Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə61/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   80

125 
 
Kəmiyyət nəzarəti tədbirləri ilk növbədə idxal-ixrac əməliyyatlarının kvotalaşdırılması  və 
lisenziyalaşdırılması deməkdir. Kvotalaşdırma (fiziki həcm və  dəyər üzrə) və lisenziyalaşdırma (müəyyən 
malların göndərilməsi və ya gətirilməsinə, bəzən də müəyyən ölkələrə, yaxud onlardan ticarətinə xüsusi 
icazənin alınması) idxal və ixracın ənənvi qeyri-tarif tənzimlənməsi üsullarıdır. Onların məqsədi hər hansı malın 
idxal və ya ixracını ümumilikdə, yaxud hər hansı ölkəyə  məhdudlaşdırmaqdan ibarətdir. Bu tədbirlər, adətən, 
bir-biri ilə bağlıdır, çünki, lisenziyalaşdırma kvotanın fərdi idxalatçılara və ixracatçılara müəyyən həcm bitənə 
qədər lisenziya vermək yolu ilə bölüşdürülməsi mexanizmi kimi çıxış edir.  
Kəmiyyət nəzarəti tədbirləri vasitəsi ilə dövlət səviyyəsində iqtisadi, xarici ticarət və  hətta siyasi 
xarakterli məsələlər həll edilir: ölkə daxilində analoji rəqabət edən malların istehsalçı  və istehlakçısının 
müdafiəsi, daxili bazarın stabilliyinin dəstəklənməsi, valyuta ehtiyatlarına qənaət, digər ölkələrdən qarşılıqlı 
güzəştlərin əldə edilməsi və s.  
Bu qəbildən olan QTM daha geniş araşdırmağa çalışaq.  
1) Lisenziyalaşdırma - idxal və ixraca müvafiq hakimiyyət orqanlarının öz mülahizəsinə, yaxud 
hər hansı konkret meyarlara əsasən verdiyi xüsusi icazələrin (lisenziyaların) tətbiqidir. Beynəlxalq 
ticarətdə lisenziyalaşdırma rəngarəngliyi ilə seçilir. Lisenziyada idxal və ya ixracın həyata keçirilməsi 
qaydası da müəyyən edilə bilər. Lisenziyalaşdırma dünya təcrübəsində ticarətin arzuolunmaz həcmlərini 
müəyyən müddət ərzində məhdudlşdırıldığı zaman həyata keçirilən müvəqqəti tədbir kimi təfsir edilir.  
Xarici valyutadan səmərəli istifadə olunması zərurəti lisenziyalaşdırma üçün obyektiv əsas ola bilər. Bu 
yolla xarici ticarət və tədiyyə balanslarının tarazlanmasına nail olunur.  
Gömrük rüsumlarından istifadə edilmədikdə  və ya onların təsiri səmərəsiz olduqda lisenziyalaşdırma 
zərurəti meydana çıxır. Bu iş  həm qarşılıqlı güzəşt  əldə edilməsi, həm də diskriminasiya məqsədi ilə görülə 
bilər. Onu da qeyd etmək lazımdır ki, lisenziyalaşdırma müvəqqəti tədbir hesab edildiyindən  əvvəllər 
bağlanılmış dövlətlərarası ticarət sazişlərinə yenidən baxılmasını nəzərdə tutmur.  
2) Kvotalaşdırma - (“kvota” latınca “guot” sözündən götürülüb, mənası “nə qədər” deməkdir) fərdi, 
tarif, mövsümi, qlobal və digər faiz məhdudiyyətləri vasitəsi ilə idxalına icazə verilmiş malların fiziki həcm və 
ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləridir.  
Fərdi kvotalar - idxalına icazə verilmiş malların ümumi miqdarının mal göndərən ölkələr üzrə 
paylaşdırılmasını nəzərdə tutur. Tərtibat formasına görə belə kvotaları iki növə ayırırlar:  
Mütənasib kvotalar bütün kvotalar çərçivəsində keçən dövr (baza) ərzində idxalda hər ölkənin payına 
görə  təyin olunur, ikitərəfli kvotalar bir tərəfin  əks tərəfə ticarət-siyasi öhdəliklərinin qarşılığı olaraq verilir 
(bəzən ikitərəfli saziş bağlanır), seçmə kvotalar hər hansı bir ölkə və ya ölkələr qrupundan alınan malların digər 
regionlardan alınanlara nisbətən məhdudlaşdırılması məqsədi ilə verilir.  
Tarif kvotaları gömrük vergitutmasının daha əlverişli rejimində müəyyən həcmdə idxala icazə verir. Bu 
həcmdən artıq idxal üçün daha az əlverişli rejim (idxalın faktiki qadağanına qədər) tətbiq edilir.  
Mövsümü kvotalar ilin müəyyən fəsillərində ölkə daxilində istehsalın yüksək olduğu dövrlərdə (ən çox 
kənd təsərrüfatı  məhsulları üçün) tətbiq edilir. İdxalın müəyyən vaxt dövrü nəzərə alınmadan 
məhdudlaşdırılması konkretləşdirilməmiş kvotalar adlanır.  
Qlobal kvotalar hər hansı malın müəyyən müddət  ərzində  və malgöndərən ölkələr arasında 
bölüşdürülmədən ümumi idxalının həcmini müəyyən edir. Belə yanaşma idxalçıya mal göndərən ölkəni seçmək 
azadlığı verir. 
Faiz kvotaları bəzi hallarda idxal kvotaları ixracın həcmindən faiz nisbətindən müəyyən edilir. Kvotalar
həmçinin, milli istehsalı stimullaşdırmaq məqsədi ilə bir malın daxili bazarda tədarük həcmindən faizlə  də 
hesablana bilər.  
İdxalı səhiyyə, təhlükəsizlik, ətraf mühitin qorunması mülahizələrinə görə idxalı nəzarətdə olan mallara 
da belə kvotalar müəyyən edilə bilər.  
3) müəyyən bir malın idxalınının qadağa edilməsi tamamilə  və istisna olmadan da tətbiq edilə 
bilər. Müvəqqəti və mövsümi qadağanlar qoyulması da mümkündür.  
Lisenziya verilməsinə imtina edilməsi (adətən, tədiyyə balansı mülahizələrinə görə) idxala faktiki 
qadağan kimi qiymətləndirilə  bilər. Bəzi hallarda ölkənin ticarət balansında böyük kəsiri olduğu dövlətlərdən 
idxala qadağa tətbiq edilə bilər.  
Müəyyən bir ölkədən idxal və ixraca (ümumilikdə xarici ticarətə) qadağa qoyula bilər ki, buna da 
embarqo deyilir. Bu hal məcburi tədbir olub beynəlxalq təcrübədə  qəbul edilmişdir, prinsipial xüsusiyyətlərə 
malik olub açıq və gizli (örtülü) formalarda edilə bilər. Belə qadağanın açıq forması adətən BMT-nin qərarlarına 
əsaslanır və xarici ticarətin tamamilə  kəsilməsini nəzərdə tutur. Məsələn, BMT tərəfindən  İraqa qoyulan 
embarqo. 
Örtülü qadağanlara xarici gəmilərin daxili sulara buraxılmaması və ya ayrı-ayrı idxal mallarının ölkənin 
pərakəndə satış şəbəkəsinə buraxılmasını aid etmək olar.  


126 
 
4)  İxracın məhdudlaşdırılması barədə sazişlər qarşılıqlı razılığın (kompromis) nəticəsi olub, 
ixracatçının ixrac həcmini “könüllü olaraq” idxalatçının məcburi tədbirlərini gözləmədən məhdudlaşdırmaq 
barədə razılığıdır.  
Belə sazişlər həm dövlətlər səviyyəsində, həm də ayrı-ayrı istehsal sahələri səviyyəsində bağlana bilər. 
Bu tipli sazişlər həm ikitərəfli, həm də çoxtərəfli sazişlər ola bilər.  
D. Monopolist (inhisarçı) tədbirlər  
Monopolist tədbirlər dedikdə  təsərrüfat subyektlərinin müəyyən qrupuna müstəsna hüquqlar verən 
tədbirlər nəzərdə tutulur. Monopoliya, adətən, idxalın ixraca münasibətini nəzarətdə saxlamaq hesabına tədiyyə 
balansının tarazlığa gətirilməsi problemini həll edir. Belə tədbirlərin başlıca növləri aşağıdakılardır:  
1) müəyyən malların idxalına dövlət inhisarı;  
2) milli müəssisələrin xidmətindən məcburi istifadə.  
Dövlət inhisarının bariz nümunələrinə  İkinci Dünya müharibəsindən  əvvəlki Almaniyanı  və keçmiş 
Sovetlər İttifaqını göstərmək olar.  
E) Texniki tədbirlər 
Malın keyfiyyətinin, təhlükəsizliyinin, yaxud inzibati şərait, terminologiya, simvollar, sınaq və  sınaq 
üsulları, qablaşdırmaya olan tələblər, markalanma da daxil olmaqla xüsusiyyətlərinin nəzarətinə əsaslanan QTM 
tədbirlərinə texniki tədbirlər deyilir.  
Texniki tədbirlərin aşağıdakı növləri var:  
1. Texniki tənzimləmə, yəni məhsula bilavasitə  və ya dolayı yolla texniki tələblər müəyyən 
edilməsi. Belə tədbirlər aşağıdakılardır: məqsədi insan və heyvanların həyat və sağlamlığının qorunması 
olan sanitariya tənzimlənməsi; bitkilərin qorunmasına yönəlmiş fitosanitar tənzimlənməsi; ətraf mühitin 
və təbiətin qorunması; insanların təhlükəsizliyi; milli təhlükəsizlik tədbirləri.  
Bu tədbirlər müvafiq təlimatlar hazırlanmaqla həyata keçirilir. Təlimatlar gömrük orqanlarının nəzarət 
fəaliyyətini reqlamentləşdirir.  
Hazırkı şəraitdə texniki tənzimlənmənin bir neçə növü var:  
a)  ətraf mühiti çirkləndirən xammal və materialların idxalının qadağan edilməsi, yaxud 
məhdudlaşdırılması;  
b) hazır məhsullara - istismarı atmosferin və havanın çirklənməsinə  gətirib çıxaran sənaye 
avadanlıqlarına, nəqliyyat vasitələrinə  və s. münasibətdə proteksionist tədbirlərdən istifadə edilməsi. 
Məsələn, 1992-ci il ildən Qərbi Avropada təyyarə və yük nəqliyyatı üçün səs-küyün yol verilən səviyyəsi 
və yanmış mühərrik qazlarının tərkibi üzrə  sərt normalar müəyyən edilmişdir. Bundan başqa neftin 
sızmasının  qarşısının alınması  məqsədilə neftdaşıyan  tankerlərin ikiqat dib (döşəmə) və yükləmə 
boşaltma qurğuları ilə təchiz edilməsi tələbi də bu qəbildəndir.  
v) istehlakçının maraqlarını malın nöqsanından və istifadə zamanı mümkün olan ziyandan 
qorumaqla malın keyfiyyətinə olan tələblər. Bunlar ilk növbədə  məişət elektrotexnikası, tibb 
preparatları, yeyinti məhsulları, uşaq malları və sairələrinə aiddir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə