Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə71/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   80

146 
 
-  funksiyaları.  
İdarəetmə orqanları, idarəetmə kadrları və texniki idarəetmə vasitələri idarəetmənin strukturuna daxildir.  
İdarəetmə prosesi - idarəetmənin məqsədlərinə çatmaq üçün bütün idarəetmə  həlqələrinin 
göstərdiyi fəaliyyətdir.  
İdarəetmə sisteminin təkmilləşdirilmə mexanizmini idarəetmə obyektinin inkişafı nəticəsində ona edilən 
dəyişikliklər təşkil edir.  
Gömrük orqanlarında idarəetmə  həm obyektiv iqtisadi qanunlara və idarəetmə qanunlarına, həm də 
onların  əsasında formalaşan  əməliyyat-xidmət fəaliyyətinin bütün iştirakçılarının ictimai, kollektiv və  şəxsi 
maraqlarının vahid sisteminə  əsaslanır.  İdarəetmənin mühüm xüsusiyyəti ondan ibarətdir ki, o, gömrük 
fəaliyyətinin səmərəliliyinin yüksəldilməsində yaradıcı rol oynayır.  
 
17.2. İdarəetmə qanunları  
İdarəetmə qanunları idarəetmə sistemi elementləri və yarımsistemləri, onda baş verən proseslər və xarici 
mühit arasında ümumi, əhəmiyyətli və zəruri əlaqələrin əks etdirir. Onlar obyektivdir və insanların şüurundan və 
iradəsindən asılı deyildir. İdarəetmə qanunlarını bilmək idarəetmə sistemlərinin yaradılmasında və onların 
fəaliyyətinin təşkil edilməsində idarəetmə qanunlarının tələblərini nəzərə almağa imkan verir.  
Onlara aşağıdakılar aiddir:  
-  idarəetmə sisteminin vahidliyi qanunu;  
-  mütənasiblik (proporsionallıq) qanunu; 
 - idarəetmə funksiyalarının mərkəzləşdirilməsinin optimal nisbəti qanunu;  
- idarəedən və idarə olunan sistemlərin nisbəti qanunu və s.  
İdarəetmə sisteminin vahidliyi qanununun  təsiri dövlət idarəetmə sisteminin yuxarı orqanlarından 
onun aşağı  həlqələrinə  qədər idarəetmə münasibətlərinin qırılmaz zəncirində; idarəetmə prosesinin bütün 
səviyyələrinin,  əməliyyatlarının və  mərhələlərinin arasıkəsilməzliyində, ritmikliyində  və uzlaşmasında; 
insanların qlobal məqsədlərinin və mənafelərinin bütün tərkib hissələri ilə idarəetmənin vahidliyində; idarəetmə 
funksiyalarının və və metodlarının vahidliyində; idarəetmə aparatı əməkdaşlarına tələblərin vahidliyində təzahür 
edir.  
Professional (peşə) fəaliyyətin və  idarəetmənin mütənasibliyi (proporsionallığı) qanunu müəyyən 
edir ki, idarəetmənin  ən mühüm vəzifəsi idarə edən və idarə olunan sistemlərin fəaliyyətinin optimal 
proporsionallığını  təmin etmək, sistemin tərkib hissələrinin fasiləsiz  əlaqəsini təşkil etməkdir. Mütənasiblik 
(proporsionallıq) onunla ölçülür ki, sistemin əsas fəaliyyəti - gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti, 
digər funksiyaların həyata keçirilməsi idarəetmə ilə nə dərəcədə tam və dəqiq təmin olunur ki, minimal mümkün 
məsrəflərlə lazımi effekti (səmərəni) versin.  
Mərkəzləşdirmənin optimal nisbəti qanunu elə idarəetmə sisteminin qurulmasını  və onun 
fəaliyyətinin elə  təşkilini nəzərdə tutur ki, bu zaman gömrük orqanlarının hər bir aşağı  həlqəsinin mərkəzi 
idarəetmə orqanlarına arasıkəsilməz və kifayət qədər sabit tabeliliyi mövcud olsun.  
Mərkəzləşdirilmiş idarəetmə sistemin bütün həlqələrinin fəaliyyətini son dərəcə sərt nizamlamaq demək 
deyildir. Sistemin hər bir inkişaf mərhələsi üçün özünün optimal mərkəzləşdirilmə  səviyyəsi mövcuddur ki
onunla idarəetmənin mərkəzləşdirilmiş formalarının sistemin inkişaf səviyyəsini ifadə edən real tələbatlara 
maksimum uyğunluğu nəzərdə tutulur.  
İdarə edən və idarə olunan sistemlərin nisbəti qanununun mahiyyəti idarə edən sistemin idarə 
olunanla uyğunluğunun təmin edilməsi tələbindən ibarətdir.  
Bu nisbətin dəyişməsi müxtəlif, başlıca olaraq, təşkilati və iqtisadi amillərin təsiri ilə baş verir. Hər 
şeydən öncə, idarə edən sistemin inkişaf və  fəaliyyət səviyyəsi idarə olunan sistemin əməliyyat-xidmət 
fəaliyyəti səviyyəsinə uyğun gəlməlidir.  
Qanunlar vasitəsilə idarəetmə  nəzəriyyəsinin məzmunu, idarəetmə prosesinin əsas funksiyaları, 
metodları  və strukturları, eləcə  də xüsusiyyətləri üzrə  çıxarılır. Buna görə  də, sistemli yanaşma idarəetmə 
qanunlarının istifadəsində əsasdır. Sistemli yanaşma onların tələblərini sistemli şəkildə ifadə etməyə və bütün 
sistemin optimal fəaliyyət və inkişaf variantını müəyyən etməyə imkan verir.  
Gömrük orqanlarında idarəetmə  həm idarəetmənin obyektiv qanunlarına, həm də onların  əsasında 
formalaşan vahid prinsiplər sisteminə əsaslanır.  
 
 
17.3. İdarəetmənin prinsipləri  
İdarəetmənin prinsipləri dedikdə idarə edən sistemin əsaslandığı  rəhbər ideyalar, qaydalar, əsas 
müddəalar və davranış normaları başa düşülür.  
İdarəetmə  təcrübəsində gömrük orqanları  tərəfindən ümumi, xüsusi və  təşkilati-texnoloji prinsiplər 
tətbiq edilir.  


147 
 
İdarəetmənin ümumi prinsipləri strateji idarəetmə normalarıdır və onlar gömrük orqanlarının bütün 
sahələrində və yarımsistemlərində fəaliyyət göstərir. Lakin onlar hər bir idarəçilik sistemində spesifikdir. Hətta 
idarəetmənin  əsas ümumi prinsiplərinin sadalanması (məsələn, sistemlilik, əks  əlaqə, informasiyanın kafiliyi, 
optimallıq, bərabər tabelik və b.), eləcə  də  onların gömrük orqanlarında idarəetmə sisteminə dialektik təsiri 
bunu təsdiq edir.  
Sistemlilik idarəetmənin aparıcı prinsipidir. Gömrük orqanlarının idarə edilməsində sistemlilik sistemin 
struktur və funksional vahidliyini təmin edir və təkmilləşdirir.  
Gömrük orqanları qarşısında dayanan vəzifələr nə qədər mürəkkəbdirsə, sistemin əks əlaqə prinsipi bir o 
qədər böyük əhəmiyyət kəsb edir. İnformasiya idarəetmə subyektinə, sistemə  təsir etmək və idarəçilik 
qərarlarının icrasını  təmin etmək məqsədilə  hər bir zaman anında sistemin vəziyyəti haqqında, qoyulmuş 
məqsədin əldə edilməsi haqqında təsəvvür əldə etməyə imkan verir.  
İnformasiyanın kafiliyi prinsipi o deməkdir ki, gömrük sistemində, o cümlədən idarəçilik sistemində 
informasiya həcmlərinin görünməmiş dərəcədə artması şəraitində informasiya proseslərinin intensivləşdirilməsi 
olduqca böyük əhəmiyyət kəsb edir.  
Qarşıya qoyulmuş  məqsədin mümkün olan daha qısa müddətlərdə  ən az maddi, maliyyə  və  əmək 
məsrəfləri ilə  əldə edilməsi gömrük orqanlarında idarəetmənin optimallığı prinsipinin mahiyyətini təşkil edir. 
İdarəetmənin optimallığı gömrük sistemində müxtəlif metodlarla və vasitələrlə təmin edilir. İdarəetmənin digər 
ümumi prinsipləri də gömrük sistemində mühüm əhəmiyyət kəsb edir. 
Gömrük orqanlarında idarəetmənin xüsusi prinsipləri iki böyük qrupa bölünür: gömrük fəaliyyətinin 
iqtisadi, sosial-siyasi və  mənəvi sahələrində  tətbiq edilən prinsiplər və Azərbaycan Respublikasının iqtisadi 
təhlükəsizliyini öz səlahiyyətləri çərçivəsində  təmin edən dövlət hüquq mühafizə  təşkilatı olaraq gömrük 
orqanları sistemində mövcud olan prinsiplər.  
İdarəetmənin xüsusi prinsiplərinə aşağıdakılar  aid edilir:  
- qanunçuluq;  
- səmərəli (məntiqəuyğun) mərkəzsizləşdirmə ilə birgə mərkəzləşdirmə;  
- fasiləsizlik;  
- operativlik;  
- çeviklik;  
- məsuliyyət;  
- varislik; 
 - son nəticəyə istiqamətlənmə və s.  
İdarəetmənin təşkilati-texnoloji prinsipləri gömrük orqanları  rəhbərlərinin təşkilati-sərəncamverici və 
inzabati-icraedici fəaliyyətinin əsasında dayanır. Onlara aşağıdakı idarəetmə prinsipləri aiddir:  
-  vahid rəhbərlik;  
- konkretlik;  
- əməyin bölgüsü, skalyar;  
- iyerarxiya (xidməti vəzifələrin tabeçilik qaydasında yerləşdirilməsi);  
- sərəncamvermənin vahidliyi və tək rəhbər;  
- səlahiyyətlərin ötürülməsi;  
- idarəetmə diapozonu və s.  
Vahid rəhbərlik (təkbaşınalıq) prinspinin əhəmiyyəti xüsusi olaraq qeyd edilməlidir. Bu prinsip, bir 
tərəfdən, idarəetmənin kollegiallığını, digər tərəfdən, isə icraedici funksiyalara görə ciddi fərdi məsuliyyətin 
müəyyən edilməsini nəzərdə tutur. Kollegiallıq tapşırılan işə görə  hər bir gömrük əməkdaşının məsuliyyətini 
istisna etmir, əksinə onun üçün şəxsi məsuliyyət nəzərdə tutur.  
Vahid rəhbərlik prinsipi üzrə gömrük orqanları sisteminə DGK-nın Sədri rəhbərlik edir. Gömrük işinə 
rəhbərliyin  ən mühüm məsələləri DGK kollegiyasının iclaslarında baxılır. Kollegiyanın iclaslarında qəbul 
edilən, DGK-nın Sədrinin əmri ilə rəsmiləşdirilən qərarların bütün gömrük orqanları və əməkdaşları tərəfindən 
icra edilməsi məcburidir.  
DGK-nın tabeliyindəki digər təşkilatların rəhbərləri vahid rəhbərlik (təkbaşçılıq) prinsipi üzrə fəaliyyət 
göstərirlər. Gömrükxanaların və gömrük postlarının rəisləri öz idarəçilik fəaliyyətində vahid rəhbərlik prinsipini 
həyata keçirirlər.  
İdarəetmənin konkretliyi prinsipi situasiyanın konkret təhlilini tələb edir ki, bunun üçün idarəetmə 
sistemi haqqında və onun xarici mühiti haqqında keyfiyyətli elmi informasiya lazımdır.  
Əməyin bölgüsü prinsipində  nəzərdə tutulur ki, idarəetmənin təşkili üzrə bütün fəaliyyət icrası 
idarəetmə sisteminin konkret həlqələrinə tapşırılan  ən sadə  əməliyyatlara ayrılır. Gömrük orqanı idarəetmə 
sisteminin hər bir həlqəsinin dəqiq, konkret vəzifəsi olmalıdır.  


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə