Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə67/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   80

138 
 
Regional gömrük idarələri isə gömrük qaydalarının pozulması ilə əlaqədar istənilən işə baxa və bu işlə 
bağlı bütün şəxsləri məsuliyyətə cəlb edə bilər.  
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi istənilən işi icraata qəbul edə  və yaxud istədiyi 
gömrük orqanına həvalə edə bilər. 
Mövcud qanunvericiliyə görə, fiziki şəxslər tərəfindən pozulmuş gömrük qaydaları ilə əlaqədar 15 günə, 
vəzifəli şəxslər və digər şəxslər tərəfindən törədilmişsə işə bir aya qədər baxılmalıdır.  
Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli  şəxsi gömrük qanunvericiliyinə uyğun olaraq, 
gömrük qaydalarının pozulması haqqında işə baxmağa başlayaraq aşağıdakıları edir:  
1) işə kimin baxdığını, hansı işə baxıldığını, kimin və hansı maddə ilə məsuliyyətə cəlb edildiyini 
söyləyir;  
2) məsuliyyətə cəlb edilən şəxsin, məsuliyyətə cəlb edilən idarə, müəssisə və təşkilatın rəhbərinin 
və ya onun müavininin, onların vəkillərinin və ya nümayəndələrinin gəlib-gəlməməsini, gəlmədikləri 
halda isə onların gəlməmə səbəbini araşdırır.  
Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsi gömrük qaydalarının pozulması haqqında işə 
baxaraq aşağıdakı qərarlardan birini çıxarır:  
1) tənbehetmə haqqında;  
2) iş üzrə icraata xitam verilməsi haqqında; 
3) gömrük işi sahəsində cinayətlər üzrə cinayət işinin başlanılması haqqında;  
4) gömrük işi sahəsində cinayətlər və sair cinayətlər üzrə cinayət işinin başlanması  məsələsinin 
həlli üçün, materialların Azərbaycan Respublikasının digər hüquq-mühafizə orqanlarına göndərilməsi 
haqqında;  
5) işin  əlavə icraata qaytarılması  və  iş üzrə icraata xitam verilməsi haqqında qərar, törədilmiş 
gömrük qaydalarının pozulmasının az əhəmiyyətli olması ilə əlaqədar hüquq pozan məsuliyyətdən azad 
edilərkən, həmçinin iş üzrə icraatın aparılmasını istisna edən hallar olduqda çıxarılır.  
Cinayət işinin başlanması haqqında qərar, işə baxılmağa hazırlıq və ya işə baxılma zamanı gömrük işi 
sahəsində cinayətlərin əlamətləri aşkar edildiyi halda çıxarılır.  
Gömrük qaydalarının pozulması haqqında iş üzrə qərarda aşağıdakılar qeyd edilməlidir:  
1) qərar çıxaran Azərbaycan Respublikası gömrük orqanının adı;  
2) qərar çıxaran vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;  
3) işə baxıldığı vaxt və yer haqqında məlumat;  
4) əgər müəyyən edilibsə, məsuliyyətə cəlb olunan şəxs haqqında məlumat;  
5) işə baxılarkən müəyyən edilən halların şərhi;  
6) törədilmiş gömrük qaydalarının pozulmasına görə, həmin məsuliyyət üçün Gömrük 
Məcəlləsində nəzərdə tutulan maddənin nömrəsi (sayı);  
7) iş üzrə qəbul edilən qərar;  
8) qərardan şikayət verilməsinin müddətləri və qaydası haqqında məlumat.  
Qərarda götürülən mallar, nəqliyyat vasitələri, onların sənədləri və digər əşyalar, üzərinə həbs qoyulmuş 
əmlak, girov, zəmanət, depozitə verilmiş məbləğlər, maddi sübutlar və gömrük qaydalarının pozulması haqqında 
iş üzrə xərclər haqqında məsələlərin həlli öz əksini tapmalıdır.  
Gömrük qaydalarının pozulması haqqında iş üzrə  çıxarılan qərar, işə baxmış olan Azərbaycan 
Respublikası gömrük orqanının vəzifəli şəxsi tərəfindən imzalanır, surəti isə barəsində qərar çıxarılan şəxsə və 
ya onun nümayəndəsinə, qərar çıxarıldıqdan sonra üç gün ərzində verilir və ya göndərilir.  
 
16.1.5. Gömrük qaydalarının pozulmasına görə Azərbaycan Respublikası gömrük orqanının 
qərarının icrası mərhələsi  
Gömrük qaydalarının pozulmasına görə  qərar, həmin qərardan  şikayət verilməsi müddəti keçdikdən 
sonra, yaxud Azərbaycan Respublikasının yuxarı gömrük orqanı, rayon (şəhər) Xalq Məhkəməsi və ya 
Azərbaycan Respublikası İqtisad məhkəməsi tərəfindən gömrük orqanının qərarından şikayət üzrə qərar qəbul 
edilən gün, bu qərarı çıxaran gömrük orqanı tərəfindən icraya yönəldilir. 
İXM-in V fəsli bütünlüklə (32-38-ci maddələr) inzibati tənbehin tətbiq olunmasına həsr olunmuşdur. Bu 
tənbeh yalnız o zaman tətbiq oluna bilər ki, müqəssirin hərəkətlərində qəbahət tərkibi müəyyənləşdirilmiş olsun. 
Daha doğrusu,  əgər  əmələ görə hüquq norması ilə  məsuliyyət nəzərdə tutulmuş  və  vətəndaşın hüquqazidd 
hərəkətlərində hüquqpozmanın hüquqi norma üzrə nəzərdə tutulan bütün əlamətləri aşkara çıxarmışdırsa, təqsirli 
şəxs müvafiq maddə ilə məsuliyyətə cəlb oluna bilər. 
Gömrük orqanının (vəzifəli  şəxsin) ixtiyarı vardır ki, ona aidiyyəti olan işlərə baxsın, təqsirli  şəxsin 
hərəkətini təfsir edən maddəni sanksiya dairəsində  tənbeh etsin, tənbehin növünü və ölçüsünü ona verilmiş 
sanksiyalar çərçivəsində seçsin. 


139 
 
AR İXM-in 360-cı maddəsinə görə, gömrük qaydaları əleyhinə olan inzibati xətalarla əlaqədar olan 258-
260, 261.1, 278, 282, 284-287, 292, 293 və 293-1-ci maddələrində  nəzərdə tutulan inzibati xətalar haqqında 
işlərə rayon (şəhər) məhkəmələri baxırlar. Qalan maddələrdə  nəzərdə tutulan xətalara isə Dövlət Gömrük 
Komitəsinin səlahiyyətli şəxsləri baxırlar. 
İnzibati xətalar haqqında işlər üzrə icraat AR İXM-in 362-408-ci maddələrinin, inzibati xətalar haqqında 
işlər üzrə icraatın mərhələləri 409-438-ci maddələrinin və inzibati xətalar haqqında işlər üzrə qərarların icrası isə 
439-458-ci maddələrinin müddəalarına uyğun olaraq həyata keçirilir. 
Yuxarıda göstərilən maddələr üzrə inzibati prosesin həyata keçirilməsi qaydaları  və ardıcıllığı bütün 
hüquq-mühafizə orqanları üçün eyni olduğundan, gömrük orqanları üçün əlavə şərhə ehtiyac görmürük.  
 
16.2. Gömrük orqanlarının cinayət-hüquqi və cinayət-prosessual formaları  
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və 
bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının 14 iyun 2000-ci il tarixli 
qanunu qəbul edildikdən sonra həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cinayət-Prosessual 
Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti H.Ə.Əliyevin 25 avqust 2000-ci il 
tarixli fərmanı ilə Azərbaycan Respublikası CPM-nin 215.5-ci maddəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 
207-209-cu maddələrində nəzərdə tutulmuş cinayət işləri üzrə və 206-cı maddəsində nəzərdə tutulmuş cinayətə 
dair iş üzrə isə bu işə başladıqda ibtidai istintaqının aparılmasının Dövlət Gömrük Komitəsi tərəfindən həyata 
keçirilməsi nəzərdə tutulmuşdur.  
İbtidai istintaqı gömrük orqanlarının səlahiyyətinə aid olan cinayətlər aşağıdakılardır:  
1) qaçaqmalçılıq;  
2) Azərbaycan xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvəti olan əşyaların 
Azərbaycan Respublikasının ərazisinə qaytarılmaması;  
3) gömrük ödənişlərinin ödənilməsindən yayınma, xaricdən valyuta dəyərli  şeylərin 
qaytarılmaması və qanunsuz valyuta əməliyyatları.  
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 5 mart 2004-cü ildə qəbul olunmuş “Azərbaycan 
Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi 
qanunvericilik aktlarına dəyişikliklər və  əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun X 
bəndinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə müvafiq əlavələr və  dəyişikliklər edildikdən 
sonra gömrük orqanlarına gömrük işi sahəsində cinayətlər haqqında işlər üzrə istintaq aparmaq səlahiyyəti 
verilmişdir. Gömrük orqanları  tərəfindən təhqiqatın və istintaqın aparılması Azərbaycan Respublikasının 
Cinayət-Prosessual Məcəlləsi ilə tənzimlənir. 
 
16.2.1. Qaçaqmalçılıq (kontrabanda) 
Dünya praktikasında qaçaqmalçılıq daha çox kontrabanda kimi tanınır.  “Kontrabanda” italyan sözü 
olub  “contro” - “əks” və “bando” - “hökumət  qərarları” sözlərindən götürülmüş  mənası “hökumət 
qərarlarının əksinə” deməkdir.  
Gömrük işi sahəsində qaçaqmalçılıq  ən ağır cinayətlərdən sayılır. Onunla digər cinayətlər arasındakı 
konkret fərqlər öz əksini GM-də tapmışdır.  
Gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük 
eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə edilməsi, yaxud bəyan etməməklə və ya düzgün bəyan 
etməməklə aşağıdakı malların keçirilməsi qaçaqmalçılıq (kontrabanda) hesab olunur:  
a) narkotik vasitələrin, psixotrop, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv və partlayıcı 
mallar;  
b) silahlar, partlayıcı qurğular və onlar üçün sursatı (soyuq, yivsiz ov silahları  və onların 
patronlarından başqa); 
c) nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, həmin silahların hazırlanması üçün 
istifadə oluna biləcək material və avadanlıqlar, strateji əhəmiyyətli xammalın;  
ç) Azərbaycan Respublikasından çıxarılması üçün müvafiq qaydalar müəyyən edilmiş ölkədə 
yaşayan xalqların və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvəti olan əşyaların; 
d) külli miqdarda, yaxud dövlət orqanının vəzifəli şəxsi tərəfindən öz qulluq mövqeyindən istifadə 
etməklə, yaxud gömrük nəzarətinin müəyyən formalarından azad olunmuş ayrı-ayrı malların və 
nəqliyyat vasitələrinin keçirilməsi üçün müvəkkil edilmiş şəxs tərəfindən, yaxud kontrabanda ilə məşğul 
olmaq üçün təşkil edilmiş bir qrup şəxs tərəfindən keçirilən digər malların;  
Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmış Azərbaycan xalqının və xarici ölkə 
xalqlarının bədii, tarixi və arxeoloji sərvəti olan əşyaların qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 
qaytarılması  məcburi olan hallarda və müəyyən olunmuş müddətdə geri qaytarılmadıqda da qaçaqmalçılıq 
sayılır və cinayət qanunvericiliyi ilə cəzalandırır.  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə