Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə65/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   80

134 
 
ya Respublika Dövlət Gömrük Komitəsinə  məlumat verir. Akta ilkin yoxlama materialları ilə yanaşı  təftişdə 
aşkar edilmiş nöqsanlarda bilavasitə təqsiri olan vəzifəli şəxslərin izahatı da əlavə edilir.  
Aktın bir nüsxəsi təftiş olunan gömrük orqanının rəhbərinə  təqdim edilir və bu barədə aktda qeyd 
aparılır.  
Təftiş edilən ayrı-ayrı sahələrin təftişi üzrə (kassanın, maddi qiymətlilərin və  əsas fondların 
inventarlaşdırılması) ayrıca akt tərtib edilir, təftiş qrupunun üzvləri tərəfindən imzalanır və  əsas akta əlavə 
olunur. Ayrıca tərtib olunan aktın bir nüsxəsi aktı imzalayan vəzifəli şəxsə verilir.  
Təftiş aktının tərtibi zamanı obyektivlik, aydınlıq, lakoniklik, aşkar edilmiş fakt və  məlumatların 
dəqiqliyi təmin edilməlidir. 
 
 


135 
 
Mövzu 16.  
Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti  
 
16.1. Gömrük orqanlarının inzibati-hüquqi və inzibati-prosessual fəaliyyəti  
 
16.1.1. Hüquq-mühafizə fəaliyyəti anlayışı  
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 7-ci maddəsiniə görə “Azərbaycan Respublikasında  
gömrük işi hüquq-mühafizə orqanları olub, vahid sistem təşkil edən gömrük orqanları  tərəfindən həyata 
keçirilir”. Bəs gömrük orqanları nə üçün hüquq-mühafizə orqanı sayılmalıdır? 
Birincisi, gömrük orqanları icraedici və  sərəncamverici orqan kimi, yüksək dövlət orqanlarının 
(Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan 
Respublikasının Nazirlər Kabineti) qərarlarını icra etmək üçün, gömrük işi ilə əlaqədar normativ aktlar vermək 
hüququna malikdir. Bu normativ aktlar mallar və nəqliyyat vasitələrinin, habelə vətəndaşların gömrük sərhədini 
keçməsi ilə əlaqədar verilir ki, bu da gömrük orqanlarının inzibati-hüquqi fəaliyyətdə iştirakı deməkdir.  
İkincisi, malların keçirilməsi ilə  əlaqədar, gömrük orqanlarının vəzifəli  şəxsləri ilə xarici iqtisadi 
fəaliyyətin iştirakçıları arasındakı gömrük, inzibati, cinayət, dövlət, beynəlxalq, maliyyə, mülki və sair 
sahələrdəki hüquqi münasibətlərin tənzimlənmiş normalarla qorunması, gömrük orqanlarının inzibati-
prosessual, cinayət-hüquqi və cinayət-prosessual kimi hüquq-mühafizə formalarından istifadə etmək 
səlahiyyətinin olması, onun hüquq-mühafizə orqanı sayılmasını zəruri edir. 
Gömrük işi sahəsində XİF iştirakçıları ilə gömrük işçiləri arasındakı münasibətləri tənzimləyən yüzlərlə 
normativ aktlar vardır ki, bunlar da dövlət idarəetmə mexanizminin bir hissəsi sayılır. Gömrük orqanları ilə XİF 
iştirakçıları arasındakı münasibətlər, həddən çox mürəkkəb xarakter daşıması ilə yanaşı, beynəlxalq, dövlət, 
inzibati, təsərrüfat, mülki, əmək, maliyyə, torpaq (yer), nəqliyyat, dəniz, hava, cinayət, cinayət-prosessual, hərbi 
və sair hüquq sahələrinin tənzimlənmə sferalarına da aiddir. 
Azərbaycan Respublikası Konstitusiyasına görə hamı qanun qarşısında bərabər cavabdehlik daşıyır və 
onun hüquqi normalarına riayət etməlidir. Bildiyimiz kimi, ictimai münasibətlərin tənzimlənməsi üçün dövlət 
tərəfindən qoyulmuş  və ya sanksiyalaşdırılmış elə dövlət tərəfindən də qorunan məcburi intizam qaydaları 
hüquqi norma adlanır.  
Hüquqi normalar, hüquqi subyektlər arasında səmərəli münasibətləri saxlayır, dövlət və  cəmiyyətin, 
habelə vətəndaşların hüquqi maraqlarını müəyyən edir və qoruyur. Hər bir hüquqi normanın məntiqi və faktiki 
(real) strukturu vardır.  
Hüquqi normanın məntiqi strukturunu hipoteza, dispozisiya və sanksiya yaradır.  
Hipoteza normanın birinci hissəsi olub verilmiş normanın faktiki tətbiqi şəraitini təyin edir.  
Dispozisiyada hüquq münasibəti iştirakçılarının hüquq və  vəzifələrinin, intizam qaydalarının özü 
formalaşdırılır.  
Sanksiyada isə hüquq normalarını pozan şəxslər üçün cəza tədbirlərinin neqativ nəticələri göstərilir.  
Hüquqi normanın real (faktiki) strukturu isə iki hissədən ibarətdir:  
1) hipoteza (həmişə birinci hissə) və dispozisiya (tənzimləyici normanın ikinci hissəsi) 
2) hipoteza və sanksiya (hüquq-mühafizə normalarının ikinci hissəsi) 
Hüquq normasının məntiqi strukturu dövlətə imkan verir ki, hüquq-mühafizə normaları ilə tənzimləyici 
normalara riayət olunmasını təmin etsin.  
Xarici iqtisadi fəaliyyətin tənzimlənməsində iştirak edən gömrük orqanları, hər şeydən öncə Azərbaycan 
və digər ölkələr arasında mal və xidmətlərin optimal hərəkətini həyata keçirir, iqtisadi, maliyyə, siyasi, sosial və 
digər məsələlərin həllini təmin edir. Bununla da gömrük orqanları Azərbaycan Respublikası GM-də “Gömrük 
tarifi haqqında” Azərbaycan Respublikası qanununda, digər qanunlarda və qanun gücündə olan fərman, 
sərəncam və qərarlarda nəzərdə tutulmuş funksiyaları həyata keçirir. Onlar təşkilati, dövlət idarəetmə, qaydalara 
nəzarət, hüquqi normalardan istifadə, onun icrası  və  tətbiqi, qanunvericilikdə  nəzərdə tutulmuş digər 
funksiyaları yerinə yetirirlər.  
Lakin bütün hallarda, XİF iştirakçıları heç də həmişə hüquqi normaların yerinə yetirilməsinə çalışmırlar. 
Müəyyən qrup şəxslər bilərəkdən və ya bilməyərəkdən bu normaları pozurlar ki, dövlət orqanları (prokurorluq, 
məhkəmə, DİN, MTN, Vergilər Nazirliyi, gömrük orqanları) lazımi tədbirlər görməyə məcbur olur və onların 
üzərinə qoyulmuş mühafizə funksiyasını yerinə yetirərək, bu hüquqpozmaların qarşısını alırlar.  
Gömrük işi sahəsində mühafizə dövlət, cəmiyyət və  şəxsiyyət üçün təhlükəli münasibətlərin qarşısını 
almaq, onları aradan qaldırmaq, XİF iştirakçıları  və gömrük orqanının vəzifəli  şəxslərinin qeyri-qanuni və 
arzuolunmaz hərəkətlərinin qarşısının alınması üçün müdafiədə öz əksini tapır. Gömrük orqanlarının bu 
fəaliyyət sahəsi, qanuna zidd hərəkət və ya hərəkətsizlik edilməsinə qoyulmuş qadağalar, bu qadağaların 
pozulmasına görə sanksiyalar və bu sanksiyaların gömrük orqanları  tərəfindən icra olunmasını  əhatə edir. 
Beləliklə, hüquqi normaların mühafizə funksiyası müxtəlif üsullarla, o cümlədən hüquqi normanı pozanlara 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə