Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə63/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   80

129 
 
- sənədlərdən aldatma yolu ilə istifadə etməklə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən 
keçirilməsi (AR İXM 260-cı maddə);  
- malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi (AR İXM 261-ci 
maddə). 
Gömrük statistikasının aparılması ilə bağlı hüquqpozmalara görə hüquqi və fiziki şəxslər AR-in İnzibati 
Xətalar Məcəlləsinin müvafiq maddələri ilə  cəzalandırılır. Məsələn, malların və  nəqliyyat vasitələrinin 
bəyanetmə qaydasının pozulması AR İXM-in 274-cü maddəsinə görə - fiziki şəxslər şərti maliyyə vahidinin beş 
mislindən on beş mislinədək miqdarda, vəzifəli  şəxslər  şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək 
miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin 30 mislindən 10 mislinədək miqdarda cərimə edilir. Gömrük 
orqanına hesabat təqdim edilməməsi və uçot aparılması qaydasına riayət edilməməsinə görə, AR İnzibati 
Xətalar Məclləsinin 277-ci maddəsi ilə - xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin 20 mislindən 70 
mislinədək miqdarda cərimə edilir.  
Nomenklatura (latınca “nomenclatura” - “siyahı”, “adların cədvəli” deməkdir) elm, texnika və praktiki 
fəaliyyətin hər hansı bir sahəsində istifadə olunan terminlər və adların sistemi (toplusu) deməkdir. 
“Mal nomenklaturası” termini daha çox “əmtəəşünaslıq”, “gömrük işi”, “istehsal”, “istehlak”, “xarici 
iqtisadi fəaliyyət”, “xarici ticarət” və s. kimi elm sahələri və ictimai praktika (təcrübə) ilə bağlıdır. Beləliklə
“mal nomenklaturası” gömrük orqanlarının vəzifəli  şəxsləri və deklarantların gündəlik iş  fəaliyyətində 
rastlaşdıqları  əsas terminlərdən biridir. Bu onunla əlaqədardır ki, gömrük orqanlarında qeydə alınan istənilən 
xarici ticarət əməliyyatlarının əsas predmeti məhz “maldır”. 
Gömrük sərhədindən keçirilən malların  əhəmiyyətli xüsusiyyətləri, onların material əşya formasında 
olması və daşına bilməsidir (nəqliyyat vasitələrilə).  
Azərbaycan Respubliksının Gömrük Məcəlləsinin 17-ci maddəsində “mallar istənilən daşınan əmlak, o 
cümlədən valyuta, valyuta sərvətləri, elektrik və digər enerji növləri, bu maddənin 4-cü bəndində göstərilən 
nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri” kimi izah olunur. Ümumiyyətlə, bu maddədə izah 
olunan əsas anlayışların hamısı məhz bu terminlə əlaqədardır.  
Xarici iqtisadi fəaliyyətin gömrük tənzimlənməsi zamanı gömrük sərhədindən keçirilən malların 
sistemləşdirilməsi mühüm məsələlərdən sayılır. Bunun üçün malları təsnifatlaşdırırlar.  
“Təsnifat” termini çoxsaylı obyektlərin (söhbət tədqiq olunan, öyrənilən məsələlər toplusundan gedir) 
konkret olaraq sinif, yarımsinif, qrup, yarımqrup, növ, yarımnöv və s. kimi bölgülərə ayrılması kimi başa 
düşülməlidir. 
Qarşıya qoyulmuş  məqsədə uyğun olaraq mallar istehsal sahələrinə, emal səviyyəsinə, istehlak 
təyinatına və s. görə təsnifatlaşdırıla bilər.  
Malların qəbul olunmuş  təsnifat sistemindən asılı olaraq, bütün bölmə, qrup və yarımqrupları xüsusi 
şifrələrlə qeyd olunur.  
Təsnifatlaşdırılan malların (obyektlərin) siyahısında hər birinin öz konkret yeri və şərti işarəsi ilə qeyd 
olunması kod adlanır.  
Kod işarə formasında olub rəqəmlərlə, hərflərlə və ya rəqəm - hərf kombinasiyası ilə ifadə olunur.  
Gömrük işlərində istifadə olunan mal nomenklaturası təsnifat sisteminə ayrılmış malların toplu siyahısı 
kimi dərk olunmalıdır.  
Malların kodlaşdırılması  təsnifat sisteminə uyğun olaraq işarə  və ya işarələr qrupu şəklində 
müəyyənləşdirilmiş texniki üsuldur. Malların kodlaşdırılmasının  əsas məqsədi gömrük orqanlarında iqtisadi 
əməliyyatların (gömrük rüsumunun alınması, gömrük dəyərinin müəyyənləşdirilməsi, hesabatın aparılması  və 
s.) daha səmərəli aparılması və xarici ticarətin mal strukturunun öyrənilməsidir.  
Hal-hazırda Azərbaycan Respublikasının gömrük orqanlarında, dünya təcrübəsində istifadə olunan 
malların kodlaşdırılması  və  təsvirinin harmonikləşdirilmiş sistemi (HS) əsasında yaradılmış mal 
nomenklaturasından istifadə olunur.  
Ölkələrin bir çoxu və beynəlxalq təşkilatlar xarici fəaliyyət təcrübəsi və gömrük tənzimlənməsi işlərində 
aşağıdakı 2 təsnifat sistemindən istifadə edirdilər:  
1) Gömrük Əməkdaşlığı  Şurasının Nomenklaturası (GƏŞN) və ya Brüssel Gömrük Nomenklaturası 
(BGN)  
2) BMT-nin Beynəlxalq Standart Ticarət Təsnifatı (BSTT). 
BGN gömrük tarif nomenklaturası adlanaraq, gömrük tariflərinin təsnifat sxemini və eyni zamanda 
beynəlxalq ticarət təsnifatını özündə əks etdirmişdir. 
Brüssel Gömrük Nomenklaturasının BMT-nin Beynəlxalq Standart Ticarət təsnifatı ilə 
uyğunlaşdırılması nəticəsində Gömrük Əməkdaşlığı Şurasının nomenklaturası yaradıldı.  
BGN-dən fərqli olaraq GƏŞN-nin sxeminin əsasını emal dərəcəsi (səviyyəsi) və malın mənşəyi təşkil 
edir. Eyni zamanda bu nomenklaturada mal kodlarında (şifrələrdə) bölmələrin nömrələri öz əksini tapmamışdır.  


130 
 
Beynəlxalq aləmdə Brüssel Gömrük Nomenklaturası adı ilə tanınan, habelə BMT Standart Beynəlxalq 
Ticarət Təsnifatı (SBTT) mal nomenklaturalarının 12 beynəlxalq və milli mal təsnifatları sisteminin bazaları 
əsasında “balların təsviri və kodlaşdırılmasına dair harmonikləşdirilmiş sistem nomenklaturası” (HSN) yaradıldı 
və həmin toplu 1985-ci ildə Brüsseldə imzalanaraq 1988-ci ilin 1 yanvarından qüvvəyə mindi. 
HSN-dən, Avropa Birliyi ölkələri də daxil olmaqla, 41 ölkə  tərəfindən istifadə olunur. Ümumdünya 
Gömrük Təşkilatının üzvü olan ölkələr tərəfindən malların təsnifatı 6 rəqəmə  qədər detallaşdırılmaqla, 9-14 
rəqəmə  qədər kodlaşdırılmanın aparılması ilə xarici iqtisadi fəaliyyətin milli mal nomenklaturaları sistemləri 
işlənib hazırlanmışdır. 
HSN - xarici iqtisadi fəaliyyətin çoxməqsədli yeni mal nomenklaturasıdır. Bu nomenklatura yenidən 
işlənən, vahid sistemə gətirilən və detallaşdırılan; beynəlxalq məlumatların toplanmasını; müqayisəsini; statistik 
təhlilini, habelə digər məsələlərin həllini təmin edən; kommersiya fəaliyyətinin, statistika xidmətinin və gömrük 
orqanlarının tələblərinə cavab verən malların təsviri və kodlaşdırılması üzrə Harmonik Sistem haqqında 
Beynəlxalq Konvensiyanın tərkib hissəsidir. 
Harmonik sistem haqqındakı Beynəlxalq Konvensiya aşağıdakı terminləri müəyyənləşdirmişdir: 
1) malların harmonik sisteminin təsviri və kodlaşdırılması - mal mövqeləri, submövqeləri 
(subpozisiyaları) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqelərə qeydləri, həmçinin Konvensiyanın 
əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır; 
2) gömrük-tarif nomenklaturası - malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün 
sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır; 
3) statistika nomenklaturası - malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün 
sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır; 
4) kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli) 
qanunvericiliklərinə uyğun olaraq idxal mallarının bəyan edilməsi zamanı istifadəsi məcburi olan, gömrük tarif 
və statistik nomenklaturaları birləşdirən nomenklaturadır. 
HSN-nin də, digər iqtisadi təsnifedicilər kimi, öz spesifik strukturu vardır. Onun əsas elementləri 
təsnifat sistemləri və kodlaşdırılmaqdan ibarətdir. Ümumilikdə bu toplu 6 pilləli sistemdən ibarətdir: 
1) bölmələr - 21; 
2) qruplar - 97; 
3) yarımqruplar - 33; 
4) mal mövqeləri - 1241; 
5) yarımmövqelər - 3553; 
6) submövqelər (subpozisiyalar) - 5019. 
Bu mal nomenklaturasının əsasını müxtəlif əlamətlərin məcmusu təşkil edir: 
- malın hazırlandığı materialın növü; 
- malın mənşəyi; 
- malın təyinatı; 
- malın kimyəvi tərkibi. 
Mal qrupu, onların emalının ardıcıllıq prinsipinə uyğun olaraq xammaldan, yarımfabrikatlardan hazır 
məmulatın alınmasından  əmələ  gəlir. Bu isə harmonikləşdirilmiş sistemin gömrük tariflərinə  tətbiqi üçün 
əlverişli şərait yaradır. Bu məqsədlə hazırda dünyanın yüzdən artıq dövlətində bu sistemdən istifadə olunur. 
HSN əsasında “Azərbaycan Respublikasının Xarici İqtisadi Fəaliyyətinin Mal Nomenklaturası (AR XİF 
MN) hazırlanmışdır. Bu toplu malların mənşə əlaməti üzrə (sənaye, bitkiçilik. əzcaçılıq, mineral və s.) bölmə və 
yarımqruplardan, onların emal dərəcəsi üzrə (xammal, yarımfabrikatlar, hazır məmulat) sistemləşdirilmiş 
siyahısından ibarətdir. Bu nomenklatura Azərbaycan Respublikası  XİF-in dövlət tənzimlənməsi sistemləri 
alətidir. 
AR XİF MN malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş və Avropa Birliyinin kombinə 
olunmuş nomenklaturaları  və sistemlərinin bazası  əsasında yaradılmışdır. Bu nomenklatura ümumi təsnifat 
sistemini pozmadan malların nomenklaturasının çeşidini genişləndirməyə imkan verir. Bu məqsədlə 
nomenklaturada 3 ehtiyat qrupu - 77, 98 və 99-cu qruplar saxlanmışdır. Bunlar yalnız nomenklaturaların 
genişləndirilməsi üçün deyil, habelə milli təcrübədə istifadə olunan spesifik malların, material xarakterli 
xidmətlərin, Nou-hau-ların dəqiq təsnifatında tətbiq oluna bilər. 
Azərbaycan Respublikasında dövlətlərarası təsnifatlandırıcı kimi MDB hökumət başçılarının qərarı ilə 3 
noyabr 1995-ci ildə təsdiq edilmiş Müstəqil Dövlətlər Birliyi XİF MN 1 yanvar 1999-cu ildən tətbiq olunur. AR 
XİF MN, milli kombinə edilmiş tarif statistika təsnifatı olub, 10 rəqəmli kod sisteminə malikdir. Qeyd etmək 
lazımdır ki, Azərbaycan Respublikası 10 rəqəmli kod sisteminə AR Nazirlər Kabinetinin 22 dekabr 2003-cü ildə 
qəbul olunmuş 161 saylı qərarı ilə keçmişdir. Burada 1-6 rəqəmlər Ahəngdar sistemə görə malın kodu, 7-8-ci 
rəqəmlər Avropa Birliyinin kombinə edilmiş nomenklaturasına uyğun kodu, 9 və 10-cu rəqəmlər isə  ənənəvi 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə