Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə89/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   114

vo sağlamlığının qorunması vo onların qaytarılması üçün zoruri todbirlər 
görülmosində  başqa  dövlotlərlə,  birinci  növbədo,  obyektin  qeydiyyatdan 
keçdiyi dövlətlə əməkdaşlıq etmək və s. 
Kosmonavt və ya kosmik gəminin ekipajı kosmik fəzada, o cümlədən 
səma cismi üzərində olduğu müddətdə, vətəndaşlığından asılı olmayaraq, 
gəminin qeydiyyatdan keçdiyi dövlətin yuris- diksiyası vo nəzarəti altında 
olur. 
6.
 
Kosmik fəaliyyət nəticəsində vurulmuş zərərə 
görə beynəlxalq məsuliyyət 
Dövlətin bütün milli kosmik fəaliyyətə görə beynəlxalq məsuliyyəti 
prinsipi, yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq kosmos hüququnun əsas 
prinsiplərindən  biridir;  kosmik  fəaliyyətin  hökumət  orqanları  və  ya  özəl 
şəxslər  tərəfindən  həyata  keçirilməsindən  asılı  olmayaraq,  məsuliyyəti 
dövlət daşıyır. Bu fəaliyyətdə beynəlxalq təşkilatın iştirak etdiyi halda isə, 
təşkilat və ona üzv olan dövlətlər birgə məsuliyyət daşıyır. 
llüquqauyğun kosmik fəaliyyət nəticəsində xarici dövlətə və ya onun 
fiziki və hüquqi şəxslərinə zərər dəymişsə, bu zərərin ödənilməsi vəzifəsi 
kosmik obyektin buraxılmasım həyata keçirmiş və ya təşkil etmiş dövlətin
habelə  ərazisindən  və  ya  qurğusundan  həmin  obyekt  buraxılmış  dövlətin 
üzərinə qoyulur. Dövlətin bu hallarda daşıdığı maddi məsuliyyətin həyata 
keçirilməsi  əsasları  və  qaydası  Kosmik  obyektlərin  vurduğu  zərərə  görə 
beynəlxalq  məsuliyyət  haqqında  1972-ci  il  Konvensiyasında  müəyyən 
olunmuşdur. Konvensiyaya görə, kosmik obyektin vurduğu zərər dedikdə, 
insan ölümü, bədən xəsarəti, səhhətə dəyən digər zərər, dövlətlərin, fiziki və 
ya hüquqi şəxslərin, beynəlxalq təşkilatların əmlakına vurulan zərər başa 
düşülür. 
Kosmik fəaliyyətin həyata keçirilməsi nəticəsində Yerdəki və ya hava 
məkanındakı  obyektlərə  zərər  dəymişsə,  ortaya  çıxan  məsuliyyət  mütləq 
(obyektiv) məsuliyyətdir; heç bir beynəlxalq hüquq norması pozulmasa da, 
dövlət bu zərəri ödəməlidir. Kosmik 
272 


fəaliyyət bu halda yüksək təhlükə mənbəyi kimi nəzərdən keçirilir. Kosmik 
obyekt tərəfindən başqa bir dövlətin obyektinə kosmik fəzada və ya səma 
eismi  üzərində  vurulan  zərərə  görə  isə  məsuliyyət  yalnız  təqsir  olduqda 
ortaya çıxır. 
7.
 
Kosmosun tədqiqi və istifadəsi sahəsində 
beynəlxalq əməkdaşlıq 
Kosmosun tədqiqi və istifadəsi həm fundamental elmin inkişafı, həm 
də bir sıra praktik-tətbiqi məsələlərin həlli baxımından prinsipial əhəmiyyət 
daşıyır. Kosmosun hərtərəfli tədqiqi və onun nadir imkanlarından istifadə 
nəticəsində  yeni  elm  və  fəaliyyət  sahələri  meydana  gəlmişdir:  kosmik 
meteorologiya, astronomiya, kosmik rabitə, naviqasiya və s. 
Kosmik  meteorologiya  sahəsində  əməkdaşlıq
  Kosmos  üzrə  BMT 
Komitəsi, Ümumdünya meteorologiya təşkilatı, İNTELSAT və b. vasitəsilə 
həyata  keçirilir.  Yerin  süni  peykləri  havanın  proqnozlaşdırılması,  iqlimin 
inkişafının,  dənizin  temperaturunun,  küləyin  sürətinin  və  s.  öyrənilməsi 
üçün istifadə olunur. 
Yerin  məsafədən  zondla  tədqiq  edilməsi  (YMZT)
  geologiya, 
coğrafiya, geodeziya və kənd təsərrüfatı sahələrində uğurla istifadə olunur. 
YMZT vasitəsilə quru, okean və Yer atmosferinin vəziyyəti təyin olunur, 
ətraf mühit üzərində nəzarət həyata keçirilir. Yerin təbii ehtiyatları öyrənilir, 
faydalı  qazıntıların  yataqları  aşkara  çıxarılır  və  s.  1986-cı  ildə  BMT  Baş 
Məclisi  Yerin  kosmik  fəzadan  məsafədən  zondla  tədqiq  edilməsinə  dair 
Prinsiplər qəbul etmişdir. Bu prinsiplərə görə, xarici dövlətlərin ərazilərinin 
kosmosdan zondla tədqiq edilməsi hüquqauyğundur və dövlətlər bu sahədə 
beynəlxalq əməkdaşlığın inkişafına dəstək verməlidirlər. 
Kosmik  rabitə  sahəsində
  dövlətlərin  əməkdaşlığı  son  illər  xeyli 
genişlənmişdir.  Bu,  bir  tərəfdən  Yerdə  kommunikasiya  vasitələrinə  artan 
tələbatla,  digər  tərəfdən  isə  kosmosda  yerüstü  stansiyalar.  Yerin  süni 
peykləri,  orbital  stansiyalar  və  s.  arasında  əlaqə  qurulması  zərurəti  ilə 
bağlıdır. Hazırda radio və televiziya 
273 


peyk  xidməti.  Yerin  süni  peykləri  vasitəsilə  proqramların  birbaşa 
ötürülməsi  sistemi  intensiv  inkişaf  edir.  Kosmik  rabitənin  tətbiqi  dəniz 
əlaqəsinin  və  dənizdə  xilasetmə  işlərinin  səmərəliliyini  xeyli  artırmışdır. 
Dövlətlər  göstərilən  sahədə  Beynəlxalq  Elektron  Rabitəsi  İttifaqı, 
İNTELSAT, ARABSAT və s. kimi beynəlxalq hökumətlərarası təşkilatlar 
vasitəsilə əməkdaşlıq edirlər. Kosmik rabitənin hüquqauyğun və səmərəli 
istifadəsini  təmin  etmək  üçün  BMT  Baş  Məclisi  1982-ci  ildə  «Dövlətlər 
tərəfindən Yerin süni peyklərinin beynəlxalq birbaşa televiziya verilişləri 
üçün istifadə olunması Prinsipləri» adlı qətnamə qəbul etmişdir. 
Kosmik naviqasiya
 hər hansı bir yerdə qəzaya uğrayan dəniz və hava 
gəmilərinə  kömək  göstərilməsi  üçün  müstəsna  əhəmiyyət  daşıyan  bir 
sahədir. Statistikaya görə, il ərzində qəzaya uğrayan gəmilərin, demək olar 
ki,  yarısı  meteopeyklər  vasitəsilə  xilas  olunur.  Bu  sahədə,  1976-cı  ildə 
yaradılmış 
Beynəlxalq dəniz peyk rabitəsi təşkilatı
 - 
INMARSAT mvihüm
 
rol oynayır. İNMARSAT-m təşkili və fəaliyyətinin, habelə dövlətlərin sözü 
gedən  sahədə  əməkdaşlığının  hüquqi  əsasları 
Beynəlxalq  dəniz  peyk 
rabitəsi təşkilatı haqqında 1976-cı il Konvensiyası
 ilə müəyyən olunur. 
Göstərilənlərdən  əlavə, 
kosmik  geologiya,  kosmik  texnika  və 
texnologiya
 da böyük praktik əhəmiyyət kəsb edən sahələrdir. 
Yekun  olaraq  qeyd  edilməlidir  ki,  bütün  yuxanda  sadalanmış  və 
habelə  kosmosun  tədqiqi  və  istifadəsi  ilə  bağlı  gələcəkdə  ortaya  çıxacaq 
yeni  fəaliyyət  növləri  beynəlxalq  hüququn  və  beynəlxalq  kosmos 
hüququnun  prinsiplərinə  söykənməli  və  bütün  bəşəriyyətin  rifahı  naminə 
həyata keçirilməlidir. 
274 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə