Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə93/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   114

haqqında  1971-ci  il  Konvensiyası;  Nüvə  materialının  fiziki  müdafiəsi 
haqqında  1980-ci  il  Konvensiyası;  Nüvə  qəzası  haqqında  operativ 
xəbərvermə haqqında 1986-cı il Konvensiyası; Nüvə qəzası zamanı və 
ya radiasiya qəza vəziyyətində kömək haqqında 1986-cı il Konvensiyası. 
8.
 
Heyvan və bitki aləminin mühafizəsi 
Flora və faunanın beynəlxalq-hüquqi mühafizəsi bir neçə istiqamətdə 
aparılır: 
a)
 
bütövlükdə  flora  və  faunanın  mühafizəsi  (məsələn, 
Fauna  və 
floranın  onların  təbii  vəziyyətində  qorunub  saxlanması  haqqında 
1933-cü  il  Konvensiyası;  Quşların  mühafizəsi  haqqında  1950-ci  il 
Beynəlxalq  Konvensiyası;  Bitkilərin  mühafizəsi  haqqında  1951-ci  il 
Beynəlxalq Konvensiyası); 
b)
 
balıqçılığın  və  dənizin  digər  canlı  ehtiyatlarının  ovunun  nizama 
salınması (məsələn, 
Balina  ovunun  nizama  salınmasına  dair  1946-cı  il 
Beynəlxalq Konvensiyası; Dunay sularında balıqçılıq haqqında 1958-ci 
il  Konvensiyası;  Antarktikanın  canlı  dəniz  ehtiyatlarının  mühafizəsi 
haqqında 1980-ci il Konvensiyası
 və s.);
 
c)
 
konkret  növlərin  mühafizəsi  (məsələn. 
Atlantik  suitilərinin 
mühafizəsi  haqqında  1972-ci  il  Konvensiyası;  Ağ  ayıların  qorunub 
saxlanması haqqında 1973-cü il Sazişi
 və s.);
 
ç) yox olmaqda olan və ya nadir növlərin qorunması (məsələn, 
Vəhşi 
fauna və floranın yox olmaq təhlükəsi altında olan növləri ilə beynəlxalq 
ticarət  haqqında  1973-cü  il  Konvensiyası;  Vəhşi  heyvanların  köçəri 
növlərinin mühafizəsi haqqında 1979-cu il Konvensiyası
 və s.).
 
284 


9. Ətraf mühitin müharibə dövründə qorunması 
Özündə  müharibə  dövründə  təbii  mühitin  qorunması  ilə  bağlı 
normalar  ehtiva  edən  bir  sıra  beynəlxalq-hüquqi  aktlar  mövcuddur. 
Onlardan 
Quru  müharibəsinin  qanun  və  adətləri  haqqında  1907-ci  il 
Haaqa  Konvensiyasını;  Müharibə  qurbanlarının  müdafiəsinə  dair 
1949-cu  il  Cenevrə  Konvensiyalarını;  Cenevrə  Konvensiyalarına  I 
Əlavə Protokolu; Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və 
ya  istənilən  digər  düşmən  məqsədlərlə  istifadə  olunmasının  qadağan 
edilməsi haqqında 1976-cı il Konvensiyasını, Hədsiz zərərli sayıla bilən 
və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin 
istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında 1980-ci 
il Konvensiyasını
 göstərmək olar.
 
Məsələn, / 
Əlavə Protokolun
 35-ci maddəsi ətraf mühitin mühafizəsi 
prinsipini təsbit edir və təbii mühitə genişmiqyaslı, uzunmüddətli və ciddi 
zərər yetirmək məqsədi güdən hərbi əməliyyatların aparılmasının metod və 
vasitələrini  qadağan  edir.  Ətraf  mühitin  hücum  obyektinə  çevrilməsi 
qadağan olunmuşdur. 
Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən 
digər  düşmən  məqsədlərlə  istifadə  olunmasının  qadağan  edilməsi 
haqqında  1976-cı  il  Konvensiyası
  iştirakçı  dövlətlərin  üzərinə  aşağıdakı 
əsas  öhdəlikləri  qoyur:  a)  Yerin  dinamika  və  strukturunu,  onun  canlı 
aləmini,  litosferi,  hidrosferi,  atmosferi  və  ya  kosmosu  qəsdən  dəyişikliyə 
uğradan  vasitələrin  hərbi  və  ya  istənilən  digər  düşmən  məqsədlərlə 
istifadəsinə yol verməmək; b) təbii mühiti dəyişikliyə uğradan vasitələrin 
hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə edilməsində digər 
dövlətlərə  və  ya  qurumlara  yardım  etməmək;  c)  təbii  mühiti  dəyişikliyə 
uğradan  vasitələrdən  yalnız  dinc  məqsədlər  üçün  istifadə  etmək;  ç)  bu 
Konvensiyaya  zidd  olan  hər  hansı  fəaliyyətin  qadağan  olunması  və 
qarşısının alınması istiqamətində istənilən qanuni tədbirləri görmək və s. 
Adi silah növləri haqqında 1980-ci il Konvensiyasına əlavə olunmuş 
Yandırıcı  silahların  tətbiqinə  qoyulan  qadağalar  və  məhdudiyyətlər 
haqqında  Protokolda  (III  Protokol)
  meşələrin  və  bitki  örtüyünün  digər 
növlərinin  yandırıcı  silahların  tətbiqi  ilə  hücum  obyektinə  çevrilməsi 
qadağan olunmuşdur. 
285 


10. Ətraf mühitin mühafizəsi 
sahəsində beynəlxalq təşkilatlar 
Ətraf  mühitin  mühafizəsi  sahəsində  beynəlxalq  əməkdaşlığın 
əlaqələndirilməsi,  əsas  etibarilə,  BMT  sistemində  -  həm  BMT  orqanları, 
həm də BMT-nin ixtisaslaşmış təsisatları çərçivəsində həyata keçirilir. 
Baş  Məclis
  yanında 
Atom  radiasiyasının  təsiri  üzrə  elmi  komitə, 
Kosmik  fəzanın  dinc  məqsədlərlə  istifadəsi  üzrə  komitə
  kimi  köməkçi 
orqanlar fəaliyyət göstərir.
 
EKOSOK
  təbiətin  qorunmasmın  beynəlxalq  məsələlərinə  dair 
tədqiqatlar apanr, məruzələr tərtib edir və bu məsələlər üzrə Baş Məclisə, 
BMT  üzvlərinə  və  müvafiq  ixtisaslaşmış  təsisatlara  tövsiyələr  verir. 
EKOSOK yanında 
Təbii ehtiyatlar üzrə komitə
 fəaliyyət göstərir. 
YUNESKO
  «İnsan  və  biosfer»  beynəlxalq  proqramı  işləyib 
hazırlamışdır  və  onun  yerinə  yetirilməsini  əlaqələndirir. 
Ümumdünya 
mədəni  və  təbii  irsin  mühafizəsi  haqqında  1972-ci  il  Konvensiyası 
bu 
təşkilat 
çərçivəsində 
işlənib 
hazırlanmışdır. 
YUNESKO-nun 
Hökumətlərarası okeanoqrafiya komissiyası
 dəniz mühitinin mühafizəsi 
ilə bağlı tədqiqatlar aparır və tövsiyələr hazırlayır. 
Ümumdünya  səhiyyə  təşkilatı
  atmosfer  havasının  çirklənməsi 
problemi  ilə  məşğul  olur  və  dövlətlərin  müvafiq  qanunvericiliyini  təhlil 
edir. 
Beynəlxalq dəniz təşkilatı
 dəniz mühitinin mühafizəsi məsələləri ilə 
məşğul olur, müvafiq konvensiyalar işləyib hazırlayır. 
Ərzaq  və  kənd  təsərrüfatı  təşkilatı
  torpaqlann,  meşələrin,  suların, 
flora və faunanın mühafizəsi məsələləri ilə məşğul olur və bununla bağlı 
müvafiq konvensiya layihələri hazırlayır. 
Beynəlxalq mülki aviasiya təşkilatı
  ətraf  mühitin  aviasiya  səsindən 
mühafizəsi ilə bağlı texniki-hüquqi qaydalar işləyib hazırlayır. 
Atom enerjisi üzrə beynəlxalq agentlik (MAQATE)
 insanın və ətraf 
mühitin radiasiyadan müdafiəsi proqramını həyata keçirir. 
Lakin  BMT  sistemində  başlıca  funksiyası  ətraf  mühitin  mühafizəsi 
sahəsində  beynəlxalq  əməkdaşlığı  əlaqələndirmək  olan  xüsusi  mexanizm 
mövcuddur: bu, 1972-ci ildə yaradılmış 
Ətraf mühit
 
286 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə