Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə69/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   80

142 
 
Burdan belə bir nəticəyə gəlmək olar ki, ibtidai instintaq geniş mənada iki formada - ibtidai istintaq və 
təhqiqat formasında aparılır.  İbtidai istintaqın aparılmasını nizamlayan cinayət-prosessual qanunvericiliyinin 
normaları, kiçik istisnalarla, demək olar ki, eynilə təhqiqatın gedişatını da nizamlayır. 
Təhqiqat müstəqil şəkildə çox az miqdarda cinayət işlərində ibtidai istintaqın əvəzində aparılır.  
Cinayət-Prosessual Məcəllənin 215.1-ci maddəsində deyildiyi kimi, böyük ictimai təhlükə törətməyən 
cinayətlər üzrə  məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılan təhqiqat istisna olmaqla, bütün cinayət 
işləri üzrə ibtidai istintaqın aparılması məcburidir. CPM-in 214-3-cü maddəsinə müvafiq olaraq, bu kateqoriyalı 
cinayət işləri üzrə cinayətin  əlamətləri mövcud olduqda təhqiqat orqanı cinayət işini başlayır və cinayət-
prosessual qanunvericiliyini rəhbər tutaraq cinayətin izlərini müəyyən etmək və möhkəmləndirmək, habelə 
cinayət törətməkdə şübhə edilən şəxsi tapmaq məqsədi ilə əməliyyat-axtarış tədbirləri və təxirəsalınmaz istintaq 
hərəkətləri aparır. 
Təxirəsalınmaz istintaq hərəkətləri dedikdə gömrük orqanlarının təhqiqatçıları  tərəfindən baxışın, 
axtarışın, götürmənin, şəxsi müayinənin, şübhəli və ya təqsirləndirilən şəxsin dindirilməsi, zərər çəkmiş şəxsin 
və şahidlərin dindirilməsi və digər hərəkətlərin həyata keçirilməsi başa düşülür. 
Cinayət-Prosessual Məcəllənin 236.1-ci maddəsinə müvafiq olaraq, cinayətin izlərinin, sübut mənbəyi 
ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan 
digər halların müəyyən edilməsi məqsədi ilə gömrük orqanlarının təhqiqatçısı  və müstəntiqi hadisə yerinin, 
binaların, sənədlərin, əşyaların və digər predmetlərin baxışını aparır. 
Cinayətin mühakimə icraatında, bir qayda olaraq predmetlərin və  sənədlərin baxışı müvafiq istintaq 
hərəkətləri aparılarkən (hadisə yerinin baxışı, axtarış, götürmə) həyata keçirilir. Baxış nəticəsində predmet və ya 
sənəd barədə əldə edilən məlumatlar həmin istintaq hərəkəti protokolunda qeyd edilir. Predmetin və ya sənədin 
yerindəcə baxışını aparmaq mümkün olmadıqda, müstəntiq onları  qəbul etməsi barədə müvafiq akt tərtib 
edərək, qablaşdırır və möhürləyir. 
CPM-in 242-246-cı maddələrində axtarış  və ya götürmənin bir istintaq hərəkəti kimi mahiyyəti
məqsədi və iş üçün əhəmiyyəti geniş şərh edilmişdir. Qanunda göstərilmişdir ki, əldə edilmiş (mövcud) sübutlar 
və ya əməliyyat-axtarış  fəaliyyətinin materialları  hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər 
yerdə, yaxud hər hansı  şəxsdə  iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək  əşyaların və  sənədlərin olmasını 
güman etməyə kifayət qədər əsas verdikdə müstəntiq axtarış apara bilər. 
Axtarış və ya götürmə, bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və ya 
götürmənin aparılması haqqında qərarı müstəntiqin  əsaslandırılmış  vəsatəti və ibtidai araşdırmaya prosessual 
rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. 
Axtarış  və götürmə zamanı, CPM-in 244.1-ci maddəsinin tələbinə görə azı 2 (iki) hal şahidlərinin 
iştirakı məcburidir. 
Şəxsi müayinə, cinayət-prosessual qanunda verilmiş  şərhə görə, məhkəmə-tibb ekspertizasının 
keçirilməsi tələb edilmədiyi halda şübhəli, təqsirləndirilən, zərər çəkmiş  şəxsin və ya şahidin bədənində 
cinayətin izlərini və ya xüsusi əlamətləri aşkar etmək məqsədilə müstəntiq tərəfindən aparılır. 
Gömrük orqanlarının təhqiqat və istintaq fəaliyyətinə aid olan cinayət işləri CM-in 206-207 və 209-cu 
maddələri  əsasında qaldırılır. CM-in 206 və 207-ci maddələrinin tərkibini təşkil edən  əməllər (hərəkət və ya 
hərəkətsizlik) CM-in 15.3-cü maddəsinin şərhinə görə ağır cinayətlər, 209-cu maddə ilə törədilmiş cinayət isə 
CM-in 15.2-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur.  
Beləliklə, Cinayət-Prosessual Məcəllənin 215.1-ci maddəsinin tələbinə görə gömrük orqanları CM-in 
206 və 207-ci maddələri ilə qaldırılmış cinayət işləri üzrə təhqiqatı 10 (on) gün müddətində, amma CM-in 209-
cu maddəsi ilə qaldırılmış cinayət işi üzrə təhqiqatı tam şəkildə aparmağa səlahiyyətlidirlər. 
Onu da qeyd etmək lazımdır ki, Cinayət-Prosessual Məcəllənin 214.4-cü maddəsində izah edilir ki, 
məhkəməyədək sadələşdirilmiş icraat şəklində  təhqiqat CM-in 127.1, 128-132, 174-176, 177.1, 186.1, 187.1, 
187.2, 196.1, 197.1 və 201.1-ci maddələri ilə  nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar 
cinayətlər üzrə aparılır. Bu siyahıda CM-in 209-cu maddəsi göstərilməmişdir. Lakin yuxarıda qeyd edildiyi 
kimi, CM-in 15.2-ci maddəsinə görə CM-in 209-cu maddəsinin tərkibini təşkil edən  əməllər böyük ictimai 
təhlükə törətməyən cinayətlər hesab olunur və bu növ cinayətlər üzrə cinayət işini gömrük orqanının 
təhqiqatçıları tərəfindən qaldırılaraq tam miqyasda təhqiqat formasında aparıla bilər. 
Cinayət-Prosessual Məcəllənin 214.4-cü və Cinayət Məcəlləsinin 15.2-ci maddələri arasında yaranmış 
uyğunsuzluq, zənnimizcə, gələcəkdə Azərbaycan Respublikasının qanunvericilik orqanları  tərəfindən aradan 
qaldırılmalıdır. 
Gömrük Məcəlləsinin 218, Cinayət-Prosessual Məcəllənin 47, 207, 209 və 210-cu maddələrinə görə 
cinayət işini başlamağa səlahiyyətli olan gömrük orqanlarından və  vəzifəli  şəxslərdən tələb olunur ki, hər bir 
cinayət barədə daxil olan ərizə və məlumatları vaxtında qəbul edib, onları yoxlayıb müvafiq qərar çıxartsınlar. 


143 
 
Azərbaycan Respublikasının gömrük orqanları törədilmiş, törədilən və ya törədilməsinə hazırlıq görülən 
cinayətlər haqqında  ərizə  və  məlumatlara baxanda, Azərbaycan Respublikasının cinayət-prosessual 
qanunvericiliyinin tələblərinə ciddi surətdə riayət etməlidirlər. 
Belə ki, CPM-in 207.1.2-ci maddəsinə müvafiq olaraq, gömrük orqanlarının təhqiqatçıları  və 
müstəntiqləri zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında 
məlumatlar istisna olmaqla) aldıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, 
ekspertin rəyinin alınması ilə əlaqədar isə 20 (iyirmi) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması 
üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlamanı apararaq nəticələri üzrə cinayət işinin başlanması və 
ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edir. 
 
16.3. Gömrük orqanlarının əməliyyat-axtarış fəaliyyəti   
 
16.3.1. Əməliyyat-axtarış fəaliyyəti anlayışı  
“Əməliyyat-axtarış  fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (11.12.1999) birinci 
maddəsinə görə, əməliyyat-axtarış fəaliyyəti-müvafiq dövlət orqanları tərəfindən aşkar və qeyri-aşkar üsullarla 
bu Qanunla ona verilmiş  səlahiyyətlər  əsasında insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi 
şəxsin qanuni mənafelərini, dövlət və  hərbi sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə 
etmək məqsədi ilə həyata keçirilir.  
Əməliyyat-axtarış  fəaliyyətinin məqsədi dövlətin, cəmiyyətin və  şəxsiyyətin təhlükəsizliyini təmin 
etməkdir. 
Əməliyyat-axtarış fəaliyyətinin vəzifələri aşağıdakılardır:  
- hazırlanan və törədilən cinayətlərin qarşısının alınması;  
- törədilmiş cinayətlərin aşkar edilməsi və açılması;  
- cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi;  
- məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyu qaçıran və ya itkin 
düşən şəxslərin axtarılması;  
- naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi.  
Əməliyyat-axtarış fəaliyyətinə aid olan ilk üç vəzifə bilavasitə gömrük orqanlarının işi ilə əlaqədardır.  
Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 1999-cu il 206 saylı “Əməliyyat-axtarış fəaliyyəti 
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə  fərmanının ikinci bəndinin üçüncü 
hissəsinə görə, Qanunun 5-ci maddəsinin IV hissəsində  nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti 
orqanları”nın səlahiyyətləri öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası DİN, Azərbaycan Respublikası 
MTN, Azərbaycan Respublikası Dövlət Sərhəd xidməti, Azərbaycan Respublikası  ƏN, Azərbaycan 
Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə orqanları Baş Mühafizə İdarəsi və Azərbaycan Respublikası 
Dövlət Gömrük Komitəsi həyata keçirirlər.  
Əməliyyat-axtarış fəaliyyəti-xüsusi fəaliyyət növü olub, xüsusi məqsədlərin yerinə yetirilməsinə xidmət 
edir. Bu sahə ilə yalnız xüsusi səlahiyyəti olan dövlət orqanları məşğul ola bilər. Gömrük orqanlarına belə bir 
səlahiyyət, Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərdiyimiz fərmanı ilə verilmişdir.  
Əməliyyat-axtarış fəaliyyəti digər fəaliyyət növlərindən öz spesifikliyi ilə kəskin fərqlənir. Belə ki, bu 
fəaliyyət növünün prinsipləri konsepsiya və gizli iş üsulları ilə həyata keçirilir.  
Konspirasiya - əməliyyat-axtarış  fəaliyyətinin vacib və toxunulmaz qaydası olub, qabaqcadan 
planlaşdırılmış, gizli həyata keçiriləcək cinayət işlərinin qarşısını almaq üçün həyata keçirilən tədbirdir.  
Konspirasiya nəticəsində cinayət törətmiş  şəxs haqqında dəqiq məlumatlar toplanır və tam sübut 
olunmayana qədər açıqlanmır. Eyni zamanda kospirasiya, əməliyyat-axtarış fəaliyyətində iştirak edənlərin şəxsi 
təhlükəsizliyini kifayət qədər təmin edir.  
Əməliyyat-axtarış fəaliyyəti qanunçuluq, humanistlik, insan hüquq və azadlıqlarına hörmət prinsiplərinə 
əsaslanır. Lakin hər hansı şəxsin vətəndaşlığı, milliyyəti, cinsi, qulluq mövqeyi, partiyalılığı, dinə münasibəti, 
siyasi baxışları və s. əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə mane ola bilməz.  
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 35-ci fəslinə  və  “Əməliyyat-axtarış  fəaliyyəti 
haqqında” Azərbaycan Respublikası Qanununa əsasən gömrük orqanları müxtəlif əməliyyat-axtarış fəaliyyəti ilə 
məşğul olurlar. Bunlardan birincisi informasiya fəaliyyətidir.  
İnformasiya fəaliyyəti, informasiya ilə işləmə, informasiya üzərində işləmə və informasiya mənbəyi ilə 
işləməkdir.  
Məxfi mənbə ilə işləmək aşağıdakıların əldə edilməsinə xidmət edir:  
1) cinayətə  cəhd ediləcəyi və qorunan obyektlərin təhlükəsizliyinə mümkün qəsd  əlamətləri 
barədə qabaqlayıcı məlumatlar almaq (aşkar etmək);  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə