Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə92/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   114

gəmilordo neftlə çirklənmə ilə mübarizə üzrə fövqəladə tədbirlər planının 
olmasını təmin etməlidir. 
Dənizin  tullantılarla  və  digər  materiallarla  çirklənməsinin 
qarşısının  alınması  haqqında  l972-ci  il  Konvensiyası
  gəmilərdən, 
təyyarələrdən,  platformalardan  və  digər  konstruksiyalardan  dənizə 
tullantılann və digər materialların atılmasını, bu materialların ayrılıqda və 
ya  daşınma  vasitələri  ilə  bir  yerdə  batırılmasını  qadağan  edir.  Bu 
qadağandan  istisnaya  yalnız  «insanların  həyatının  və  ya  gəmilərin, 
təyyarələrin,  platformalann  təhlükəsizliyini  təmin  etmək  üçün  və  yaxud 
fors-major  hallarda»  yol  verilir.  Konvensiyada  dənizə  atılması  tamamilə 
qadağan  edilmiş  maddələrin  siyahısı  verilmişdir  (xlor  üzvi  birləşmələr; 
civə; neft və onun qarışıqları; radioaktiv tullantılar və s.). 
5.
 
Dənizin canlı ehtiyatlarının mühafizəsi 
Hazırda  canlı  dəniz  ehtiyatlarının  mühafizəsinə  və  balıqçılığın 
tənzimlənməsinə həsr olunmuş yüzdən artıq universal və regional müqavilə 
mövcuddur.  Bu  məsələ  ilə  bağlı  əsas  prinsip  və  mexa-  nizmlər  Dəniz 
hüququ  üzrə  1982-ci  il  BMT  Konvensiyasında  təsbit  olunmuşdur. 
Konvensiya  iştirakı  dövlətlərdən  canlı  ehtiyatların  qorunub  saxlanması 
üçün  bütün  zəruri tədbirlərin  görülməsini  tələb  edir. Dövlətlər  bu  sahədə 
bir-biri ilə  əməkdaşlıq  etməli,  müvafiq  subregional  və  regional təşkilatlar 
vasitəsilə müəyyən ehtiyatların qorunub saxlanması və sayının artırılması 
üçün səy göstərməlidirlər. 
Bir  çox  konkret  balıq  növlərinin  qorunub  saxlanması  və  rasional 
istifadəsi məsələlərini nizama salmaq məqsədilə 
1995-ci ildə 
Dəniz hüququ 
üzrə  BM'I'  Konvensiyasının  müvafiq  müddəalarının  həyata  keçirilməsi 
haqqında  xüsusi 
Saziş
  bağlanmışdır.  Maddi  normalardan  başqa,  Saziş 
beynəlxalq əməkdaşlıq mexanizmləri də nəzərdə tutur. 
Dünya okeanının canlı ehtiyatlarının mühafizəsi sahəsində bağlanmış 
digər müqavilələrə misal olaraq aşağıdakılan göstərmək 
281 


olar: 
Atlantik  okeanın  şimal-qərb  hissəsində  balıqçılıq  üzrə  gələcək 
çoxtərəfli əməkdaşlıq haqqında 1978-ci il Konvensiyası; Antarktikanın 
canlı dəniz ehtiyatlarının mühafizəsi haqqında 1980-ci il Konvensiyası
 
və b. Bu və digər müqavilələrdə Dünya okeanının müvafiq akvatoriyasında 
canlı  ehtiyatların  qorunub  saxlanması  ilə  bağlı  dövlətlərin  öhdəlikləri 
müəyyən  edilmiş,  bu  öhdəliklərin  yerinə  yetirilməsi  üzərində  milli  və 
beynəlxalq nəzarət nəzərdə tutulmuşdur. 
6.
 
Beynəlxalq çay və göllərin mühafizəsi 
Beynəlxalq çay və göllərin çirklənməsinə yol verilməməsi və onların 
canlı ehtiyatlarının mühafizəsi müvafiq sahilyanı dövlətlərin üzərinə düşən 
vəzifələrdir.  Bu  vəzifələrin  həyata  keçirilməsi  üçün  sahilyanı  dövlətlər 
regional  və  ya  ikitərəfli  müqavilələr  bağlayırlar.  Müqavilələrin  başlıca 
məzmunu ondan ibarət olur ki, sahilyanı dövlətlər beynəlxalq çayın və ya 
gölün  mövcud  çirklənməsinin  azaldılması  üçün  bütün  zəruri  tədbirləri 
görməlidirlər. Belə tədbirlərin məqsədi digər dövlətə (dövlətlərə) və Dünya 
okeanı  sularına  dəyə  bilən  zərərin  qarşısını  almaqdan  ibarətdir.  Bu 
müqavilələrdə  göstərilir  ki,  suların  çirklənməsində  təqsirli  olan  dövlət 
bütün dəymiş zərəri ödəməlidir. 
Hazırda beynəlxalq çayların çirklənmədən qorunmasına dair 100-dən 
artıq  beynəlxalq  müqavilə  mövcuddur.  Bu  müqavilələrdə,  əsas  etibarilə, 
neftin, kimyəvi və üzvi maddələrin çay mühitinə atılmasını qadağan edən 
müddəalar təsbit olunmuşdur (məsələn, 
Reynin xloridlərlə çirklənmədən 
qorunması  haqqında  1976-cı  il  Konvensiyası;  Reynin  kimyəvi 
maddələrlə çirklənmədən qorunması haqqında 1976-cı il Konvensiyası
 
və s.). 
Transsərhəd  suaxarlarının  və  beynəlxalq  göllərin  mühafizəsi  və 
istifadəsinə  dair  1992-ci  il  Konvensiyası
  isə  nisbətən  ümumi  xarakter 
daşıyır. Konvensiyanın iştirakçıları transsərhəd təsir göstərən və ya göstərə 
bilən  çirklənmənin  qarşısını  almaq  və  azaltmaq  üçün  bütün  müvafiq 
tədbirləri görməlidirlər. Bu tədbirlərin görül- 
282 


məsi ilə bağh bütün xərclər çirklənməyə yol vermiş dövlətin üzərinə düşür. 
Konvensiya iştirakçı dövlətlərdən habelə müvafiq hüquqi, inzibati, iqtisadi 
və maliyyə tədbirlərinin işlənib hazırlanmasını və həyata keçirilməsini tələb 
edir. 
7.
 
Ətraf mühitin radioaktiv 
yoluxmadan mühafizəsi 
Ətraf  təbii  mühitin  raioaktiv  maddələrlə  çirklənmədən  beynəl- 
xalq-hüquqi mühafizəsi iki istiqamətdə həyata keçirilir: 1) nüvə, radioloji və 
neytron  silahlannın  sınağı  və  ya  tətbiqinin  qadağan  edilməsi  və  ya 
məhdudlaşdırılması;  2)  «dinc  atom»un  istifadəsi  prosesində  ortaya  çıxan 
neqativ nəticələrin qarşısının alınması və ya aradan qaldırılması. 
Birinci  istiqamətdə  aşağıdakı  mühüm  tədbirlər  həyata  keçirilmişdir: 
üç mühitdə atmosferdə, kosmik fəzada və su altında nüvə silahının sınağı 
qadağan edilmişdir 
(Atmosferdə, kosmik fəzada və su altında nüvə silahı 
sınaqlarının  qadağan  edilməsi  haqqında  1963-cü  il  Müqaviləsi);
  nüvə 
silahının  yayılması  qadağan  edilmişdir 
(Nüvə  silahının  yayılmaması 
haqqında  1968-ci  il  Müqaviləsi); 
nüvə  silahının  dəniz  və  okeanların 
dibində,  Antarktikada  və  kosmosda  yerləşdirilməsi  qadağan  edilmişdir 
(müvafiq  olaraq: 
Nüvə  silahının  və  kütləvi  qırğın  silahlarının  digər 
növlərinin  dəniz  və  okeanların  dibində  və  onun  təkində 
yerləşdirilməsinin qadağan edilməsi haqqında 
J 9 7 I - C İ  
il Konvensiyası; 
Antarktika haqqında 1959-cu il Müqaviləsi
 və 
Ay və digər səma cisimləri 
də  daxil  olmaqla,  kosmik  fəzanın  tədqiqi  və  istifadəsi  üzrə  dövlətlərin 
fəaliyyətinin  prinsipləri  haqqında  1967-ci  il  Müqaviləsi);
  Afrikada, 
Antarktikada, Latın Amerikasında, Sakit okeanın cənub hissəsində və digər 
regionlarda nüvosiz zonalar yaradılmışdır.
 
İkinci istiqamət üzrə qəbul olunmuş beynəlxalq sazişlərə misal olaraq 
aşağıdakıları  göstərmək  olar: 
Nüvə  gəmilərinin  operatorlarının 
məsuliyyəti  haqqında  1962-ci  il  Beynəlxalq  Konvensiyası;  Nüvə 
materiallarının dəniz daşınmaları sahəsində mülki məsuliyyət 
283 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə