Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə70/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   80

144 
 
2) hazırlanacaq və ya baş vermiş  qəsdlər barədə faktlar və  əlamətlər, habelə bu cinayətlərin 
ziyanlı  nəticələrini aradan qaldırmaq istiqamətində  məlumatlar (aşkarlamaq və  xəbərdarlıq etmək) 
toplamaq;  
3) baş vermiş cinayət, onun açılması  və müqəssirin məsuliyyətə  cəlb olunması üçün konkret 
faktiki məlumatlar (ehtiyat tədbiri görmək) əldə etmək. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə məxfi 
əməkdaşlıq etmiş  və edən  şəxslər barədə  məlumatlar yalnız həmin  şəxslərin yazılı razılığı ilə  və ya 
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş 
hallarda aşkarlana bilər.  
Alınmış  məlumatların yenidən yoxlanması,  əlavə  məlumatların alınması  və  dəqiqləşdirilməsi məqsədi 
ilə xüsusi texniki qurğular və kriminalistik vasitələrdən istifadə olunur. Əldə olunmuş məlumatlar işlənir, analiz 
edilir və cinayət mexanizminin açılması prosesində, habelə cinayətin konkret iştirakçılarının axtarılmasında 
istifadə olunur.  
Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikası gömrük orqanları  əməliyyat-axtarış 
tədbirlərinin həyata keçirilməsi zamanı informasiya sistemlərindən, video və  səsyazmadan, kino və 
fotoçəkilişlərdən, həmçinin vətəndaşların həyat və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər texniki və 
başqa vasitələrdən istifadə edə bilər.  
Əməliyyat-axtarış  fəaliyyəti daha çox kəşfiyyat-axtarış  və “nişangah”-axtarış  fəaliyyətlərinin birgə 
həyata keçirilməsinə  əsaslanır. Ona görə  də, hüquqi cəhətdən gömrük orqanının  əməliyyat bölmələrinin 
əməkdaşları, təhqiqatçı-müstəntiqlərdən prinsipial cəhətdən fərqlənirlər. Belə ki, əgər təhqiqatçı  və müstəntiq 
cinayətlə bağlı rəsmi dövlətin adından açıq şəkildə hərəkət edirlərsə, əməliyyat işçiləri, bir qayda olaraq, lazımi 
məlumatları  əldə etmək üçün obyekt qarşısında öz məqsədlərini gizlədərək fəaliyyət göstərir. Ona görə  də, 
əməliyyat işçiləri və onların obyektləri arasındakı münasibətlər qeyri-rəsmi və qeyri-hüquqi hesab olunur. Çünki 
əməliyyat işçilərinin məqsədi və hərəkətləri məxfi üsullarla həyata keçirilir.  
Əməliyyat yolu ilə əldə olunmuş məlumatlar əməliyyat sənədlərində qeydə alınır, əməliyyat məqsədləri 
üçün istifadə olunur və əksər hallarda prosessual qaydada rəsmiləşdirilmir.  
Qanunvericiliyə uyğun qaydada təqsiri sübuta yetirilməyən  şəxs haqqında  əməliyyat-axtarış  tədbirləri 
nəticəsində  əldə edilmiş materiallar bir il müddətində saxlanılır, sonra isə  məhv edilir (“Əməliyyat-axtarış 
fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu, 15-ci maddə V hissə). 
 
16.3.2. Gömrük orqanlarının əməliyyat bölmələrinin əməliyyat-axtarış fəaliyyətinin istiqamətləri  
Müasir mərhələdə gömrük işi sahəsində  əməliyyat-axtarış üsulunun tətbiqi və  təşkilatlanma 
mexanizminin formalaşması prosesi çox ağrılı keçir. Bu gömrük orqanlarına qarşı keçmiş sovet 
münasibətlərinin hələ də aradan qaldırıla bilməməsi ilə bağlıdır. Hələ də gömrük orqanlarını, hüquq-mühafizə 
orqanı kimi çox “qısqanclıqla” qəbul edirlər.  
Lakin bu çətinliklərə baxmayaraq, Azərbaycan Respublikası gömrük orqanları, gömrük xidmətinin 
inkişaf etdirilməsinin real tələblərinə cavab vermək üçün əməliyyat-axtarış fəaliyyətini aşağıdakı istiqamətlərdə 
aparırlar:  
1) gömrük orqanlarının  şəxsi təhlükəsizliyini təmin etmək üçün aparılan  əməliyyat-axtarış 
fəaliyyəti;  
2) gömrük işi sahəsində qaçaqmalçılıq və digər cinayətlərlə mübarizə  məqsədi ilə aparılan 
əməliyyat-axtarış fəaliyyəti.  
Gömrük orqanlarının  əməliyyat-axtarış  fəaliyyəti ilə Azərbaycan Respublikası Dövlət Gömrük 
Komitəsinin və Naxçıvan MR Gömrük Komitəsinin müvafiq idarələri məşğul olur.  
Gömrük orqanlarında şəxsi təhlükəsizliyi qoruyan bölmə aşağıdakı funksiyaları yerinə yetirməlidir:  
a) gömrük işi qaydaları və onların həyata keçirilməsinə qarşı cəhdləri zərərsizləşdirmək;  
b) gömrük işi aparılan yerlərə cinayətkar fikirlər daşıyan və ya cinayətkarların əlaltılarının daxil 
olmasının (daxil olmağa cəhd göstərilməsinin) qarşısını almaq;  
v) gömrük orqanı  işçilərinin və onların ailə üzvlərinin, həmçinin  əməliyyat-axtarış  fəaliyyətində 
iştirak edən vətəndaşların təhlükəsizliyinə qəsd hərəkətlərinin qarşısını almaq;  
q) informasiya təhlükəsizliyini təmin etmək və  məlum dərəcədə qorunan məxfi məlumatların 
ötürülməsinə qarşı mübarizə aparmaq;  
d) digər hüquq-mühafizə orqanlarının  əməliyyat bölmələri ilə qarşılıqlı  əməkdaşlıq və 
koordinasiya təşkil etmək və həyata keçirmək (şəxsi təhlükəsizlik maraqlarını təmin etmək üçün).  
Əməliyyat bölməsinin  əməkdaşları  şəxsi təhlükəsizliyi təmin etmək üçün, ayrı-ayrı gömrük orqanı 
işçilərinin vəzifədən sui-istifadə  məqsədlərinin qarşısını alır və onlara xəbərdarlıq edilir. Əgər gömrük 
orqanında çalışan şəxs, yenə də öz əməlindən əl çəkməzsə, onun gömrük orqanlarından kənarlaşdırılması üçün 
rəhbərliyinə yazılı müraciət edir.  


145 
 
Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə, gömrük orqanı  işçilərinin həyatı  və sağlamlığı 
üçün təhlükə törənəndə xüsusi vasitələr (əl qandalları, rezin dəyənəklər, gözyaşardıcı maddələr və s.) və odlu 
silah tətbiq olunmasına icazə verilir.  
Gömrük pozuntuları ilə mübarizə üzrə bölmələr gömrük işi sahəsində qanunun pozulmasına edilən 
cəhdlərdən vaxtında xəbər tutmaq, onları  aşkar edib, qarşısını almağa xidmət edirlər. Bunun üçün hərtərəfli 
informasiya axını təşkil etmək tələb olunur. Bu məlumat toplanıb analiz olunmalı, qaçaqmalçılıq və baş verəcək 
digər cinayətlərin hazırlanmasından xəbər verən informasiyalar bir daha yoxlanmalı  və cinayətin vaxtında 
qarşısının alınması üçün adekvat tədbirlər hazırlanmalıdır.  
 
Mövzu 17. Gömrük orqanlarında idarəetmənin əsasları  
 
17.1. İdarəetmə anlayışı  
 
Ayrı-ayrı icraçılar və ya insanlar qrupu şəklində insan amilindən ibarət hər bir sistemin səmərəli 
fəaliyyəti yalnız onu idarə edən - təşkiledici başlanğıc olduqda mümkündür. Gömrük orqanlarının bütün 
əməkdaşlarının hərəkət birliyinə nail olunması gömrük orqanlarında idarəetmə sisteminin başlıca məqsədidir. 
Sistem bir istiqamətdə  işləməli və qarşısında qoyulmuş  vəzifələrin həllini təmin etməlidir. Bunun üçün onun 
daxilində dəqiq idarəetmə tələb olunur.  
Təcrübə göstərir ki, xüsusi idarəçilik biliyi olmadan idarəetmə  bəzən gömrük orqanlarında  əməliyyat 
xidməti fəaliyyətində xeyli səhvlərlə  nəticələnir, dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsi və onun 
iqtisadi mənafelərinin qorunması işinə müəyyən ziyan vurur.  
Azərbaycan Respublikası gömrük orqanlarının üzərinə qoyulmuş  vəzifələrin və funksiyaların yerinə 
yetirilməsini optimal təşkil etmək üçün idarəetmənin mahiyyət və  məzmununu açan əsas nəzəri müddəaları 
bilmək zəruridir.  
İdarəetmə dedikdə nə başa düşülməlidir? Ədəbiyyatda gömrük orqanlarının da aid olduğu sosial-iqtisadi 
sistemlərlə  “idarəetmə” anlayışının çoxsaylı  tərifləri vardır. Gömrük orqanlarında idarəetməyə xas olan 
əlamətləri nəzərə alaraq müxtəlif fikirləri ümumiləşdirməklə ona aşağıdakı tərifi vermək olar.  
İdarəetmə - gömrük orqanları  əməkdaşlarına elə fasiləsiz informasiya təsiri prosesidir ki, 
idarəçilik qərarlarının qəbul olunması  və  həyata keçirilməsi vasitəsilə  dəyişən xarici və daxili şəraitdə 
onların məqsədyönlü davranışını təmin edir.  
Məcmu halda idarəetmə subyekti, idarəetmə obyekti və onlar arasında qarşılıqlı  əlaqələr gömrük 
orqanlarında idarəetmə sistemini əmələ gətirir.  
Gömrük orqanlarında idarəetmə subyektlərinə idarəetmə  qərarları  qəbul etmək, tabeliyindəki 
əməkdaşlara və kollektivlərə tapşırıq vermək və onların icrasını  tələb etmək səlahiyyəti olan bütün rəhbərlər, 
yəni məqsədyönlü təsiri həyata keçirən gömrük postunun, gömrükxananın, gömrük idarəsinin və Dövlət 
Gömrük Komitəsinin bütün elementləri və yarımsistemləri aiddir.  
İdarəedən yarımsistemin qərarlarının,  əmrlərinin, tapşırıqlarının icraçıları, gömrük işi mütəxəssisləri, 
gömrük kollektivləri, təşkilati strukturlar, texnoloji gömrük proseduraları, eləcə də gömrük orqanlarının üzərinə 
qoyulmuş funksiyaların həyata keçirilməsi üzrə bütün fəaliyyət növləri, gömrük fəaliyyəti resursları  və s. 
gömrük orqanlarında idarəetmə obyektləri kimi çıxış edir.  
İdarəetmə subyekti idarəetmə obyektinin faktik vəziyyəti və onu əhatə edən xarici mühit haqqında 
informasiya alır. Bu informasiya idarəetmə subyekti tərəfindən işlənir ki, bunun da nəticəsi olaraq qərar qəbul 
edilir. Məzmunu birbaşa əlaqə kanalı üzrə idarəetmə obyektinə ötürmək üçün həmin qərara idarəçilik qərarının 
formalarından (əmr, göstəriş, qətnamə  və s.) biri verilir. Bu qərarın icrası haqqında informasiya və eləcə  də 
idarəetmə obyektinin (idarəedilən sistemin) yeni vəziyyəti haqqında informasiya yenidən əks əlaqə kanalı üzrə 
idarəetmə subyektinə daxil olur. Beləliklə, idarəetmə nisbi və fasiləsiz prosesdir. Gömrük orqanları tərəfindən 
idarəetmənin fasiləsiz xarakteri onlardan keçən informasiya proseslərinin daimiliyi və arasıkəsilməzliyi ilə 
şərtlənir. 
İdarəetmə prosesinin fasiləsizliyi onun dövriliyi haqqında, yəni müxtəlif idarəetmə həlqələri tərəfindən 
və müxtəlif formalarda icra edilən eyni növ idarəçilik işlərinin və ya idarəetmə mərhələlərinin icra edilməsinin 
müəyyən ardıcıllığı və təkrarlanması haqqında danışmağa imkan verir. 
Gömrük orqanlarında idarəetmə sistemi aşağıdakı komponentlərdən ibarətdir: idarəetmə mexanizmi, 
idarəetmə strukturları, idarəetmə prosesi və idarəetmə sisteminin təkmilləşdirilmə mexanizmi. 
İdarəetmənin mexanizmini aşağıdakılar təşkil edir:  
- idarəetmə qanunları;  
-  prinsipləri;  
-  məqsədləri;  
-  metodları;  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə