134
ya Respublika Dövlət Gömrük Komitəsinə məlumat verir. Akta ilkin yoxlama materialları ilə yanaşı təftişdə
aşkar edilmiş nöqsanlarda bilavasitə təqsiri olan vəzifəli şəxslərin izahatı da əlavə edilir.
Aktın bir nüsxəsi təftiş olunan gömrük orqanının rəhbərinə təqdim edilir
və bu barədə aktda qeyd
aparılır.
Təftiş edilən ayrı-ayrı sahələrin təftişi üzrə (kassanın, maddi qiymətlilərin və əsas fondların
inventarlaşdırılması) ayrıca akt tərtib edilir, təftiş qrupunun üzvləri tərəfindən imzalanır və əsas akta əlavə
olunur. Ayrıca tərtib olunan aktın bir nüsxəsi aktı imzalayan vəzifəli şəxsə verilir.
Təftiş aktının tərtibi zamanı obyektivlik, aydınlıq, lakoniklik, aşkar edilmiş fakt və məlumatların
dəqiqliyi təmin edilməlidir.
135
Mövzu 16.
Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti
16.1. Gömrük orqanlarının inzibati-hüquqi və inzibati-prosessual fəaliyyəti
16.1.1. Hüquq-mühafizə fəaliyyəti anlayışı
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 7-ci maddəsiniə görə “Azərbaycan Respublikasında
gömrük işi hüquq-mühafizə orqanları olub, vahid sistem təşkil edən gömrük orqanları tərəfindən həyata
keçirilir”. Bəs gömrük orqanları nə üçün hüquq-mühafizə orqanı sayılmalıdır?
Birincisi, gömrük orqanları icraedici və sərəncamverici orqan kimi, yüksək dövlət orqanlarının
(Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan
Respublikasının Nazirlər Kabineti) qərarlarını icra etmək üçün, gömrük işi ilə əlaqədar
normativ aktlar vermək
hüququna malikdir. Bu normativ aktlar mallar və nəqliyyat vasitələrinin, habelə vətəndaşların gömrük sərhədini
keçməsi ilə əlaqədar verilir ki, bu da gömrük orqanlarının inzibati-hüquqi fəaliyyətdə iştirakı deməkdir.
İkincisi, malların keçirilməsi ilə əlaqədar, gömrük orqanlarının vəzifəli şəxsləri
ilə xarici iqtisadi
fəaliyyətin iştirakçıları arasındakı gömrük, inzibati, cinayət, dövlət, beynəlxalq, maliyyə, mülki və sair
sahələrdəki hüquqi münasibətlərin tənzimlənmiş normalarla qorunması, gömrük orqanlarının inzibati-
prosessual, cinayət-hüquqi və cinayət-prosessual kimi hüquq-mühafizə formalarından
istifadə etmək
səlahiyyətinin olması, onun hüquq-mühafizə orqanı sayılmasını zəruri edir.
Gömrük işi sahəsində XİF iştirakçıları ilə gömrük işçiləri arasındakı münasibətləri tənzimləyən yüzlərlə
normativ aktlar vardır ki, bunlar da dövlət idarəetmə mexanizminin bir hissəsi sayılır. Gömrük orqanları ilə XİF
iştirakçıları arasındakı münasibətlər, həddən çox mürəkkəb xarakter daşıması ilə yanaşı, beynəlxalq, dövlət,
inzibati, təsərrüfat, mülki, əmək, maliyyə, torpaq (yer), nəqliyyat, dəniz, hava, cinayət,
cinayət-prosessual, hərbi
və sair hüquq sahələrinin tənzimlənmə sferalarına da aiddir.
Azərbaycan Respublikası Konstitusiyasına görə hamı qanun qarşısında bərabər cavabdehlik daşıyır və
onun hüquqi normalarına riayət etməlidir. Bildiyimiz kimi, ictimai münasibətlərin tənzimlənməsi üçün dövlət
tərəfindən qoyulmuş və ya sanksiyalaşdırılmış elə dövlət tərəfindən də qorunan məcburi intizam qaydaları
hüquqi norma adlanır.
Hüquqi normalar, hüquqi subyektlər arasında səmərəli münasibətləri saxlayır, dövlət və cəmiyyətin,
habelə vətəndaşların hüquqi maraqlarını müəyyən edir və qoruyur. Hər bir hüquqi normanın
məntiqi və faktiki
(real) strukturu vardır.
Hüquqi normanın məntiqi strukturunu
hipoteza, dispozisiya və sanksiya yaradır.
Hipoteza normanın birinci hissəsi olub verilmiş normanın faktiki tətbiqi şəraitini təyin edir.
Dispozisiyada hüquq münasibəti iştirakçılarının hüquq və vəzifələrinin, intizam qaydalarının özü
formalaşdırılır.
Sanksiyada isə hüquq normalarını pozan şəxslər üçün cəza tədbirlərinin neqativ nəticələri göstərilir.
Hüquqi normanın real (faktiki) strukturu isə iki hissədən ibarətdir:
1) hipoteza (həmişə birinci hissə) və dispozisiya (tənzimləyici normanın ikinci hissəsi)
2) hipoteza və sanksiya (hüquq-mühafizə normalarının ikinci hissəsi)
Hüquq normasının məntiqi strukturu dövlətə imkan verir ki, hüquq-mühafizə normaları ilə tənzimləyici
normalara riayət olunmasını təmin etsin.
Xarici iqtisadi fəaliyyətin tənzimlənməsində iştirak edən gömrük orqanları,
hər şeydən öncə Azərbaycan
və digər ölkələr arasında mal və xidmətlərin optimal hərəkətini həyata keçirir, iqtisadi, maliyyə, siyasi, sosial və
digər məsələlərin həllini təmin edir. Bununla da gömrük orqanları Azərbaycan Respublikası GM-də “Gömrük
tarifi haqqında” Azərbaycan Respublikası qanununda, digər qanunlarda və qanun gücündə olan fərman,
sərəncam və qərarlarda nəzərdə tutulmuş funksiyaları həyata keçirir.
Onlar təşkilati, dövlət idarəetmə, qaydalara
nəzarət, hüquqi normalardan istifadə, onun icrası və tətbiqi, qanunvericilikdə nəzərdə tutulmuş digər
funksiyaları yerinə yetirirlər.
Lakin bütün hallarda, XİF iştirakçıları heç də həmişə hüquqi normaların yerinə yetirilməsinə çalışmırlar.
Müəyyən qrup şəxslər bilərəkdən və ya bilməyərəkdən bu normaları pozurlar ki, dövlət orqanları (prokurorluq,
məhkəmə, DİN, MTN,
Vergilər Nazirliyi, gömrük orqanları) lazımi tədbirlər görməyə məcbur olur və onların
üzərinə qoyulmuş mühafizə funksiyasını yerinə yetirərək, bu hüquqpozmaların qarşısını alırlar.
Gömrük işi sahəsində mühafizə dövlət, cəmiyyət və şəxsiyyət üçün təhlükəli münasibətlərin qarşısını
almaq, onları aradan qaldırmaq, XİF iştirakçıları və gömrük orqanının vəzifəli şəxslərinin qeyri-qanuni və
arzuolunmaz hərəkətlərinin qarşısının alınması üçün müdafiədə öz əksini tapır. Gömrük orqanlarının bu
fəaliyyət sahəsi, qanuna zidd hərəkət və ya hərəkətsizlik edilməsinə qoyulmuş qadağalar, bu qadağaların
pozulmasına görə sanksiyalar və bu sanksiyaların gömrük orqanları tərəfindən icra olunmasını əhatə edir.
Beləliklə, hüquqi normaların mühafizə funksiyası müxtəlif üsullarla, o cümlədən hüquqi normanı pozanlara