Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin 21 aprel 2003-cü IL tarixli 305 saylı əmri ilə qrif verilmişdir



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə66/80
tarix20.09.2018
ölçüsü1,72 Mb.
#69519
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   80

136 
 
məcburi dövlət tədbirlərindən istifadə yolu ilə  həyata keçirilir. Məcburi dövlət tədbirləri fiziki və hüquqi 
şəxslərin qayda pozmalara görə onların hüquqlarının məhdudlaşdırılması, müəyyən olunmuş  vəzifələrin 
məcburi yerinə yetirilməsinə nail olmaq deməkdir.  
Gömrük orqanlarının hüquq-mühafizə  fəaliyyəti dövlət fəaliyyətinin bir sahəsi olub, gömrük hüquq 
münasibətləri sferasında dövlətin daxili və xarici funksiyalarını yerinə yetirərkən ortaya çıxır.  
Bu fəaliyyətin məqsədi göirük işi sahəsində dövlət, inzibati, gömrük mülki və digər hüquq sahələrinin 
normalarının tətbiqi, icrası, istifadəsi və onlara riayət olunmasıdır.  
Gömrük orqanlarının həyata keçirdiyi funksiyalar barədə əvvəlki mövzularda geniş məlumat vermişdik. 
GM-in 10-cu maddəsində göstərilən 1, 2, 3, 4, 5, 7 və 9 bəndləri məhz gömrük orqanlarının hüquq-mühafizə 
orqanları funsiyalarını yerinə yetirməsinin hüquqi bazası sayılır.  
Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti müxtəlif formalarda həyata keçirilir:  
1) inzibati - hüquqi;  
2) inzibati- prosessual;  
3) cinayət - hüquqi;  
4) cinayət - prosessual;  
5) əməliyyat - axtarış və s. 
16.1.2. Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin inzibati-hüquqi və inzibati prosessual 
formaları  
Gömrük qaydalarının pozulması  şəxsin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində 
qoyulmuş aşağıdakı qaydaların pozulmasıdır: 
1) mal və nəqliyyat vasitələrinin gömrük sərhədini (gömrük rejimərinin tətbiqi də daxil olmaqla) 
keçməsi ilə bağlı pozuntular;  
2) onlara gömrük nəzarəti ilə əlaqədar;  
3) bu mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı;  
4) gömrük ödənişlərinin qoyulması və ödənilməsi ilə əlaqədar;  
5) gömrük güzəştlərinin verilməsi və onlardan istifadə ilə bağlı pozuntular.  
Hüquq pozuntularının əlamətləri olan - subyektlər, obyektlər və sübyektiv tərəflər bütünlükdə gömrük 
qaydalarının pozulmasının tərkibi sayılır.  
DGK gömrük orqanlarının normal fəaliyyətinə mane olan inzibati xətalar da daxil olmaqla, gömrük 
qaydalarının pozulması hallarına qarşı mübarizə aparır. Gömrük orqanlarının hüquq-mühafizə  fəaliyyətinin 
inzibati-hüquq formaları əvvəllər 1997-ci ildə qəbul olunmuş Gömrük Məcəlləsinin müddəaları əsasında həyata 
keçirilirdi. 
“Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsi” (“Azərbaycan Respublikasının  İnzibati 
Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə  məsələləri 
haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunub: 11 iyul 2000-ci il, N 906-1 Q; dərc olunub: 30 
avqust 2000-ci il) “Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə 
minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun  tətbiq 
edilməsi barədə Azərbaycan Respublikası prezidenti H.Ə.  Əliyevin 29 avqust 2000-ci il tarixli 389 saylı 
Fərmanı ilə 1 sentyabr 2000-ci ildən qüvvəyə minmişdir. Həmin fərmanın 2-ci bəndində yazılmışdır: Müəyyən 
edilsin ki, həmin Məcəllənin 258-ci, 260-cı, 261.2-ci, 263-cü, 264-cü, 265.0.1-ci, 265.0.3-265.0.5-ci, 266-cı 
maddəsinin adında; 266.1-266.3-cü, 267-ci, 268-ci, 269-cu, 272-ci, 273-cü, 275-ci, 276-cı, 277-ci, 282.2-ci, 
287-ci, 288-ci, 291-ci, 292-ci və 326-cı maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə 
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. 
Göstərilən Fərmanın 3-cü bəndində isə Dövlət Gömrük Komitəsinin maddələr üzrə  səlahiyyətləri 
verilmişdir:  Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsinin 357.0.3-cü maddəsinə müvafiq 
olaraq müəyyən edilsin ki, həmin Məcəllənin 258-291-ci, 293-295-ci və 326 maddələrində  nəzərdə 
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. 
“Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və 
bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə 
əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericlik 
aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında 30 dekabr 2003-cü ildə  qəbul olunmuş (dərci 15 fevral 
2004-cü il) Azərbaycan Respublikasının Qanununa görə, “Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 
311-İQ nömrəli qanunu ilə  təsdiq edilmiş Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə (Azərbaycan 
Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 6, maddə 447; 1999-cu il, N 10, maddə 570; 2001-ci il, N 
11, maddələr 676, 686, 695, N 12 maddə 736; 2002-ci il, N 1, maddə 4, N 8, maddə 463; 2003-cü il, N 1, 
maddələr, 3, 16, 23) aşağıdakı dəyişikliklər edilmişdir: 1. X bölmə çıxarılsın; 2. 60-cı fəsil çıxarılsın.  
Bütün bu dəyişilikləri və əlavələri sizlərin diqqətinə çatdırmaqda əsas məqsədimiz hal-hazırda inzibati 
hüquqpozmalar barədə qüvvədə olan qanunvericilik aktları ilə tanış etməkdir. 


137 
 
“İnzibati Xətalar Məcəlləsi”nin XXI fəsli “Gömrük qaydaları əleyhinə olan inzibati xətalar” adlanır.  
Gəlin əvvəlcə “inzibati xəta” anlayışının nə demək olduğunu öyrənək. “İnzibati Xətalar Məcəlləsi” 
ilə qorunan ictimai münasibətlərə  qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə 
səbəb olan əməl inzibati xəta adlanır. Gördüyümüz kimi qəsdən və ya ehtiyatsızlıq üzündən törədilməsindən 
asılı olmayaraq hər bir hərəkət və hərəkətsizlik inzibati məsuliyyətə səbəb olursa inzibati xəta hesab olunur.  
Xəta - real gerçəklik faktıdır. Qanunvericilik xətanın  əlamətlərini yaratmır, lakin onlardan daha 
mühüm və  fərqli olanlarını seçir; seçilmişləri hüquqi çərçivə halına salır, məntiqi hüquq norması  tərkibində 
təsbit edir və məcburi normaya çevirir. Onda təsbit edilmiş əlamətlər xətanın təsvir edilməsi üçün zəruri və kafi 
əsas olur. Real əməl yalnız o zaman xəta hesab edilir ki, o, qanunda sadalanmış bütün əlamətlərə malik olsun, 
həmin  əməllərdən hətta birinin belə mövcud olmaması bütövlükdə  əməlin tərkibinin mövcud olmaması 
deməkdir. 
Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsinin 23-cü maddəsində  aşağıdakı inzibati 
tənbehlər nəzərdə tutulmuşdur: 
1) xəbərdarlıq; 
2) inzibati cərimə; 
3) əmlakın əvəzi ödənilməklə götürülməsi; 
4) əmlakın müsadirə edilməsi
5) xüsusi hüququn məhdudlaşdırılması; 
6) Respublika hüdudlarından kənara inzibati qaydada çıxartma; 
7) inzibati həbs. 
 
16.1.3. Gömrük qaydalarının pozulması haqqında işlərin icraatı  və onlara baxılmasının 
mərhələləri  
Gömrük qaydalarının pozulması işlərinin icraatı və onlara baxılma qaydaları bir neçə mərhələdən keçsə 
də, bu iş üzrə inzibati icraatın sərbəst prosessual hissəsi olaraq bir-biri ilə çox bağlıdır və özünə  məxsus 
prosessual funksiyaları, məqsəd və tapşırıqları vardır.  
Gömrük qaydalarının pozulması haqqında iş üzrə inzibati proses aşağıdakı mərhələlərdən ibarətdir:  
1) işin başlanması və onun inzibati istintaqı;  
2) işə baxılma və gömrük qaydalarının pozulması işi üzrə qərarın çıxarılması;  
3) gömrük qaydalarının pozulması haqqında iş üzrə  şikayətvermə, protest və  qərara yenidən 
baxma; 
4) gömrük qaydalarının pozulması üzrə Azərbaycan Respublikası gömrük orqanlarının qoyduğu 
məsuliyyətin icrası.  
 
16.1.4.  İşə baxılma və gömrük qaydalarının pozulması haqqında iş üzrə  qərarın çıxarılması 
mərhələsi  
Bu mərhələ gömrük qaydalarının pozulması haqqında işin mərkəzi mərhələsi olub, məhz burada 
hüquqpozma faktı mahiyyət etibarilə  təsdiqlənir, inzibati istintaqın aparılması keyfiyyəti qiymətləndirilir, 
inzibati proses iştirakçılarının hüquq və azadlıqları qorunmaqla protokol tərtibinin və digər prosessual 
hərəkətlərin əsaslılığı və qanuni olması yoxlanılır. İşin icraatı zamanı aparılan istintaq nəticəsində fiziki şəxslərə 
və ya vəzifəli  şəxslərə, törətdiyi hüquq pozuntusuna görə, inzibati cəza tədbiri kimi dövlət adından qərar 
çıxarılır.  
Gömrük qaydalarının pozulması haqqında iş üzrə  qərarın çıxarılması  mərhələsində, bütün tərəflər öz 
maraq və müdafiələrini təmin etmək üçün geniş prosessual hüquqlara malikdirlər.  
Bu mərhələdə aşağıdakılarla əlaqədar vacib prosessual məsələlər həll olunur:  
1) işə baxılmanın hazırlığı ilə;  
2) işin dinlənilməsi və baxılması ilə;  
3) gömrük qaydalarının pozulması işi üzrə qərarın qəbul edilməsi ilə;  
4) Azərbaycan Respublikası gömrük orqanları  tərəfindən mal və  nəqliyyat vasitələrinin 
götürülməsi üçün verilən cəzanın icrası ilə bağlı. 
İşə baxılmanın hazırlıq mərhələsində, gömrük qaydalarının pozulması üzrə işə baxılması üçün, müvafiq 
gömrük orqanının səlahiyyətinə bu işin aid olub-olmaması müəyyənləşdirilir.  
Gömrük qaydalarının pozulması üzrə  işin icraatı zamanı, fiziki şəxslərin məsuliyyətə  cəlb edilməsi 
Azərbaycan Respublikası gömrük orqanları  tərəfindən həyata keçirilir. Belə orqanlar gömrük postu və ya 
gömrükxana ola bilər.  
Gömrük qaydalarının pozulması ilə əlaqədar vəzifəli şəxslərin, həmçinin müəssisə, idarə və təşkilatların, 
hüquqi  şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə  məşğul olan şəxslərin məsuliyyətə  cəlb olunması  işinə 
Azərbaycan Respublikası gömrükxanaları tərəfindən baxıla bilər. 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə