Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə94/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   114

üzrə  BMT  Proqramıdır  (YUNEP).
  YUNEP-in  fəaliyyətinin  əsas 
istiqamətləri  aşağıdakılardır:  a)  ayrı-ayn  təbii  obyektlərin  mühafizəsi;  b) 
təbiətə  zərərli  təsirin  müxtəlif  növləri  ilə  (məsələn,  səh-  rasızlaşma, 
çirklənmə  və  s.  ilə)  mübarizə;  e)  təbii  ehtiyatların  rasional  istifadəsi;  ç) 
beynəlxalq  ekoloji  standartların  işlənib  hazırlanması  və  s.  YUNEP-in 
dəstəyi ilə 
Aralıq dənizinin çirklənmədən qorunması haqqında 1976-cı il 
Konvensiyası,  Dəniz  mühitinin  çirklənmədən  qorunması  haqqında 
1978-ci  il  Küveyt  regional  Konvensiyası,  Havanın  uzaq  məsafələrə 
transsərhəd  çirklənməsi  haqqında  1979-cu  il  Konvensiyası
  və  digər 
mühüm beynəlxalq müqavilələr işlənib hazırlanmış və qəbul edilmişdir. 
YUNEP-in əsas orqanları bunlardır: İdaretmə şurası (ali rəhbər orqan); 
başında İcraçı direktor dayanan Katiblik və Ətraf mühit fondu. 
287 


XXIII
 
FƏSİL 
BEYNƏLXALQ HÜQUQDA MƏSULİYYƏT 
L Bcynəlxalq-hüquqi məsuliyyətin anlayışı 
Bcynolxalq-hüquqi  məsuliyyət  -  beynəlxalq  hüquq  pozuntusu 
nəticəsində digər dövlətə və ya dövlətlərə (və ya beynəlxalq hüququn 
başqa subyektlərinə) vurulmuş zərərin nəticələrini aradan qaldırmaq 
vəzifəsidir. 
Dövlətlərin beynəlxalq məsuliyyətini nizama salan nomıalar bu günə 
qədər  məcəllələşdirilməmişdir.  Bu  sahədə  ən  mühüm  sənəd  BMT 
Beynəlxalq  hüquq  komissiyasının  üzərində  uzun  müddət  (faktik  olaraq 
1956-ei  ildən  2001-ci  ilə  qədər)  işlədiyi  və  2001-ei  ildə  BMT-nin  Baş 
Məclisinə son variantda təqdim etdiyi 
Beynəlxalq hüquqa zidd əməllərə 
görə  dövlətlərin  məsuliyyəti  haqqında  maddələr  Layihəsidir.
  Müvafiq 
konvensiya  layihəsi  kimi  nəzərdən  keçirilən  bu  sənəddə,  artıq  adət  kimi 
tanınmış  və  beynəlxalq  təcrübədə  geniş  istifadə  olunan  bir  sıra  mühüm 
normalar  öz  əksini  tapmışdır,  'fəsadüfı  deyildir  ki,  BMT  Beynəlxalq 
Məhkəməsi  öz  təcrübəsində 
(Qabçikovo-Nagimai’oş  işində
  (1997)) 
göstərilən sənədə birbaşa istinad etmişdir. 
Bcynəlxalq-hüquqi  məsuliyyət,  əsas  etibarilə,  beynəlxalq  adət 
normalarına  və  presedentlərə  əsaslanır.  Oksər  beynəlxalq  müqavilələrdə, 
onların pozulmasına görə hansı neqativ hüquqi nəticələrin ortaya çıxması 
göstərilmir.  Bununla  belə,  bir  sıra  müqavilələr  mövcuddur  ki,  onlarda 
beynəlxalq  hüquq  pozuntusu  törətmiş  dövlətin 
(delikvent  dövlətin)
 
məsuliyyət məsələləri bu və ya digər şəkildə öz həllini tapmışdır: Kosmik 
obyektlərin vurduğu zərərə görə beynəlxalq məsuliyyət haqqında 1972-ci il 
Konvensiyası; 
288 


insan  hüquqları  sahəsində  bəzi  müqavilələr  (məsələn,  Avropa  İnsan 
Hüquqlan Konvensiyası) və s. 
Beynəlxalq  məsuliyyət  institutu  beynəlxalq  hüququn  ümumi 
institutudur;  o,  beynəlxalq  hüququn  bütün  sahələrinə  «xidmət  edir», 
dövlətlərarası  münasibətlərin  bütün  sahələrində  hüquq  qaydasının 
qorunmasını təmin edir. 
2.
 
Beynolxalq-hüquqi məsuliyyətin əsasları 
«Məsuliyyətin əsası» anlayışı, adətən, iki mənada işlədilir: məsuliyyət 
nəyin əsasında və nəyə görə ortaya çıxır. Bundan irəli gələrək, məsuliyyətin 
hüquqi əsasını və faktik əsasını fərqləndirirlər. 
Beynəlxalq  məsuliyyətin  hüquqi  əsasları.  Dövlətin  beynəlxalq 
məsuliyyəti onun beynəlxalq-hüquqi öhdəliyinin pozulmasına görə ortaya 
çıxır.  Beynəlxalq  öhdəliklər  təkcə  beynəlxalq  hüququn  mənbələrindən 
deyil, habelə hüququ tətbiqetmə aktlarından (məsələn, BMT Təhlükəsizlik 
Şurasının 
qətnamələrindən, 
beynəlxalq 
məhkəmə 
orqanlarının 
qərarlarından və s.) və dövlətin birtərəfli aktlarından irəli gələ bilər. Deməli, 
beynəlxalq  məsuliyyətin  mənbəyi  anlayışı  beynəlxalq  hüququn  mənbəyi 
anlayışından  daha  genişdir.  Bu  mənada  beynəlxalq  məsuliyyətin  hüquqi 
əsası  kimi  beynəlxalq  hüquq  normasının  deyil,  beynəlxalq  öhdəliyin 
pozulmasından danışmaq lazımdır. 
Əlavə  edək  ki,  dövlətin  hər  hansı  əməlinin  beynəlxalq  hüquq 
pozuntusu  kimi  tövsif  edilməsi  yalnız  beynəlxalq  hüquq  əsasında  həyata 
keçirilir; bu əməlin dövlətdaxili hüquqa görə qanuni olması qətiyyən şərt 
deyildir. 
Beynəlxalq məsuliyyətin faktik əsası. Beynəlxalq məsuliyyətin yeganə 
faktik  əsası  beynəlxalq  hüquq  pozuntusudur  (BMT  Beynəlxalq  hüquq 
komissiyasının terminologiyasına görə,  - beynəlxalq hüquqa zidd əməldir 
(intemationally wrongful act)). Beynəlxalq hüquq pozuntusunun iki ünsürü 
vardır.  Beynəlxalq  hüquqa  zidd  əməllərə  görə  dövlətlərin  məsuliyyəti 
haqqında maddələr 
289 


Layihosinin  2-ci  maddosinə  osason,  beynolxalq  hüquq  pozuntusundan  o 
zaman  danışmaq  olar  ki,  bu  omol:  1)  dövlətin  özünə  aid  edilmiş  olsun 
(subyektiv  ünsür);  2)  dövlotin  beynəlxalq  öhdəliyini  pozmuş  olsun 
(obyektiv  ünsür).  Himi  odobiyyatda,  daxili  hüquqla  analogiya  osasmda, 
beynəlxalq hüquq pozuntusunun zərər və təqsir kimi əlamətləri də göstərilir. 
Zərərlə  bağlı  qeyd  etmək  lazımdır  ki,  bu  ünsür  hüquqa  zidd  davranış 
anlayışı  ilə  əhatə  olunduğundan  onun  beynəlxalq  hüquq  pozuntusunun 
zəruri komponentləri sırasına daxil edilməsi artıq hesab olunmalıdır. Digər 
tərəfdən, dövlətin hər hansı əməlinin beynəlxalq hüquq pozuntusu olması 
qərarına  gəlmək  üçün  həmin  dövlətin  müəyyən  beynəlxalq  öhdəliyinin 
pozulmuş  olduğunu  aşkara  çıxannaqla  kifayətlənmək  olar.  Məsələn,  öz 
ərazisində  əsas insan  hüquqlarını  pozan  dövlətin  bu əməlində  beynəlxalq 
hüquq  pozuntusu  faktını  müəyyən  etmək  üçün  bununla  hansı  dövlətə  və 
hansı  zərərin  vurulmasını  axtarmaq  lazım  deyildir.  Bu  halda  konkret 
müqavilə  müddəasının  və  ya  beynəlxalq  adət  nonnasının  pozulduğunu 
ortaya çıxarmaq kifayətdir. Təqsirə gəldikdə isə, 
0
, yalnız konkret normada 
göstərildiyi  halda (məsələn,  insan  hüquqlarının  müdafiəsi  sahəsindəki  bir 
sıra müddəalarda) beynəlxalq-hüquqi məsuliyyətin ilkin şərti kimi çıxış edə 
bilər.  Bütün  digər  hallarda,  dövlətin  hər  hansı  əməlini  beynəlxalq  hüquq 
pozuntusu  kimi  tövsif  etmək  üçün  təqsiri  müəyyən  etməyə  çalışmaq 
lüzumsuzdur.  İkinci  bir tərəfdən,  psixoloji  kateqoriya  olan təqsirin  dövlət 
anlayışına aid edilməsinin özü olduqca mübahisəlidir. Beləliklə, hər hansı 
bir əməli dövlətin beynəlxalq hüquq pozuntusu hesab etmək üçün iki şərtin 
olması zəruridir və eyni zamanda kifayətdir: 1) bu əməl dövlətin beynəlxalq 
öhdəliyinə ziddir və 2) əməl dövlətin özünə aiddir, onun «öz» əməlidir. 
Hər hansı əməlin bütövlükdə dövlətə aid edilməsi beynəlxalq hüquqda 
olduqca mühüm məsələdir. Dövlətin ərazisində baş verən və xarici dövlətin 
hüquq  və  qanuni  mənafelərinə  zərər  yetirən  hər  bir  əməl  heç  də  mütləq 
beynəlxalq  hüquq  pozuntusu  deyildir.  Və  yaxud:  dövlətə  mənsub  olan 
istənilən  fiziki  və  ya  hüquqi  şəxsin  xarici  dövlətin  ərazisində  törətmiş 
olduğu hüquqa zidd əməllər hər bir halda həmin dövlətin beynəlxalq hüquq 
pozuntusu  kimi  tövsif  edilə  bilməz.  Dövlət  daxili  qanunvericiliyində 
müəyyən etdiyi or 
290 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə