusu 
tərkibi  olsa  da,  o,  beynəlxalq  məsuliyyətdən  azad  edilir.  Bu  hallar 
aşağıdakılardır:  razılıq;  əks  tədbirlər;  fors-major  vo  qabaqcadan  görünə 
bilməyən hadisə; fəlakət; son zərurət; özünümüdafiə. 
293 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə