Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə86/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   114

a)
 
uçuşda olan hava gəmisindəki şəxsə qarşı zorakılıq aktı törədilməsi, 
əgər bu akt həmin hava gəmisini təhlükəyə məruz qoyarsa; 
b)
 
istismarda olan hava gəmisinin məhv edilməsi və ya hava gəmisinə 
onu sıradan çıxaran və ya uçuş zamanı onu təhlükəyə məruz qoya bilən zədə 
yetirilməsi; 
c)
 
istismarda  olan  hava  gəmisinə  hər  hansı  bir  üsulla  qurğu  və  ya 
maddə  qoyulması  və  ya  buna  gətirib  çıxara  bilən  müəyyən  hərəkətlər 
edilməsi, əgər bu qurğu və ya maddə həmin hava gəmisini dağıda və ya onu 
sıradan çıxara bilərsə, yaxud onu uçuş zamanı təhlükəyə məruz qoya bilən 
zədə yetirə bilərsə; 
ç) aeronaviqasiya avadanlığının məhv edilməsi və ya zədələn- məsi, 
yaxud onun istismanna müdaxilə edilməsi, əgər istənilən belə bir akt uçuşda 
olan hava gəmilərini təhlükəyə məruz qoya bilərsə
d)
 
bilərəkdən yalan məlumatlar verilməsi, əgər bu, uçuşda olan hava 
gəmisini təhlükəyə məruz qoya bilərsə. 
Göstərilən  maddənin  2-ci  hissəsinə  görə,  yuxanda  sadalanan 
cinayətlərdən hər hansı birini törətməyə cəhd edən və ya istənilən belə bir 
cinayətin  törədilməsində  iştirakçı  kimi  çıxış  edən  hər  hansı  bir  şəxs  də 
cinayot törətmiş sayılır. 
3.
 
Hava məkanındakı uçuşların təsnifatı 
Hava məkanındakı uçuşların aşağıdakı növləri vardır: 
1.
 
Bir dövlətin ərazisindən başqa dövlətin ərazisinə. 
Bu uçuşlar da öz növbəsində bir neçə cür olur: a) iki dövlətin sərhədini 
ani  kəsib  keçməklə  həmsərhəd  dövlətə  uçuşlar;  b)  açıq  dəniz  rayonunu 
kəsib  keçməklə;  c)  üçüncü  dövlətin  ərazisindən  tranzit  (enmədən)  uçub 
keçməklə;  ç)  beynəlxalq  boğazlardan  və  ya  arxipelaq  sularından  tranzit 
uçub keçməklə. 
2.
 
Açıq  dəniz  rayonundan  və  ya  Antarktikadan  xarici  dövlətin 
ərazisinə və geriyə
3.
 
Açıq dənizin bir rayonundan və ya Antarktikadan açıq dənizin digər 
rayonuna, beynəlxalq boğazlardan və ya arxipelaq sularından tranzit uçub 
keçməklə; 
263 


4.
 
Açıq doniz və ya Antarktika hüdudlarında, beynəlxalq boğazlardan 
və ya arxipelaq sulanndan tranzit uçub keçmədən
5.
 
Hava  gəmisinin  qeydiyyatda  olduğu  (gəmini  istismar  edən) 
dövlətin  ərazisindən  açıq  dənizə  və  ya  Antarktikaya  və  geriyə  (balıq 
ehtiyatlarının kəşfiyyatı, elmi tədqiqatlar apanlması məqsədilə və s.). 
6.
 
Hava  gəmisinin  qeydiyyatda  olduğu  (gəmini  istismar  edən) 
dövlətin ərazisinin bir hissəsindən digər hissəsinə, xarici dövlətin ərazisini 
tranzit uçub keçməklə (məsələn, ABŞ-m mərkəzi hissəsindən Kanadadan 
keçməklə Alyaskaya). 
7.
 
Hava  gəmisinin  qeydiyyatda  olduğu  (gəmini  istismar  edən) 
dövlətin ərazisinin bir hissəsindən digər hissəsinə, beynəlxalq boğazlardan 
və ya arxipelaq sularından tranzit uçub keçməklə; 
8.
 
Bir  dövlətin  hüdudlarında  daxili  uçuşlar  (həmin  ölkənin  milli 
hüququnun  subyektləri  tərəfindən  və  onun  ərazisi  çərçivəsində  məhdud 
məqsədlərlə həyata keçirilən uçuşlar). 
Öz-özlüyündə digər dövlətin hava məkanındakı uçuş beynəlxalq uçuş 
sayıla bilməz. Söhbət yalnız o uçuşdan gedə bilər ki, onun başlanması və ya 
başa çatması xarici dövlətin ərazisində baş verir. Uçuş bütövlükdə (onun bir 
mərhələsi yox) bir dövlətin içərisində planlaşdırılıbsa, bu, daxili uçuş hesab 
olunur. 
4.
 
«Hava azadlıqları» (kommersiya hüquqları) 
Kommersiya  xarakterli  beynəlxalq  hava  uçuşları  müəyyən  hüquqlar 
əsasında həyata keçirilir. Bu hüquqlar aşağıdakılardır: 
1)
 
müəyyən dövlətin ərazisi üzərindən, onun razılığı əsasında tranzit 
(yerə enmədən) uçub keçmək hüququ
2)
 
göstərilən  tranzit  uçuşu  qeyri-kommersiya  məqsədləri  ilə  yerə 
enməklə yerinə yetirmək hüququ (yanacaq doldurmaq, təmir və s. üçün); 
3)
 
xarici dövlətin ərazisində sərnişinləri düşürmək və hava gəmisinin 
qeydiyyatda  olduğu  dövlətdə  götürülmüş  baqajı,  yükləri  və  poçtu 
boşaltmaq hüququ; 
264 


4)
 
bundan  ovvəlki  «hava  azadlığı»na  oxşar  olan,  amma  əks 
istiqamətdə  (xarici  dövlətin  ərazisindən  öz  ərazisinə)  həyata  keçirilən 
hüquq; 
5)
 
xarici  dövlətin  ərazisində  sərnişinləri  düşünnək,  həmin  dövlətin 
ərazisində  yükləri  və  poçtu  boşaltmaq  və  habelə  onları  istənilən  üçüncü 
ölkədən və ya istənilən üçüncü ölkəyə daşımaq üçün götürmək hüququ. 
Yuxarıda  göstərilənlərdən  başqa,  daha  iki  «hava  azadlığı» 
mövcuddur: 
1)
 
öz ərizəsindən keçməklə, üçüncü ölkələr arasında hava daşımaları 
həyata keçirmək hüququ
2)
 
öz  ərazisindən  keçməməklə,  üçüncü  ölkələr  arasında  hava 
daşımaları həyata keçinnək hüququ. 
5.
 
Mülki aviasiya sahəsində beynəlxalq təşkilatlar 
Beynəlxalq  mülki  aviasiya  sahəsində  ən  nüfuzlu  beynəlxalq təşkilat 
1947-ci  ildən  fəaliyyət  göstərən  və  hazırda  190  üzvü  olan 
İKAO-dwx,
 
Yuxanda qeyd edildiyi kimi. İKAO 1944-cü il Çikaqo Konvensiyasının II 
hissəsi  əsasında  yaradılmışdır.  Onun  başlıca  məqsədi  bütün  dünyada 
beynəlxalq mülki aviasiyanın təhlükəsiz inkişafını təmin etmək, bütün bu 
məsələlərdə  beynəlxalq  əməkdaşlığı  təşkil  etmək  və  əlaqələndirməkdən 
ibarətdir.  İKAO  aşağıdakı  struktura  malikdir:  Assambleya  (bütün 
üzv-dövlətlərin təmsil olunduğu ali orqan; üç ildə bir dəfədən az olmayaraq 
toplanır); Şura (Assambleya tərəfindən seçilən 36 dövlətin təmsil olunduğu 
daimi orqan; ona prezident rəhbərlik edir; sessiyaları, adətən, ildə üç dəfə 
keçirilir);  Aeronaviqasiya  komissiyası;  Avianəqliyyat  komitəsi;  Hüquqi 
komitə;  Katiblik  (ona  Təşkilatın  baş  icraçı  vəzifəli  şəxsi  olan  Baş  katib 
rəhbərlik edir) və s. 
Avropa  mülki  aviasiya  konfransı  (EKAK),
  1954-cü  ildə  təsis 
olunmuşdur.  Qərbi  Avropa  ölkələrinin  və  Türkiyənin  iştirak  etdiyi  bu 
təşkilat  Avropa  hava  nəqliyyatının  problemlərini  öyrənir  və  iştirakçı 
dövlətlərin bu sahədə fəaliyyətini əlaqələndirir. Tövsiyə 
265 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə