Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə96/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   114

Razılıq,
 
Əgər bir dövlət başqa bir dövlətin formal olaraq beynəlxalq 
hüquq pozuntusu hesab edilən əməlinə özü razılıq vermişsə, bu halda ikinci 
dövlətin  beynəlxalq  məsuliyyəti  istisna  edilir.  Məsələn,  məlumdur  ki, 
dövlətin  öz  qoşunlannı  xarici  dövlətin  ərazisinə  yeritməsi  beynəlxalq 
hüququn  ciddi  pozuntusu  kimi  nəzərdən  keçirilir.  Lakin  əgər  qoşunların 
yeridilməsi həmin xarici dövlətin xahişi və ya razılığı ilə həyata keçirilirsə
onda göstərilən əməlin beynəlxalq hüquqa zidd olması istisna edilir. Əlavə 
edək ki, dövlətin razılığı hüquqi cəhətdən etibarlı olmalıdır, yəni belə bir 
razılıq səhv, şantaj və ya güc tətbiqi nəticəsində verilməməlidir. 
Əks tədbirlərin
 
hüquqi təbiəti barədə aşağıda ətraflı bəhs ediləcəkdir. 
Fors-major və qabaqcadan görünə bilməyən hadisə.
 
Əgər dövlətin öz 
beynəlxalq  öhdəliyini  pozmasına  qarşısıalınmaz  qüvvə  («fors-major»)  vo 
ya qabaqcadan görünə bilməyən hadisə səbəb olubsa, həmin dövlət bu halda 
beynəlxalq məsuliyyət daşımayacaqdır. Məsələ burasındadır ki, fors-major 
halında (məsələn, zəlzələ, sel, yanğın və s.) dövlət başqa bir dövlətə vurulan 
zərərin qarşısını heç cür ala bilmir. Dövləti beynəlxalq məsuliyyətdən azad 
edən  əsas  kimi  fors-major  Dəniz  hüququ  üzrə  1982-ci  il  BMT 
Konvensiyasında  (98-ci  maddə).  Neftlə  çirklənmədən  dəyən  zərərə  görə 
mülki məsuliyyət haqqında 1992-ci il Beynəlxalq Konvensiyasında (111-ci 
maddə) nəzərdə tutulmuşdur. 
Fəlakət,
 
Bu  o  hallardır  ki,  dövləti  təmsil  edən  orqan  və  ya  şəxslər 
təbiət  qüvvələrinin  və  ya  qəzaların  təsiri  altında,  özlərinin  və  ya  onlara 
etibar  olunmuş  adamların  həyatını  xilas  etməyə  başqa  imkanları 
olmadığından,  həmin  dövlətin  beynəlxalq  öhdəliyini  pozmuş  olurlar. 
Fors-majordan  fərqli  olaraq,  fəlakət  halında,  faciəvi  nəticələrdən  yan 
qaçmaq  üçün  beynəlxalq  hüquq  norması  şüurlu  surətdə,  başa  düşülərək 
pozulur  (məsələn,  fəlakətə  uğrayan  gəminin  kapitanı  icazəsiz  xarici 
dövlətin  limanına  daxil  olur;  labüd  qəzadan  yan  qaçmaq  və  sərnişinlərin 
həyatını  xilas  etmək  üçün  təyyarənin  pilotu  icazəsiz  əcnəbi  dövlətin 
ərazisinə enməli olur və s.) Bütün bu hallarda beynəlxalq hüquq pozulsa da, 
dövlətin məsuliyyəti istisna olunur. 
294 


Son  zərurət.
 
Dövlol  son  zorurot  halına  aşağıdakı  şərtlər  daxilində 
istinad edə bilər: dövlətin fonnal hüquq pozuntusu sayılan əməli onun həyati 
marağının qorunması zərurətindən doğmalıdır; dövlətin bu marağı ciddi və 
labüd  təhlükəyə  məruz  qalmalıdır;  dövlətin  törətmiş  olduğu  əməl  bu 
marağın müdafiəsi üçün yeganə mümkün vasitə olmalıdır; törədilmiş əməl 
başqa dövlətə ciddi zərər yetirməməlidir. 
BMT  Beynəlxalq  Məhkəməsi  Qabçikovo-Nagimaroş 
(Slovaki- 
ya/Macarıstan)
 
işi  üzrə  1997-ci  ildə  çıxardığı  qərarında  son  zərurətin  nə 
olduğunu şərh edərkən məhz bu şərtləri sadalamışdır. 
Özünümüdafiə,
 
Əgər  dövlətin  törətdiyi  əməl  BMT  Nizamnaməsinin 
51-ci maddəsinə uyğun olaraq özünümüdafiə xarakteri daşıyırsa, bu əməlin 
beynəlxalq  hüquqa  zidd  olması  istisna  edilir.  Göstərilən  maddəyə  əsasən, 
silahlı  basqına  məruz  qalan  dövlətin  fərdi  və  ya  kollektiv  özünümüdafiə 
hüququ vardır və deməli, bu məqsədlə o, istənilən tədbirə, o cümlədən hərbi 
gücə əl ata bilər. 
5.
 
Beynəlxalq-hüquqi məsuliyyətin 
növləri və formaları 
Beynəlxalq-hüquqi  məsuliyyətin  iki  növü
 
vardır:  qeyri-maddi 
məsuliyyət
 
(bəzən buna siyasi məsuliyyət də deyirlər) və maddi məsuliyyət
 
Zərərin xarakteri ilə (mənəvi və ya maddi zərər) məsuliyyətin növü arasında 
qəti  uyğunluq  yoxdur;  belə  ki,  maddi  zərər  qeyri-maddi  məsuliyyət  də 
doğura bilər. Hər iki növ məsuliyyət müxtəlif formalarda
 
ifadə oluna bilər. 
Beynəlxalq  adət  hüququnda  tanınmış  və  BMT  Beynəlxalq  hüquq 
komissiyasının Layihəsində öz əksini tapmış bu formalar aşağıdakılardır: 
1)
 
restitusiya; 
2)
 
kompensasiya; 
3)
 
satisfaksiya; 
4)
 
təkrar  etməmə  təminatları
 
(analoji  hüquq  pozuntusunu  təkrar 
törətməmək barədə təminat vermə). 
295 


Kestitusiya
 
hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş 
vəziyyətin (status quo antc-nin) bərpa edilməsidir. Bu məsuliyyət formasına 
misal olaraq aşağıdakıları göstərmək olar: zəbt edilmiş ərazinin bütünlüklə 
azad edilməsi; qanunsuz ələ keçirilmiş əmlakın geri qaytarılması; qanunsuz 
həbs edilmiş və ya həbsdə saxlanılan şəxsin azad edilməsi və s. 
Kompensasiya
 
dövlətə  və  ya  beynəlxalq  hüququn  digər  subyektinə 
vurulmuş  maddi  (daha  doğrusu,  iqtisadi  baxımdan  qiymətləndirilə  bilən) 
zərərin pul formasında ödənilməsidir. 
Satisfaksiya
 
beynəlxalq  hüquq  pozuntusu  törətmiş  dövlətin 
qeyri-maddi məsuliyyətinin əsas fonnasıdır. Əksər hallarda o, qeyri-maddi 
(mənəvi)  zərərin  vurulması  ilə  əlaqədar,  yəni  digər  dövlətin  şərəf  və 
ləyaqətinə toxunan hüquqa zidd əməllərlə bağlı tətbiq olunur. Satisfaksiya 
aşağıdakı  formalarda  ifadə  olunur:  zə-  •rərçəkmiş  dövlətdən  rəsmi  üzr 
istənilməsi;  təəssüf  ifadə  olunması;  törədilmiş  əməlin  hüquqa  zidd 
olmasının  etiraf edilməsi;  təqsirli  şəxslərin  məsuliyyətə  eəlb  olunması  və 
cəzalandırılması və s. 
Təkrar etməmə təminatları
 
(guarantees of non-repetition) de- likvcnl 
dövlətin bu cür hüquq pozuntularına gələcəkdə bir daha yol vemıəyəcəyi 
barədə  öz üzərinə götürdüyü xüsusi öhdəlikdir. Bəzən beynəlxalq-hüquqi 
məsuliyyətin bu forması satisfaksiyanm bir növü kimi nəzərdən keçirilir. 
6.
 
Bcynolxalq-hüquqi mosulıyyətin 
həyata keçirilməsi 
Delikvent  dövlət  başqa  dövlətə  (dövlətlərə)  vurduğu  zərəri  könüllü 
ödəməklə, öz beynəlxalq-hüquqi məsuliyyətini həyata keçirmiş olur. Əgər 
o, hüquqa zidd əməlini davam etdirirsə və/və ya bu əməl nəticəsində dəymiş 
zərəri  ödəməkdən  boyun  qaçırırsa,  onda  onun  beynəlxalq  məsuliyyətini 
həyata  keçirmək  üçün  zərərçəkmiş  dövlət  (dövlətlər)  məcburiyyət 
vasitələrinə  -  əks  tədbirlərə  (sanksiyalara)  əl  atmaq  hüququ  qazanır.  Əks 
tədbirlər
 
(countcrmeasures) — hər hansı dövlətin beynəlxalq hüquqa zidd 
əməli müqabilində zərərçəkmiş dövlət (və ya sə 
296 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə