Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə98/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   114

XXIV
 
FƏSİL 
BEYNƏLXALQ MÜBAHİSƏLƏRİN 
NİZAMA SALINMASININ DİNC VASİTƏLƏRİ 
1.
 
Dinc vasitələrin anlayışı və sistemi 
Beynəlxalq  hüququn  əsas  prinsiplərindən  biri  olan  beynəlxalq 
mübahisələrin dinc yolla həll olunması prinsipinin normativ  məzmununu 
və  əhəmiyyətini  yuxarıda  biz  geniş  açıqlamışdıq.  Göstərmişdik  ki, 
aralarında  ortaya  çıxan  mübahisələri  nizamlamaq  üçün  dövlətlər  onların 
ixtiyarında  olan  dinc  vasitələrin  hər  hansı  birindən  istifadə  edə  bilərlər. 
Dinc  vasitələrin  tam  olmayan  siyahısı  BMT  Nizamnaməsinin  33-cü 
maddəsində  öz  əksini  tapmışdır:  danışıqlar,  müayinə,  vasitəçilik, 
barışdırma, arbitraj, məhkəmə araşdırması, regional orqan və ya sazişlərə 
müraciət.  Göstərilən  siyahıya  «xeyirxah  xidmətlər»  daxil  edilməmişdir; 
«müayinə»  termininin  əvəzinə  isə  hazırda  «araşdır-  ma»  («təhqiqat») 
işlədilir. 
Beynəlxalq  mübahisələrin  nizama  salınmasının  dinc  vasitələrini 
iki 
növə
 ayırmaq olar: 
1)
 
diplomatik vasitələr; 
2)
 
məhkəmə vasitələri. 
İkinci növə beynəlxalq arbitraj və Beynəlxalq məhkəmə daxildir; bu 
halda  beynəlxalq  mübahisələri  qərəzsiz  üçüncü  tərəf  beynəlxalq  hüququ 
əsas  götürməklə  həll  edir  və  onun  çıxardığı  qərar  mübahisənin  tərəfləri 
üçün məcburidir. Nəzərə almaq lazımdır ki, bütün dinc vasitələr çox zaman 
bir yerdə tətbiq olunur. 
300 


2.
 
Danışıqlar 
Beynəlxalq  mübahisələrin  dinc  yolla  həll  olunmasının  ən  sadə,  ən 
geniş yayılmış və ən çox üstünlük verilən vasitəsi birbaşa danışıqlardır. Çox 
zaman,  ortaya  çıxacaq  mübahisələrin  məhz  danışıqlar  vasitəsilə  nizama 
salınması dövlətlər tərəfindən razılaşdırılır və müvafiq olaraq ikitərəfli və 
ya çoxtərəfli müqavilələrdə təsbit edilir. 
Danışıqlar  mübahisələrin  nizama  salınmasının  başlıca  diplomatik 
vasitəsi sayılır. Bu halda mübahisonin tərəflərinin siyasi, iqtisadi və sosial 
mülahizələri  ön  plana  çəkilir.  Doğrudur,  birbaşa  danışıqlarda  beynəlxalq 
hüquq da əhəmiyyətli rol oynayır. 
Bəzi müqavilələrdə nəzərdə tutulur ki, mübahisənin tərəfləri arasında 
birbaşa danışıqlar bir nəticə verməsə, tərəflərdən biri mübahisəni BMT-nin 
Beynəlxalq Məhkəməsinə və ya arbitraj məhkəməsinə verə bilər. Tərəflərin 
mübahisonin  həllini  üçüncü  tərəfə  etibar  etmək  istəməməsi  danışıqlardan 
daha səmərəli istifadə olunmasını şərtləndirir. 
Birbaşa danışıqlara başlamış dövlət bu danışıqları vicdanla aparmağa 
borcludur. 
3.
 
Xeyirxah xidmətlər və vasitəçilik 
Xeyirxah xidmətlər və vasitəçilik çox zaman danışıqlarla bir zamanda 
tətbiq olunan vasitədir. Xeyirxah xidmətlər, əsasən, tərəflər arasında birbaşa 
danışıqları  təmin  edir  və  onun  başlanması  üçün  imkan  açır.  Xeyirxah 
xidmətlər və vasitəçilik təklif edən şəxs və ya dövlətə mübahisənin hər iki 
tərəfinin  etibarı  olur.  Vasitəçi  mübahisənin  hər  iki  tərəfinin  bəyəndiyi  və 
danışıqlarda  bilavasitə  iştirak  edən  şəxsdir.  Onun  əsas  vəzifəsi  ondan 
ibarətdir ki, mübahisənin nizama salınmasının şərtlərini tərəflərə təklif edir 
və  bir-  birinə  zidd  iki  mövqe  arasında  kompromisə  nail  olunmasına  səy 
göstərir. Son illərdə, BMT-nin Baş Katibi müxtəlif situasiyalarda 
301 


öz  xeyirxah  xidmotlorini  toklif  etmişdir  vo  bəzi  hallarda  bu  missiyanı 
davam etdirərək vasitəçi kimi də çıxış etmişdir. Misal üçün, SSRİ, Pakistan 
və  Əfqanıstan  arasında  mübahisənin  nizama  salınmasını  göstənnək  olar. 
Keçmiş Yuqoslaviya ərazisindəki münaqişələrlə bağlı Avropa İttifaqının və 
Birləşmiş  Millətlər  Təşkilatının  «sülh  elçiləri»  də  eyni  missiyanı  yerinə 
yetirmişlər. 
4.
 
Araşdırma (təhqiqat) 
Araşdımıa komissiyalarından dövlətlər arasındakı mübahisənin faktik 
əsasını müəyyən elmək üçün istifadə olunur. Bu zaman mübahisənin tərəfi 
olan dövlətlər məsələni qərəzsiz quruma vermək haqqında razılığa gəlirlər
bu qurumun vəzifəsi zəruri faktların obyektiv müəyyən edilməsindən ibarət 
olur.  Bundan  sonra  isə  tərəflər  bu  faktların  əsasında  mübahisəni 
nizamlamaq  barədə  danışıqlara  başlayırlar.  Qeyd  etmək  lazımdır  ki, 
mübahisənin  tərəfləri  araşdırma  komissiyalarının  ortaya  çıxardığı 
notieələrlə  bağlı  deyillər. Möveud  beynəlxalq  hüquq  sistemində  faktların 
müəyyən  edilməsi  üzrə  məcburi  mexanizmlərin  olmadığı  bir  şəraitdə 
araşdırma komissiyalarının rolu çox böyükdür. 
5.
 
Barışdırma 
Barışdırma beynəlxalq mübahisələrinin həllinin elə bir vasitəsidir ki, 
bu  zaman  mübahisə  üçüncü  tərəfə  -  vəzifəsi  mübahisənin  nizamlanması 
üçün təkliflər vennək və məruzə təqdim etməkdən ibarət olan komissiya və 
ya komitəyə verilir. Barışdırma komissiyaları araşdımıa komissiyalarından 
onunla  fərqlənir  ki,  ikincilərin  vəzifəsinə  konkret  təkliflər  vcmıək  daxil 
deyildir. Bu mənada barışdırma arbitraja yaxındır. Lakin onların arasında 
çox  mühüm  bir  fərq  mövcuddur.  Bir  qayda  olaraq,  barışdımıa 
komissiyalarının  məmzələri  tərəflər  üçün  hüquqi  cəhətdən  məcburi 
deyildir. Barış- 
302 


dırma komissiyasının məruzəsi və təklif eldiyi nizamlama variantı gələcək 
danışıqlar üçün əsas rolunu oynaya bilər. Barışdırma bu baxımdan araşdmna 
ilə arbitraj arasında orta mövqe tutur. 
Barışdırma  komissiyaları 
Mübahisələrin  dinc  yolla  nizamlanması 
haqqında  1899-cu  və  1907-ci  il  Haaqa  Kovensiyalan
  ilə  vo 
Mübahisələrin dinc yolla nizamlanması haqqında 1928-ci il Ümumi aktı
 
ilə  müəyyən  edilmişdir.  Misal  kimi,  dəniz  sularının  dclimitasi-  yası  üzrə 
Yan  Meyen  Barışdınna Komissiyasını  (İslandiya/Norveç)  göstərmək  olar. 
Dəniz  hüququ  üzrə  1982-ci  il  BM'f  Konvensiyasında  müvafiq 
mübahisələrin  nizamlanması  proseduru  kimi  barışdırma  komissiyalan 
nəzərdə tutulmuşdur. 
6.
 
BMT çərçivəsində mübahisələrin 
nizama salınması 
Birləşmiş  Millətlər  Təşkilatı  sistemində  beynəlxalq  mübahisələrin 
nizama salınması üçün müxtəlif mexanizm və prosedurlar mövcuddur. Biz 
yuxanda  BMT-nin  Baş  Katibinin  «xeyirxah  xid-  mətlərindən»  bəhs  etdik. 
Aşağıda  geniş  şərh  olunacaq  BM'f  Beynəlxalq  Məhkəməsi  də  bu 
mexanizmlər sırasındadır. 
BMT-nin  Baş  Məclisi  beynəlxalq  mübahisələrin  nizama  salınması 
istiqamətində tövsiyələr etməklə bağlı geniş səlahiyyətlərə malikdir. Sülhə 
təhlükə  və  ya  sülhün  pozulması  hallannda  Təhlükəsizlik  Şurasının  öncül 
mövqeyini  nəzərə  almaqla,  Baş  Məclis,  «mənşəyindən  asılı  olmayaraq, 
ümumi əmin-amanlığı və millətlər arasındakı dostluq münasibətlərini poza 
bilən hər hansı situasiyanın dinc yolla nizamlanması üçün tədbirlər tövsiyə 
edə bilər». 
Baş  Məclisin  əksər  qətnamələri  kimi,  bu  cür  tövsiyələr  də  hüquqi 
cəhətdən məcburi deyildir. Ona görə də Baş Məclis tərəflərə mübahisənin 
hər hansı həllini zorla qəbul etdirə bilməz. Baş Məclis siyasi orqan olduğuna 
görə, hər hansı situasiya və ya mübahisə ilə bağlı aparılan müzakirələrdə vo 
təklif olunan tədbirlərdə beynəlxalq hüquq yox, siyasi mülahizələr əsas rol 
oynayır. 
303 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə