136
məcburi dövlət tədbirlərindən istifadə yolu ilə həyata keçirilir. Məcburi dövlət
tədbirləri fiziki və hüquqi
şəxslərin qayda pozmalara görə onların hüquqlarının məhdudlaşdırılması, müəyyən olunmuş vəzifələrin
məcburi yerinə yetirilməsinə nail olmaq deməkdir.
Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti dövlət fəaliyyətinin bir sahəsi olub, gömrük hüquq
münasibətləri sferasında dövlətin daxili və xarici funksiyalarını yerinə yetirərkən ortaya çıxır.
Bu fəaliyyətin məqsədi göirük işi sahəsində dövlət, inzibati, gömrük mülki və digər hüquq sahələrinin
normalarının tətbiqi, icrası, istifadəsi və onlara riayət olunmasıdır.
Gömrük orqanlarının həyata keçirdiyi funksiyalar barədə əvvəlki mövzularda geniş məlumat vermişdik.
GM-in 10-cu maddəsində göstərilən 1, 2, 3, 4, 5, 7 və 9 bəndləri məhz gömrük orqanlarının hüquq-mühafizə
orqanları funsiyalarını yerinə yetirməsinin hüquqi bazası sayılır.
Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti müxtəlif formalarda həyata keçirilir:
1) inzibati - hüquqi;
2) inzibati- prosessual;
3) cinayət - hüquqi;
4) cinayət - prosessual;
5) əməliyyat - axtarış və s.
16.1.2. Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin inzibati-hüquqi və inzibati prosessual
formaları
Gömrük qaydalarının pozulması şəxsin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində
qoyulmuş aşağıdakı qaydaların pozulmasıdır:
1) mal və nəqliyyat vasitələrinin gömrük sərhədini (gömrük rejimərinin tətbiqi də daxil olmaqla)
keçməsi ilə bağlı pozuntular;
2) onlara gömrük nəzarəti ilə əlaqədar;
3) bu mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı;
4) gömrük ödənişlərinin qoyulması və ödənilməsi ilə əlaqədar;
5) gömrük güzəştlərinin verilməsi və onlardan istifadə ilə bağlı pozuntular.
Hüquq pozuntularının əlamətləri olan - subyektlər, obyektlər və sübyektiv tərəflər bütünlükdə gömrük
qaydalarının pozulmasının tərkibi sayılır.
DGK gömrük orqanlarının normal fəaliyyətinə mane olan inzibati xətalar da daxil olmaqla, gömrük
qaydalarının pozulması hallarına qarşı mübarizə aparır. Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin
inzibati-hüquq formaları əvvəllər 1997-ci ildə qəbul olunmuş Gömrük Məcəlləsinin müddəaları əsasında həyata
keçirilirdi.
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi” (“Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunub: 11 iyul 2000-ci il, N 906-1 Q; dərc olunub: 30
avqust 2000-ci il)
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə Azərbaycan Respublikası prezidenti H.Ə. Əliyevin 29 avqust 2000-ci il tarixli 389 saylı
Fərmanı ilə 1 sentyabr 2000-ci ildən qüvvəyə minmişdir. Həmin fərmanın 2-ci bəndində yazılmışdır:
Müəyyən
edilsin ki, həmin Məcəllənin 258-ci, 260-cı, 261.2-ci, 263-cü, 264-cü, 265.0.1-ci, 265.0.3-265.0.5-ci, 266-cı
maddəsinin adında; 266.1-266.3-cü, 267-ci, 268-ci, 269-cu, 272-ci, 273-cü, 275-ci, 276-cı, 277-ci, 282.2-ci,
287-ci, 288-ci, 291-ci, 292-ci və 326-cı maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur.
Göstərilən Fərmanın 3-cü bəndində isə Dövlət Gömrük Komitəsinin maddələr üzrə səlahiyyətləri
verilmişdir:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357.0.3-cü maddəsinə müvafiq
olaraq müəyyən edilsin ki, həmin Məcəllənin 258-291-ci, 293-295-ci və 326 maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır.
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və
bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericlik
aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında 30 dekabr 2003-cü ildə qəbul olunmuş (dərci 15 fevral
2004-cü il) Azərbaycan Respublikasının Qanununa görə, “Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli
311-İQ nömrəli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 6, maddə 447; 1999-cu il, N 10, maddə 570; 2001-ci il, N
11, maddələr 676, 686, 695, N 12 maddə 736; 2002-ci il, N 1, maddə 4, N 8, maddə 463; 2003-cü il, N 1,
maddələr, 3, 16, 23) aşağıdakı dəyişikliklər edilmişdir: 1. X bölmə çıxarılsın; 2. 60-cı fəsil çıxarılsın.
Bütün bu dəyişilikləri və əlavələri sizlərin diqqətinə çatdırmaqda əsas məqsədimiz hal-hazırda inzibati
hüquqpozmalar barədə qüvvədə olan qanunvericilik aktları ilə tanış etməkdir.
137
“İnzibati Xətalar Məcəlləsi”nin XXI fəsli “Gömrük qaydaları əleyhinə olan inzibati xətalar” adlanır.
Gəlin əvvəlcə
“inzibati xəta” anlayışının nə demək olduğunu öyrənək.
“İnzibati Xətalar Məcəlləsi”
ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə
səbəb olan əməl inzibati xəta adlanır. Gördüyümüz kimi qəsdən və ya ehtiyatsızlıq üzündən törədilməsindən
asılı olmayaraq hər bir hərəkət və hərəkətsizlik inzibati məsuliyyətə səbəb olursa inzibati xəta hesab olunur.
Xəta - real gerçəklik faktıdır. Qanunvericilik xətanın əlamətlərini yaratmır, lakin onlardan daha
mühüm və fərqli olanlarını seçir; seçilmişləri hüquqi çərçivə halına salır, məntiqi hüquq norması tərkibində
təsbit edir və məcburi normaya çevirir. Onda təsbit edilmiş əlamətlər xətanın təsvir edilməsi üçün zəruri və kafi
əsas olur. Real əməl yalnız o zaman xəta hesab edilir ki, o, qanunda sadalanmış bütün əlamətlərə malik olsun,
həmin əməllərdən hətta birinin belə mövcud olmaması bütövlükdə əməlin tərkibinin mövcud olmaması
deməkdir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 23-cü maddəsində aşağıdakı inzibati
tənbehlər nəzərdə tutulmuşdur:
1) xəbərdarlıq;
2) inzibati cərimə;
3) əmlakın əvəzi ödənilməklə götürülməsi;
4) əmlakın müsadirə edilməsi;
5) xüsusi hüququn məhdudlaşdırılması;
6) Respublika hüdudlarından kənara inzibati qaydada çıxartma;
7) inzibati həbs.
16.1.3. Gömrük qaydalarının pozulması haqqında işlərin icraatı və onlara baxılmasının
mərhələləri
Gömrük qaydalarının pozulması işlərinin icraatı və onlara baxılma qaydaları bir neçə mərhələdən keçsə
də, bu iş üzrə inzibati icraatın sərbəst prosessual hissəsi olaraq bir-biri ilə çox bağlıdır və özünə məxsus
prosessual funksiyaları, məqsəd və tapşırıqları vardır.
Gömrük qaydalarının pozulması haqqında iş üzrə inzibati proses aşağıdakı mərhələlərdən ibarətdir:
1) işin başlanması və onun inzibati istintaqı;
2) işə baxılma və gömrük qaydalarının pozulması işi üzrə qərarın çıxarılması;
3) gömrük qaydalarının pozulması haqqında iş üzrə şikayətvermə, protest və qərara yenidən
baxma;
4) gömrük qaydalarının pozulması üzrə Azərbaycan Respublikası gömrük orqanlarının qoyduğu
məsuliyyətin icrası.
16.1.4. İşə baxılma və gömrük qaydalarının pozulması haqqında iş üzrə qərarın çıxarılması
mərhələsi
Bu mərhələ gömrük qaydalarının pozulması haqqında işin mərkəzi mərhələsi olub, məhz burada
hüquqpozma faktı mahiyyət
etibarilə təsdiqlənir, inzibati istintaqın aparılması keyfiyyəti qiymətləndirilir,
inzibati proses iştirakçılarının hüquq və azadlıqları qorunmaqla protokol tərtibinin və digər prosessual
hərəkətlərin əsaslılığı və qanuni olması yoxlanılır. İşin icraatı zamanı aparılan istintaq nəticəsində fiziki şəxslərə
və ya vəzifəli şəxslərə, törətdiyi hüquq pozuntusuna görə, inzibati cəza tədbiri kimi dövlət adından qərar
çıxarılır.
Gömrük qaydalarının pozulması haqqında iş üzrə qərarın çıxarılması mərhələsində, bütün tərəflər öz
maraq və müdafiələrini təmin etmək üçün geniş prosessual hüquqlara malikdirlər.
Bu mərhələdə aşağıdakılarla əlaqədar vacib prosessual məsələlər həll olunur:
1) işə baxılmanın hazırlığı ilə;
2) işin dinlənilməsi və baxılması ilə;
3) gömrük qaydalarının pozulması işi üzrə qərarın qəbul edilməsi ilə;
4) Azərbaycan Respublikası gömrük orqanları tərəfindən mal və nəqliyyat vasitələrinin
götürülməsi üçün verilən cəzanın icrası ilə bağlı.
İşə baxılmanın hazırlıq mərhələsində, gömrük qaydalarının pozulması üzrə işə baxılması üçün, müvafiq
gömrük orqanının səlahiyyətinə bu işin aid olub-olmaması müəyyənləşdirilir.
Gömrük qaydalarının pozulması üzrə işin icraatı zamanı, fiziki şəxslərin məsuliyyətə cəlb edilməsi
Azərbaycan Respublikası gömrük orqanları tərəfindən həyata keçirilir. Belə orqanlar gömrük postu və ya
gömrükxana ola bilər.
Gömrük qaydalarının pozulması ilə əlaqədar vəzifəli şəxslərin, həmçinin müəssisə, idarə və təşkilatların,
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunması işinə
Azərbaycan Respublikası gömrükxanaları tərəfindən baxıla bilər.